Bərdədə baş redaktor dələduzluğa gərə həbs edilib.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib.
O qeyd edib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb. Araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb.
F.Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb
"Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb". Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...





















Son şərhlər