
Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Araşdırmaları İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru Vladimir Vasilyev hesab edir ki, ABŞ prezidenti Co Bayden üçün prezidentliyin məqsədi və mənası Moskvada rejimin dəyişdirilməsidir.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən bildirir.
Vasilyevin qənaətincə, Bayden Ağ Evdə olduğu müddətdə yüksək siyasi rəhbərlik Rusiyaya düşmən kimi baxacaq. Politoloq əmindir ki, Bayden üçün prezidentliyin məqsədi və mənası Moskvada rejimin dəyişdirilməsidir:
“Baydenin başqa heç nəyə vaxtı və enerjisi yoxdur, o, artıq 2 ildir ki, bununla məşğuldur. Onun üçün dünya Kremlin üzərində birləşib və bu, çox şeyi müəyyənləşdirir və müəyyən etməyə davam edəcək”.
Vasilyev onu da əlavə edib ki, Baydenin hesabat verəcəyi və tarixə düşəcək heç nəyi yoxdur:
“Ona görə də o, hələ 2019-cu ildən qarşısına bir vəzifə qoyub-Kremldən gələn avtokratla məşğul olmaq…”.
Yeganə