Böyük Britaniya ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Ukrayna üçün Amerika silahlarının alınması planlarında iştirak etməyi düşünür.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Böyük Britaniyanın müdafiə naziri Con Healey və onun almaniyalı həmkarı Boris Pistorius bazar ertəsi Ukraynanın müdafiəsi üzrə təmas qrupunun onlayn görüşü zamanı Londonun bu proqramdakı rolunu müzakirə edəcəklər”, – məlumatda deyilir.
Həmçinin bildirilir ki, London iki ssenarini nəzərdən keçirir: ya Almaniya ilə birgə “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin alınması, ya da Ukrayna üçün başqa növ silah və sursatların ayrıca çatdırılması. Agentliyin mənbələri dəqiqləşdirib ki, hər iki variant müzakirə olunur.
Nuranə Məmmədova


















