"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

BAXCP: Xocalı soyqırımı bütün insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir

26 Fevral 2023 - 09:48
in MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Xocalı soyqırımının 31-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Yuxarı Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən soyqırım aktı törədilib. 29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilib, yerli əhali, silahsız dinc sakinlər, o cümlədən uşqalar, qadınlar, yaşlı insanlar xüsusi qəddarlıqla qətlə yetiriliblər. Yandırılan, ağır artilleriya atəşi ilə viran qoyulan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, Xocalı sakinlərinə yollarda, meşələrdə pusqu qurulurub və heç bir günahı olmayan insanlar xüsusi amansızlıqla öldürülüblər. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin ən amansız nümunələrindən biridir. Ermənistanən yürütdüyü bu siyasətin digər təzahürləri özünü 1990-cı illərin əvvəllərində Qazax rayonunun Bağanis Ayrım kəndində, Qarabağın azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Axullu, Nəbilər, Həsənabad, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərində büruzə verib və bu ərazilərdə azərbaycanlı əhaliyə qarşı Beynəlxalq Humanitar hüququn bütün norma və prinsiplərinin pozulması, ağır müharibə cinayətləri ilə müşaiyət olunan etnik təmizləmə həyata keçirilib. Bundan başqa, Xocavənd rayonunun Qaradağlı, Kəlbəcər rayonunun Ağdaban kəndlərinin işğalı zamanı da çoxsaylı mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək xüsusi qəddarlıqla qətlə yetiriliblər. Bu cinayətlər nəticəsində onlarla mülki şəxs girov götürülüb və itkin düşüb. Qeyd edək ki, Ermənistanın insanlıq əleyhinə törətdiyi bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan bütün beynəlxalq sənədlərin, Beynəlxalq Humanitar Hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulub. Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə və məqsədli şəkildə kütləvi məhvi BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 2-ci maddəsinə əsasən, soyqırımı cinayəti kimi tövsif edilməlidir. Xatırladaq ki, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentləri, məhz bu məqamları nəzərə alaraq, Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktı tanıyıblar. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. XX əsrin sonlarında bəşəriyyətin gözü qarşısında baş verən Xocalı soyqırımı Azərbaycan xalqı ilə yanaşı bütün insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir. Soyqırımın törədilməsindən 31 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq birlik Xocalı soyqırımına lazımi siyasi və hüquqi qiymət verməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyiblər. Xocalı soyqırımının əsas təşəbbüskarları, təşkilatçıları və ən amansız icraçıları olan, törətdikləri bu dəhşətli müharibə cinayətlərindən məmnun olduqlarını dəfələrlə etiraf edən Ermənistanın sabiq prezidentləri, vaxtilə çevriliş və dinc insanların insanların qətlə yetirilməsi yolu ilə hakimiyyətə gələn Robert Köçəryan, Serj Sarqsyan və digər müharibə cinayətkarları bu gün də Azərbaycan xalqına qarşı soyqırım cinayətlərini davam etdirmək üçün fürsət axtarırlar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Xocalı soyqırımı kimi dəhşətli faciələrə yol açan cinayətlərin yenidən təkrarlanmaması, günahsız insanların qətlə yetirilməməsi naminə bəşəriyyətin gələcəyini düşünən hər kəsi Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması məqsədilə, onun soyqırımı və insanlıq əleyhinə törədilmiş cinayət aktı kimi tanınması üçün qətiyyət nümayiş etdirməyə çağırır”.

Bunu da oxuyun

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Previous Post

BAXCP: Xocalı soyqırımı bütün insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir

Next Post

Guardian: ABŞ Kanadadan nəhəng super donuzların işğalı ilə hədələnir

Bənzər yazılar

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Next Post
Guardian: ABŞ Kanadadan nəhəng super donuzların işğalı ilə hədələnir

Guardian: ABŞ Kanadadan nəhəng super donuzların işğalı ilə hədələnir

Guardian: ABŞ Kanadadan nəhəng super donuzların işğalı ilə hədələnir

Guardian: ABŞ Kanadadan nəhəng super donuzların işğalı ilə hədələnir

Son xəbərlər

Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.