Bolqarıstan Milli Televiziyası xəbər verir ki, Sofiya Rayon Prokurorluğu ölkəyə qeyri-qanuni miqrantlar gətirən ukraynalını məsuliyyətə cəlb edib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
27 yaşlı Ukrayna vətəndaşı Suriya vətəndaşlarının Bolqarıstan-Türkiyə sərhədindəki naməlum yerdən Sofiyaya çatdırılmasına köməklik edib. Onun suriyalıları Renault markalı yük maşını ilə daşıdığı qeyd edilir.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Avropa ölkələrinin hakimiyyət orqanlarına ukraynalı qaçqınları əlavə sosial ödənişlərlə evlərinə qayıtmağa həvəsləndirməyi təklif etmişdi.
Havar Şəfiyeva