Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.
XİN-dən Elchi.az-a verilən məlumata görə, görüş zamanı, Azərbaycanla Macarıstan arasında münasibətlərin strateji səviyyəsindən, hazırda bir sıra istiqamətlərdə ikitərəfli və regional əlaqələrin qarşılıqlı əsasda genişlənməsindən, yüksək səviyyəli dialoqun və qarşılıqlı səfərlərin artmasından məmmunluq ifadə olunub.
Görüşdə tərəflər, iki ölkə arasında siyasi, ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb, bu və digər istiqamətlərdə əlaqələrin daha da dərinləşməsinə dair ortaq maraqlar diqqətə çatdırılıb. Tərəflər, həmçinin çoxtərəfli əməkdaşlıq platformaları, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində müsbət əməkdaşlıq dinamikasının gələcəkdə də davam etdirilməsinə razılıq bildiriblər.
Nazir C.Bayramov öz həmkarını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatlandırıb və Macarıstan tərəfinin işğaldan azad edilmiş ərazilərdə səylərə töhfə vermək niyyətinə görə minnətdarlığını bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib, mümkün bütün platformalarda təmasları davam etdirməyi qərarlaşdırıblar.
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi...





















Son şərhlər