BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Serqey Lavrov arasında qısa görüş olub.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Nyu-Yorkdakı diplomatik mənbə məlumat verib.
Görüş ABŞ prezidenti Donald Trampın adından dövlət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda baş tutub.
Rusiya nümayəndə heyətindəki mənbə agentliyə “görüşün məhsuldar olduğunu” bildirib.