Prezident Aleksandr Lukaşenko bildirib ki, Belarus Ukraynaya hücum etməyi planlaşdırmır.
Elchi.az-ın məlumatına görə, xəbəri BelTA dövlət agentliyi yayıb.
“Düşünməyin ki, mən burada hansısa hücum planlaşdırıram – Belarus ərazisindən Ukraynanı bombalayacağıq və sairə. Belə bir həvəsim yoxdu, nə üçün sizin və mənim övladlarım gedib orada döyüşməlidir… Bu saat bizə sakit olmaq lazımdır”, – deyə Lukaşenko Prujanski rayonunda sakinlərlə görüşdə söyləyib.
Lukaşenkonun sözlərinə görə, bu gün müharibə edən tərəf Ukrayna deyil.
“Bu gün bütün ilk növbədə NATO bloku və Amerika Rusiya ilə müharibə aparır”, – Belarus prezidenti qeyd edib.