ABŞ prezidenti Co Bayden Əfqanıstandakı humanitar və maliyyə böhranının ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə yaratdığını və bu kontekstdə elan edilən milli fövqəladə vəziyyətin davam etməli olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Bayden Əfqanıstanda humanitar böhran və iqtisadi çöküş ehtimalı ilə bağlı 11 fevral 2022-ci ildə elan edilmiş milli fövqəladə vəziyyətin müddətini uzatmaq üçün Konqresə məktub göndərib.
Ərzaq təhlükəsizliyi, su, gigiyena, sığınacaq, COVID-19 kimi bir çox sahələrdə Əfqanıstanda böhranın dərinləşməsi nəticəsində çökmə potensialı ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmağa davam edir.
Bu kontekstdə Bayden ABŞ-da “Da Əfqanıstan Bankı”na (DAB) aid bəzi əmlakların ABŞ maliyyə qurumları tərəfindən qorunmasının son dərəcə vacib olduğunu və bunun Əfqanıstan xalqının rifahı üçün önəmini vurğulayıb.
Müxtəlif tərəflərin, o cümlədən terror qurbanlarının nümayəndələrinin DAB-ın mülklərinə qarşı qanuni iddialar irəli sürdüklərini bildirən Bayden, 14064 saylı sərəncamla bu əmlaka girişin bloklandığını bildirib.
Yeganə