"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Baytarlıq Nəzarəti Xidmətinin rəisindən Prezidentə şikayət olundu

27 Yanvar 2016 - 21:44
in aktual-banner, Banner, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

resi-reis

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Elchi.az – a  Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahverdiyev Sərdar Mirsahib oğlu tərəfindən Prezidentə ünvanlanan şikayət məktubu daxil olub. Surəti digər yüksək qurumlara ünvanlanan məktubu şükayətçinin xahişi ilə oldugu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: -Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cənablarına

-Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov cənablarına

-Azərbaycan Respublikasının Iqtisadiyyat naziri Şahin Mustafayev cənablarına

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fiziki şəxs Şahverdiyev Sərdar Mirsahib oğlu tərəfindən

MƏKTUB
Hörmətli cənab Prezident!
Himayəmdə işləməyən xəstə həyat yoldaşım və iki xəstə oğlum var. Özüm də həmişə həkim nəzarəti altında müalicə alıram. Üzürlü səbəblərdən vaxtında normal təhsil ala bilməmişəm. Xəstə olmağıma baxmayaraq ailəmizim yeganə qazanc gətirəni olduğum üçün hər bir çətinliklərə qatlaşaraq işləyir və ailəmi birtəhər dolandırıram. Bununla yanaşı kiçik bir sahibkar kimi iş tapa bilməyən bir neçə həmyerlilərimi də başıma yığıb qəsəbəmizdə icarəyə götürdüyüm “heyvan kəsimi” sexində işləyirik. Tam qanuni fəaliyyət göstəririk. Bütün tələbatlara cavab verən və respublikamızda demək olar ki, analoqu olmayan, müasir üslubda tikilmiş seximizdəki bütün proseslərə Abşeron Rayon Baytarlıq İdarəsinin ayırdığı həkim də nəzarət edir.
Ünvanınıza müraciət etməyimin başlıca səbəbi isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis əvəzi işləyən və işlədiyi “Xidmət”ə şəxsi obyekti kimi yanaşan Azər İdris oğlu Süleymanovun vəzifə səlahiyyətlərini aşaraq öz şəxsi marağı naminə son vaxtlar mənə  qarşı qərəzli cinayət xarakterli hallara yol verməsi və haqqımda bir sıra KİV-də böhtan dolu materiallar səsləndirməsi barədə Sizləri məlumatlandırmaqdır.
Bir neçə gün öncə, yəni 9 yanvar 2016-cı ildə gecə məlumat aldım ki, Azər Süleymanov bir dəstə adamla sexə gəlib. Onların yanına gedəndə Azər müəllim bildirdi ki, monitorinq keçiririk, sexi yoxlayacağıq. Onlara etiraz etmədim və işdə hər şey öz qaydasında olduğu üçün yoxlayıcılara şərait də yaratdım. Soyuducularda həkim nəzarətindən keçmiş və rəy alınması üçün ertəsi gün həkim yoxlamasından keçiriləcək başqa ətlər də var idi. Azər müəllim dedi ki, aldığımız məlumatlara görə burada at əti də var. Mən ona belə haram işlərlə məşğul olmadığımızı və dindar olduğumuzdan sexdə belə şeylərin olmamasını bildirdim. Eləcə də ona xatırlatdım ki, dəfələrlə buraya rəsmi və ya qeyri-rəsmi nəzarət etdirmisiniz, həmin vaxtlar nə ortaya çıxıb ki, indi də elə deyirsiniz. Seximizin baytar həkimi Nizami də ona iradlar tutdu. Azər bundan daha da əsəbiləşdi və sexdən kənarda hansı yollasa gəlib dayanmış “Qazel” və “Jiquli” markalı