"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Baş liftçinin 10 milyonlarla ölçülən varidatı haqda yeni şok bilgilər 

22 Aprel 2017 - 08:52
in XƏBƏR LENTİ
FacebookVatsap

Qüdrət Şükürovun erməni ilə iş birliyindən 1 milyon 700 min “otkat” aldığı iddiası var; onun Buzovnada 2 qoşa imarəti, saysız hesabsız varidatı, xüsusi hazırlanan “Mersedes”i və daha nələri varmış…

Bunu da oxuyun

Qızıl və gümüş ucuzlaşdı

Şimali Kiprdə üç günlük matəm elan edilib

Gəncə şəhərində yanğın baş verib

Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov qızına 400 min dollarlıq toy etməsi ilə günlərdir ki, medianın diqqət mərkəzindədir. “Böyük Saray”dakı toy mərasimindən, toya qədər baş tutan digər mərasimlərin videolarından belə aydın olur ki, ölkəmizin lift təsərrüfatı tapşırılmış məmur korrupsiya pulları hesabına fantastik həyat yaşayır…

Q.Şükürov uzun illərdir ki, Bakı Lift İdarəsində çalışır. O, idarədə hələ mühəndis kimi qurumdan liftlərdə istifadə edilən trosların yoxa çıxması faktı üzrə saxlanılıb. Amma həmin iş Q.Şükürovun yenidən vəzifəsinə qayıtmağa, daha sonra idarənin rəhbərliyinə gətirilməyinə mane olmayıb…
Q.Şükürov əvvəllər də medianın gündəmində olub. 2010-cu ildə ona məxsus “Range Rover” markalı maşından 210 min manat oğurlanıb. Həmin vaxt mətbuatda bu haqda geniş yazılar dərc olunub. Q.Şükürov oğurluq baş verdikdən sonra həmin maşını satıb. Hazırda o, Az 10 AA 828 nömrə nişanlı, ən son model S klass “Mersedes”də gəzir. Maşın “Mersedes” zavodunda xüsusi sifarişlə yığılıb, motorun həcmi 6.3-dür. İddialara görə, Q.Şükürov təkcə bu maşının yanacağına hər gün 100-120 manat civarında pul xərcləyir. O da bildirilir ki, xüsusi sifarişlə hazırlanan bu nəqliyyat vasitəsini Q.Şükürov 450 min avroya alıb. Bundan başqa, Q.Şükürovun “Range Rover” markalı, Az 10 ZZ 447 nömrə nişanlı maşınının olduğu deyilir. Bu maşının qiyməti də az deyil – 250 min dollar. Q.Şükürovun oğlu Samid Şükürovun Az 10 XO 777 nömrə nişanlı “Mercedes Qalendvagen”, nömrə nişanının sonu 447 ilə bitən “Lexsus” markalı maşınları var.
Q.Şükürovun qızının həyat yoldaşı Oqtaya 160 min dollara aldığı iddia olunan “Porşe” markalı, Az 90 OA 900 nömrə nişanlı maşın da digərlərindən geri qalmır.
Zəngin həyat yaşayan Q.Şükürovun keçmiş kürəkəni ilə də bağlı maraqlı məlumatlar var.
Elşən Əsgərli məmur qızı Aysel Şükürova ilə 2012-ci ildə ailə həyatı qurub. Həmin il “Kral” şadlıq sarayında düzənlənən toy məclisinə Q.Şükürov bu ilin yanvarında qızı ikinci dəfə ərə gedən zaman xərclədiyi puldan daha artığını xərcləyib. İddia olunur ki, həmin vaxt Q.Şükürov 500-550 min civarında pul xərcləyib.
Nikah pozulub, uşağın atasını həbs etdiriblər…
2016-cı ilin sentyabrında isə Şükürovun qızı ilə Elşən Əsgərlinin nikahı pozulub. Bu izdivacdan dünyaya gələn, adı Uğur olan uşaq hazırda anasının yanındadır. Hazırda tərəflər arasında uşağa görə çox ciddi qovğa yaşandığı bildirilir. Bir neçə gün əvvəl Q.Şükürov və onun keçmiş qudası Rəfail Əsgərov bu qovğa üzərindən Nəsimi Rayon Polis İdarəsinə dəvət olunublar. Polisdə tərəfləri barışdırmağa çalışılıb, uşaqla atasının görüşünə şərait yaradılması təklif olunub. Amma məsələ çözülməyib. Bildirilir ki, sosial şəbəkə üzərindən də tərəflər arasında çəkişmə var. Q.Şükürovun yaxınları keçmiş qohumlarının zənən, məktəbli qız uşaqlarının fotolarını müxtəlif sosial şəbəkələrdə yaymaqla fotoların altına “20 AZN” yazıblar. Bu isə ciddi narazılığa səbəb olub. Hətta bir müddət əvvəl E.Əsgərli keçmiş qohumları tərəfindən metronun “Gənclik” stansiyasının yaxınlığına dəvət olunub. Onu orada A.Şükürovanın hazırkı həyat yoldaşı Oqtay 10 nəfərlə qarşılayıb və döyüblər. Bu məsələ ilə bağlı araşdırma aparılıb, amma cinayət işi E.Əsgərliyə qarşı başlanıb…

