Avropa Yayım Birliyinin (EBU) Qəzzaya hücumlarına baxmayaraq, İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirakını təsdiqləməsi bir çox ölkədə reaksiyaya səbəb olub. Belçika, Sloveniya, Hollandiya, İspaniya və İrlandiya vicdan əzabı ilə yarışmadan çıxdıqlarını açıqlayıblar. İclasda ən güclü etiraz TRT-dən gəlib.
Elchi.az xəbər verir ki, İsrailin Avroviziya 2026 mahnı müsabiqəsindəki taleyi müəyyən edilib. Avropa Yayım Birliyi İsrailin yarışmada iştirak edib-etməyəcəyi ilə bağlı səsvermə keçirib.
Baş Assambleya Qəzzada soyqırım törədən İsrailin yarışmadan kənarlaşdırılmasını tələb edib. Bütün reaksiyalara baxmayaraq, Avropa Yayım Birliyi İsrailin səhnədə iştirakını təsdiqləyib.
Şayəstə





