avtomobillərdəki ətlərində də sexə boşaldılmasını əmr etdi. Mən buna etiraz edəndə, tanımadığım ətin sexə boşaldılmasına icazə verməyəndə Azər şahidlərin yanında məni təhqir edərək mənə hədə-qorxular gəldi və nəticədə mənşəyini özü bildiyi kənar ətləri də sexə boşaltdırdı. Məni isə kənara çəkib bildirdi ki, siz indiyə qədər məni saymayıb yanıma gəlməyəndə məndən bundan artıq nə gözləyirsiniz? Sonda Azər Süleymanov mənə dedi ki, sən mən deyən qaydada Abşeronun baş baytar həkimi Fəxrəddinin üzünə durmasan səni burada işləməyə qoymayacağam. Onsuzda nazirlə danışmışam, Fəxrəddinin yerinə tələbə yoldaşım Kamranı qoyacam və s.
Azər müəllim ekspertiza üçün ətlərdən on yeddi adda nümunə götürtdürdü və ekspertizanın cavabına qədər sexi bağlatdırdı. Qeyd edim ki, Azər Süleymanov nümunə üçün ətlərin bəzisini bizə heç bir aidiyyəti olmayan və özlərinin sifarişi ilə əvvəlcədən gətirilib küçədə dayandırılmış “Qazel”dən boşaltdırdığı ətlərdən götürtdürdü. Mən də başqa yerdə neytral ekspertiza keçirtdirmək üçün sexdə bizə məxsus olan ət nümunələrindən istəsəm də onlar buna əhəmiyyət vermədilər. Sonda isə məni aldadaraq və mənim savadsız olduğumdan, latın qrafikasını oxuya bilməməyimdən istifadə edərək mənə tərtib etdikləri məzmununu başa düşmədiyim akta imza etdirdilər.
Azərgilin başıma gətirdiklərini ertəsi günlər yaxın tanışım və nümayəndəm Savalan Məmmədova danışdım, o, məndən aktın surətini istədi. Mən DBNX-nin idarəsinə getdim və aktı yazmış Ramiz Salmanovdan aktın surətini istədim. Ramiz müəllim rəis əvəzi Azərlə danışıb dedi ki, aktda işçiniz Ağalətif Məcidovun imzası yoxdur, onu gətir, akta imza etsin, sonra gəl surətini apar.
Nəticədə eşitdiyimizə görə Azər Süleymanovun sifarişi və tapşırığı ilə onlarla bir nazirliyin tabeçiliyində fəaliyyət göstərən laboratoriya həqiqəti kənara qoyub Azərə sərf edən ekspertiza rəyi veribdir. Bundan istifadə edən A.Süleymanov isə izi itirmək, sübutları yoxa çıxartmaq üçün tezbazar seximizdəki yararlı ətləri yararsız kimi məhv etdirdi. Bunlar azmış kimi isə Azər müəllim istər mənə, istərsə də nümayəndəmə bu günə qədər ekspertizanın cavabını və ətin məhv edilməsi haqqında qərarın surətlərinin verilməsinə imkan vermir. Düzdür, biz aktın surətini onun yazılmasından altı gün sonra çətinliklərlə ala bildik. Aktı oxutdurarkən mənə məlum oldu ki, Azər öz qanunsuzluqlarına qanuni don geyindirmək üçün hansı böhtanlara əl atıb, öz yalanlarına nazir Heydər Əsədovu necə inandırıb, barəmdə mənfi rəy yaratmaq üçün mənim fikrimi soruşmayan bəzi televiziya kanallarını necə ələ alıb və s.
Möhtərəm cənab Prezident!
Biz gözləyirdik ki, bizim müraciətimiz əsasında nazir Heydər Əsədov işlədiyi “Xidmət”ə rəis keçmək üçün planlı surətdə “şou”lar quran, onu aldadan, tutduğu vəzifənin və işinin incəliklərini bilməyən, nümunəvi həmkarlarının adlarına qara ləkə olan Azər Süleymanovdan bizim məsələ ilə bağlı niyə fəaliyyətində Nazirlər Kabinetinin 5 oktyabr 2007-ci il tarixli, 156 saylı qərarının tələblərinə əməl etməməsini soruşacaqdır.
