"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Birinci Dövlətlərarası Şuranın iclası keçirildi – Yenilənib

11 Oktyabr 2022 - 17:44
in GÜNDƏM
FacebookVatsap

Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.

Bunu da oxuyun

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

Vasif Talıbov YAP-dan çıxarılır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Elchi.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

İclasda çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

– Hörmətli İlham Heydər oğlu, Sizinlə bu dəfə qonaqpərvər Qırğızıstan torpağında yenidən görüşməyimə çox şadam. Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrinə dair məsələləri müzakirə etmək fürsətinə görə də şadam. Mən Azərbaycana səfərimi böyük məmnuniyyətlə xatırlayıram. Bu ilin aprelində mənə və nümayəndə heyətimizin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Biz Sizin dövlət səfərinizə olduqca böyük əhəmiyyət veririk. Çünki bu səfər bizim qardaş ölkələrimiz arasında əsl strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. Bizim xalqlarımızın dostluğu zamanın və tarixin sınağından çıxmış uzunmüddətli etibarlı və səmimi münasibətlərə əsaslanır. Ölkələrimiz bu il Dostluq və əməkdaşlıq haqqında Müqavilənin 25 illiyini qeyd ediblər. Üç aydan sonra bizim yeni yubileyimiz – diplomatik münasibətlərin qurulmasının 30 illiyi olacaq. Biz bu tarixə yaxşı nəticələrlə yaxınlaşmışıq. Bizim əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Fərəhli haldır ki, dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr ölkələrimizin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında aktiv qarşılıqlı fəaliyyətlə nəticələnib. Aprel ayındakı bir sıra razılaşmalarımız hökumətlərarası birgə komissiyanın xətti ilə əməli surətdə həyata keçirilib, İşgüzar Şura yaradılıb, Heydər Əliyev adına, Nizami Gəncəvi adına məktəbləri, Qırğızıstan- Azərbaycan Dostluq Parkını birlikdə açacağıq. Əminəm ki, Sizin səfəriniz və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək. Bu, bizim əməkdaşlığımızın siyasi, ticari-investisiya və mədəni-humanitar sahələrdə fəal inkişafının parlaq göstəricisidir. Xüsusilə vurğulamaq istərdim ki, Qırğızıstan qardaş Azərbaycanla sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır.

Hörmətli İlham Heydər oğlu, biz beynəlxalq təşkilatlarda da aktiv qarşılıqlı fəaliyyət göstərir və beynəlxalq strukturlara namizədliklərin irəli sürülməsi zamanı bir-birimizi dəstəkləyirik. Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub. Biz Sizə ona görə minnətdarıq ki, Siz Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəkləyirsiniz. Bizim ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda və strukturlarda aktiv qarşılıqlı fəaliyyət göstərir. Əminəm ki, əməkdaşlığımızın yüksək səviyyəsi uzunmüddətli olacaq.

Hörmətli İlham Heydər oğlu, Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə etməyə hazıram və sözü Sizə verirəm, buyurun.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Çox sağ olun, cənab Prezident. İlk növbədə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə təşəkkürümü bildirirəm. Həmçinin Sizin yarım il bundan əvvəl Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. Münasibətlərimizin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik. Sizin Azərbaycana rəsmi səfəriniz zamanı ölkələrimiz arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu Bəyannamə bizim əlaqələrimizi daha yüksək səviyyəyə qaldırıb. Əminəm ki, mənim səfərimin yekunlarına dair razılaşmalar əldə olunacaq və bu razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək.

Siz bizim ölkələrin həm beynəlxalq arenada, həm də ticari-iqtisadi əlaqələr çərçivəsində əməkdaşlıq istiqamətlərini qeyd etdiniz. Düşünürəm ki, bu gün və sabah həm biz Sizinlə, həm də nümayəndə heyətlərinin üzvləri planlarımızı ətraflı müzakirə etmək və tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirmək fürsəti əldə edəcəyik. Mən əmtəə dövriyyəsinin rəqəmlərinə baxdım. Əlbəttə, onlar bizi məmnun edə bilməz. Lakin fikrimcə, bu, bizim nəzərdə tutduğumuz o planlardır ki, qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin Sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edəcəyik.

Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə ehtirama görə Sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib. Həmçinin qeyd etdiyiniz kimi, Qırğızıstan-Azərbaycan Dostluq Parkı, Nizami Gəncəvi adına məktəb açılacaq. Bizim əməkdaşlığımızın bütün bu əlamətdar anları, əlbəttə, Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və bizim münasibətlərin qardaşlıq xarakterini ifadə edir. Əminəm ki, biz bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edəcək.

Previous Post

Birinci Dövlətlərarası Şuranın iclası keçirildi – Yenilənib

Next Post

Rusiyadan üz çevirən Qırğızıstan bizə doğru gəlir…

Bənzər yazılar

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...

Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 - 14:21

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilir. Elchi.az Teleqraf-a istinadla xəbər verir ki, qurultayda Naxçıvan Muxtar...

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 13:34

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII...

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda AQEM Media Forumu keçirilir

01 Oktyabr 2026 - 10:10

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....

Next Post
Rusiyadan üz çevirən Qırğızıstan bizə doğru gəlir…

Rusiyadan üz çevirən Qırğızıstan bizə doğru gəlir…

Rusiyadan üz çevirən Qırğızıstan bizə doğru gəlir…

Rusiyadan üz çevirən Qırğızıstan bizə doğru gəlir…

Son xəbərlər

Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28
Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

05 Oktyabr 2026 - 12:15
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04
Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

05 Oktyabr 2026 - 11:51
Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

05 Oktyabr 2026 - 11:38
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

05 Oktyabr 2026 - 11:25
İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

05 Oktyabr 2026 - 11:17
Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

05 Oktyabr 2026 - 11:09
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 - 11:08
Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

05 Oktyabr 2026 - 10:44
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25
Tədqiqat: Yer və Mars fundamental olaraq fərqli yollarla formalaşıb

Tədqiqat: Yer və Mars fundamental olaraq fərqli yollarla formalaşıb

05 Oktyabr 2026 - 10:12
Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir

Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir

05 Oktyabr 2026 - 09:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.