Bişkek dünyanın ən çirkli şəhərləri siyahısına başçılıq edir

41

Bişkek havanın çirklənməsinə görə dünyada birinci yerdədir.

Elchi.az xarici mediaya istinadən bildirir ki, bu barədə havanın keyfiyyət reytinqini dərc edən www.iqair.com saytı məlumat yayıb.

Saytın məlumatına görə, Qırğızıstanın paytaxtında havanın çirklənməsi 306 AQI (havanın keyfiyyət indeksi) təşkil edir ki, bu da təhlükəli səviyyəyə uyğundur.

İkinci yerdə 179 AQI ilə Dəkkə (Banqladeş), üçüncü yerdə 176 AQI ilə Dehli (Hindistan) qərarlaşıb. Bu şəhərlərdə havanın təmizlik dərəcəsi zərərli olaraq qiymətləndirilir.

Kəlkütə (Hindistan), Karaçi (Pakistan), Mumbay (Hindistan), Akkra (Qana), Bağdad (İraq), Daşkənd (Özbəkistan) və Lahor (Pakistan) da bu siyahının ilk onluğundadır.

Yeganə