Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borell bildirib ki, Aİ-yə üzv dövlətlər arasında İttifaqın Ukraynaya daha çox sursat tədarük etmək planları ilə bağlı hələ də bəzi fikir ayrılıqları var.
Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
Borell həmçinin qeyd edib ki, Aİ-nin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlməyə hələ hazır deyillər.
Aprelin 21-də Borell bəyan edib ki, Aİ artıq Ukrayna Silahlı Qüvvələrinin 16 min əsgərinə təlim keçib və raketlər də daxil olmaqla 600 milyon müxtəlif döyüş sursatını Kiyevə ötürüb.
Yeganə