Image result for Qüdrət Şükürov
Bir neçə gün əvvəl E.Əsgərli bir daha Nəsimi rayonu ərazisində, “Bizim ev” kafesinin yaxınlığında döyülüb. Onu həmin kafeyə keçmiş həyat yoldaşının 2-ci əri Oqtay çağırıbmış.
İddialara görə, orada E.Əsgərliyə bildiriblər ki, həbsi üçün 30 min dollar pul ödənilib, övladı ilə görüş tələb etsə, həbsə alınacaq.
Maraqlı bir məqam da odur ki, E.Əsgərli Q.Şükürovun qızından ayrılandan sonra keçmiş qayınatası tərəfindən həbs etdirilib. Məsələ isə belə olub: E.Əsgərlinin qaynı Samid Şükürov ona zəng vurub və “uşaqla görüşmək istəyirsənsə, Buzovnadakı bağ evinə gəl” deyib. Ora gedəndə isə Cəmil adlı bağban E.Əsgərliyə hücum edib. E.Əsgərli isə oradan uzaqlaşıb. Bundan sonra Xəzər rayon Polis İdarəsi onun barəsində həbsli axtarış elan edib. Q.Şükürovun keçmiş kürəkənini növbəti gün tutub Xəzər Rayon Məhkəməsinə aparıblar. Amma onun bağbana qarşı zorakılıq etməsi təsdiq olunmayıb və E.Əsgərli məhkəmə zalından azad olunub…

 

***
Q.Şükürov deyir ki, 550 manat rəsmi maaş alır. Bir tərəfdə 550 manat maaş, digər tərəfdə milyonlar, fantastik həyat…
Bunlar hardan əldə edilib? Belə məlumat var ki, onun keçmiş qudası Rəfail Əsgərov müxtəlif dövlət orqanlarına şahidi olduğu məsələlər haqda son dərəcə ilginc bir müraciət yazıb.
O bildirib ki, bir neçə il əvvəl Q.Şükürovun təklifi ilə Moskvaya gediblər. 2013-cü ilin aprelinə təsadüf edən səyahət zamanı Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan olub. “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib.
R.Əsgərli yazıb ki, ermənilərin işğal etdiyi Qubadlı rayonundandır və həmin vaxt qudasını erməni ilə görüşə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə – “Qoru-Floriya”ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu “OTİS”in işçisi Andrey adlı şəxs “Qoru-Floriya”ya köçürüb! Sitat: “Bu mənim gözlərim qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul ”otkat”dır”.

Image result for Qüdrət Şükürov
Devalivasiyadan əvvəl Şükürov manatlarını 8 milyon dollara dəyişibmiş…
Q.Şükürov 2013-cü ildə o dövrdə qudası olan R.Əsgərovdan bir neçə dəfə də xahiş edib ki, onunla “Elmlər Akademiyası”nın yaxınlığındakı köhnə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Azəriqazbank”ın filialına gedib pul çıxarsınlar. Hər dəfə 400, 500, 700 min dollar pul çıxarılıb. 2015-ci ilin fevralında – devalvasiyadan bir neçə gün əvvəl Q.Şükürov böyük panika içində manatda olan pullarını dollara çevirib. Həmin vaxt o, pullarını dollara çevirib, ailəvi dostu İlqarın adına “Bank of Baku”ya yatırıbmış. R.Əsgərov müraciətində Şükürovun banka yatırdığı məbləği də göstərib – 8 milyon dollar.
Q.Şükürovun var-dövləti bununla bitmir. Onun Bakının ən bahalı yaşayış binalarından hesab olunan “Gümüş plaza”da hər birinin qiyməti 2 milyon 500 min dollar olan 2 ədəd 5 otaqlı mənzilinin olduğu deyilir. Həmin binada Q.Şükürov yalnız ona və yaxınlarına xidmət edən Yaponiya istehsalı olan, qiyməti 400 min dolları aşan lift quraşdırtdırıb. Azərbaycan Ali Məhkəməsinin arxasındakı “Çıraq Plaza”nın 1-ci mərtəbəsindəki “Women SPA” mərkəzi də faktiki onundur. Təkcə bu mərkəzin təmirinə 4 milyon dollar xərcləndiyini qeyd edib. Hazırda həmin mərkəzi Q.Şükürovun həyat yoldaşı Aynurə Şükürova işlədir.

