BAXCP sədri Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı başsağlığı verib

54

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı mərhumun doğmalarına və onu sevənlərə başsağlığı verib: “Hacı Şahin Həsənlinin vaxtsız vəfatı məni dərindən kədərləndirdi. Vətəninə, xalqına sevgisi, işıqlı düşüncəsi, dürüstlüyü, səmimiliyi ilə hər kəsin hörmətini qazanmış Hacı Şahin Həsənlinin vəfatı dini baxışlarından asılı olmayaraq, hər bir azərbaycanlı, bütövlükdə cəmiyyətimiz üçün böyük itkidir. Yeri hər zaman görünəcək, xatirəsi əziz tutulacaq.

Yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.