“Bankların pensiyaçılara fazisiz kredit verməsi istiqamətində iş aparılır”

Dövlət Sosail Müdafiə Fondu (DSMF) pensiyaçıların post-terminallar qarşısındakı növbələri aradan qaldırmaq istiqamətində bir sıra tədbirlər palanını həyata keçirəcək.
Moderator. az xəbər verir ki, bunu DSMF sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, ilk olaraq pensiya almaq üçün post-terminalların sayı artırılacaq:
“Bu məqsədlə 300 yeni bankomat alınıb və bu bankomatların köməyi ilə yeni post-terminallar quraşdırılacaq. Eyni zamanda köhnələri isə yenisi ilə əvəzlənəcək.”
Fond sədri onuda əlavə etdi ki, aparılan monitorinqlərin nəticəsində əsasən vətəndaşlar bu post-terminallardan ancaq pensiya olan vaxt istifadə edirlər ki, bu da cəmi bir neçə gün olur:
“Ayın yerdə qalan günlərində isə bu post-terminallardan istifadə olunmur. Bu da düzgün yanaşma deyil. Ona görə biz bankomatlardakı pullarını bir gündə deyil, tədricən istifadə etməsi istiqamətində tədbirlər planı nəzərdə tutumuşuq. Birincisi, əhali arasında onlara verilən plastik kartlardan necə istifadə edilməsi istiqmətində, ikincisi, bu post-terminalların sayının artırırlması, üçüncüsü isə “pensiya+” layihəsi əsasında. Belə ki, biz “pensiya+” layihəsini reallaşdırmaqla pensiyaçıların işini daha da asanlaşdırmağı nəzərdə tuturuq. Artıq bəzi banklarla danışıqlar gedir ki, pensiyaçılara fazisiz kreditlər verilsin və onlar istədiklər vaxt və ya onlara pul lazım olanda bundan istifadə etsinlər, pensiyanı alanda da heç bir faiz ödəmədən o krediri geri qaytarsınlar. Digər bir məqam isə vətəndaşların nağd alış-verişlə yox, məhz bu plastik kartlar vasitəsi ilə həyata keçirilməsi istiqamətində iş aparılacaq. Ona görə də plastik kartların işləmə funksiyasını genişləndiririk.”