Image result for Dolarlar
Təbriz küçəsinin qurtaracağındakı çoxmərtəbəli yaşayış binasında 2 ədəd 4 otaqlı, Səməd Vurğun parkının yanında 2 yaşayış mənzili, Nəsimi rayonu ərazində isə oğlu Samid Şükürova bir neçə ay əvvəl böyük bir restoran aldığı da gələn məlumatlar sırasındadır. Q.Şükürov 2014-cü ildə Moskvanın mərkəzində 2 dənə 5 otaqlı mənzil alıb. 2015-ci ilin fevralında Q.Şükürov Tolyattidə bacanağı Müşfiqin qardaşı Salamın adına böyük – 6 mərtəbəli ticarət mərkəzi və şadlıq sarayı alıb. Buzovna qəsəbəsində 2 böyük torpaq sahəsindəki bənzərsiz imarətləri var. Birində özü, digərində qızı yaşayır. 8-ci kilometr yaşayış massivində 16 mənzili, 3 gözəllik salonunun olduğu da iddia edilir.
Q.Şükürovun keçmiş qudasının müraciətində ilginc detallardan biri də onun Xətai rayonu ərazisində, metronun “Xətai” stansiyasının arxasındakı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində şəxsi lift firmasının olması ilə bağlıdır. O firmaya Q.Şükürovun kürəkəninin qardaşı başçılıq edir. İddia olunur ki, Bakıdakı liftlərin sıradan çıxmasına yönələn hərəkətlərə də həmin firmanın əməkdaşları tərəfindən yol verilir. Bu haqda isə ötən sayımızda daha ətraflı və detallı yazı dərc etmişdik…
Q.Şükürovun qanunsuz əməlləri ilə bağlı digər maraqlı faktlar da əldə etmişik. Onları detallı şəkildə dəqiqləşdirdikdən sonra mövzuya qayıdacağıq.

Previous Post

Baş liftçinin 10 milyonlarla ölçülən varidatı haqda yeni şok bilgilər 

Next Post

Azərbaycanlı “Robinzon Kruzo”: Neftçalada tənha adanın sakini – FOTO/VİDEO

Bənzər yazılar

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşdı

31 Avqust 2026 - 09:37

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. Elchi.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.25% azalaraq 4.473...

Şimali Kiprdə üç günlük matəm elan edilib

Şimali Kiprdə üç günlük matəm elan edilib

30 Avqust 2026 - 23:57

Girnə-Taşucu reysini həyata keçirən sərnişin gəmisinin Girnə sahillərində qəzaya uğrması və insan itkisinə səbəb olmasına görə Şimali Kiprdə üç günlük...

Gəncə şəhərində yanğın baş verib

Gəncə şəhərində yanğın baş verib

30 Avqust 2026 - 23:54

Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın qeydə alınıb. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar...

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54

Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

Next Post

Azərbaycanlı "Robinzon Kruzo": Neftçalada tənha adanın sakini - FOTO/VİDEO

Azərbaycanlı "Robinzon Kruzo": Neftçalada tənha adanın sakini - FOTO/VİDEO

Son xəbərlər

Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

31 Avqust 2026 - 12:28
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

31 Avqust 2026 - 12:20
“Qarabağ” Dani Boltla yollarını ayırdı

“Qarabağ” Dani Boltla yollarını ayırdı

31 Avqust 2026 - 12:12
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

31 Avqust 2026 - 12:09
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

31 Avqust 2026 - 11:55
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

31 Avqust 2026 - 11:47
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

31 Avqust 2026 - 11:43
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

31 Avqust 2026 - 11:31
NİİM valideynlərə müraciət edib

DYP yağışlı havada sürət həddi ilə bağlı müraciət edib

31 Avqust 2026 - 11:23
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib

31 Avqust 2026 - 11:17
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

31 Avqust 2026 - 11:14
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

Prezident İlham Əliyev Malayziya Kralını təbrik edib

31 Avqust 2026 - 11:10
Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

31 Avqust 2026 - 11:06
Sumqayıtda sexdə yanğın oldu – VİDEO

FHN: Ötən həftə 751 yanğına çıxış olub, 43 nəfər xilas edilib – VİDEO

31 Avqust 2026 - 11:00
İran ABŞ PUA-sını vurduğunu açıqladı

İran ABŞ PUA-sını vurduğunu açıqladı

31 Avqust 2026 - 10:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.