Bloomberg: “Çin qızıl alışını genişləndirir”

66

Çin, ilk alışdan sonra üç ildən çox müddətdə qızıl ehtiyatlarını artıraraq, ardıcıl ikinci ay qızıl ehtiyatlarının artdığını bildirdi.

Elchi.az “Bloomberg”-ə istinadən xəbər verir ki, dekabrda Çin Xalq Bankı ehtiyatlarını 30 ton artırıb. Noyabrda 32 ton artımdan sonra ölkənin ehtiyatları 2010 tona çatdırılıb.

Ümumdünya Qızıl Şurasının tələb meylləri ilə bağlı hesabatına görə, mərkəzi banklar tərəfindən külçə alışları ötən ilin üçüncü rübündə rekord həddə çataraq, təxminən 400 tona çatıb və bunun yalnız dörddə biri açıq siyahıya alınmış müəssisələrə gedib.

Çin keçmişdə nadir hallarda ehtiyatları barədə məlumat verirdi. Noyabrda 32 ton artım 2019-cu ilin sentyabrından ölkədə qeydə alınan ilk axındır.

Çin Xalq Bankının məlumatına görə, dekabrın sonunda əvvəlki ayla müqayisədə ölkənin valyuta ehtiyatları 10,2 milyard dollar artaraq ötən ayın sonunda 3,13 trilyon dollar təşkil edib.

Yeganə