Biz indi gözləyirik ki, müraciət etdiyimiz aidiyyəti hüquq-mühafizə orqanlarında bundan sonra da olsa Azər Süleymanovdan soruşulsun ki, 9 yanvar 2016-cı ildə Aşağı Güzdək qəsəbəsində qanuni monitorinq keçirirdinsə niyə orada tərtib edilmiş aktda sənin və orada iştirak edən digər rəsmi şəxslərin adları göstərilməyib? Sexdəki ətlər hansı tərəzidəsə çəkimədiyi halda siz nə əsasla televiziya kanallarında həmin ətlərin çəkisini şişirtdirərək xalqa dörd ton kimi təqdim etdirirsiniz? Siz nə əsasla kəsim sexinə heç bir aidiyyəti olmayan və sexdən kənarda dayanmış avtomobillərdəki ətləri hamının gözü qarşısında sahibkarın etirazına baxmayaraq zorla sexə boşaltdırdıb və həmin ətlərdən də nümunə götürtdürürsünüz? Məgər sexdən kənarda başqalarına məxsus ətə də S.Şahverdiyev məsuliyyət daşıyır. Həmin avtomobilləri özünüz əvvəlcədən düşünülmüş surətdə oraya gətirtdirməmisinizmi? Siz sexdən ət nümunələrini niyə təlimata uyğun götürtdürməmisiniz və həmin nümunələrdən niyə sahibkara da verdirtməmisiniz? Nə ilə sübut edə bilərsiniz ki, ekspertizaya verdiyiniz ətləri məhz haradan götürmüsünüz? Siz nə əsasla sahibkara aktın surətini altı gündən sonra, ekspertizanın və ətin məhv edilməsi haqqında yazılan qərarın surətini isə bu günə qədər verilməsinə icazə vermirsiniz? Sexdəki ətlərin mənşəyini məlum edən sənədlər və həkim tərəfindən ətlərin yararlılığı möhürlə təsdiqləndiyi halda siz nə əsasla həmin ətlərə başqa adlar verirsiniz? Siz nə üçün ətin məhv edilməsində sahibkarın iştirakını təmin etməmisiniz? Siz nə üçün sexdən qanunsuz yollarla düzüb-qoşub apartdırdığınız tonlarla ətin dəyərini bu günə qədər sahibkara ödəməmisiniz? Siz nə üçün Fəxrəddin həkimi işdən çıxartmaq üçün günahsız sahibkara “torba” tikmisiniz?
Möhtərəm cənab Prezident!
Siz həmişə biz sahibkarların arxasında dayanaraq hüquqlarımızı qorumusunuz. Sizi tam məsuliyyətlə təkrarən əmin edirəm ki, Azər Süleymanov öz şəxsi iyrənc marağından və işlədiyi “Xidmət”ə rəis təsdiq olmaq üçün belə “şou”lar göstərir. Mən günahsız ola-ola Azər Süleymanov barəmdə böhtanlar yaydırır və mən şikayət etməyim deyə qabaqdangəlmişlik edərək mənə hədələr gəlir və arxasında nazir Heydər Əsədovun dayandığını deyir. Azər Süleymanov öz işini bilən mütəxəssis olsa idi onda o, yuxarıda göstərdiyim bu qədər qanunsuzluqları törətməzdi. Mən qondarma akt və ekspertizanın Azərin sifarişi ilə verdiyi cavabla da razı deyiləm və təkrar ekspertizanın keçirilməsini tələb edirəm.
Xahiş edirəm, şikayətimi şəxsi nəzarətinizə götürərək onun qanunda nəzərdə tutulan qaydada araşdırılmasına, Azər Süleymanovun mənə vurduğu ziyanların ödənilməsinə və özünün də məsuliyyətə cəlb olunmasına göstəriş verəsiniz.

P.S. Redaksiya olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Previous Post

Baytarlıq Nəzarəti Xidmətinin rəisindən Prezidentə şikayət olundu

Next Post

İslam oyunlarının proqramı dəyişdi

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

İslam oyunlarının proqramı dəyişdi

İslam oyunlarının proqramı dəyişdi

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.