Cənubi Karolina ştatından respublikaçı senator Tim Skott 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Skott bunun üçün keçən həftə lazım olan sənədləri tamamlayıb.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp T.Skottun qərarını alqışlayır. O, bunu irəliyə doğru böyük addım adlandırıb.
T.Skott Konqresin hər iki palatasında xidmət edən ilk afroamerikalıdır. Siyasi karyerasına qədər o, maliyyə xidmətləri sənayesində çalışıb.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.
Yeganə