"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bank və lombard işbirliyi – Fikrət Yusifovun yazısı

29 Mart 2016 - 14:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Bank və lombard işbirliyi - Fikrət Yusifovun yazısı

Son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti çox haqlı olaraq bütün  səviyyələrdən ciddi şəkildə tənqid olunur. Bu tənqidin əsas səbəbl, bankların vətəndaşlara bahalı kreditlər verməsi, onları kreditləri milli valyutada deyil,  xarici valyutada götürməyə təhrik etmələri, digər tərəfdən, xarici valyutada olan kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə güzəştə getmək istəməmələridir. 
Apardığımız araşdırmalar göstərir ki, bankların fəaliyyətində bunlardan dolayı, cəmiyyəti narahat edə biləcək daha ciddi məqamlar mövcuddur.  Belə ki, son zamanlar banklar borca ehtiyacı olan müştərilərə kreditləri daha çox lombardlar vasitəsilə,  onların zinət əşyalarını iki dəfə ucuz qiymətə girov götürməklə və iki dəfə baha faizlə (ən azı 60-70%) təklif edirlər. Bununla da bank bir tərəfdən özü üçün təminatsız kredit problemini həll etmiş olur, digər tədəfdən isə öz qazancını azından iki dəfə artırır. Nəticə etibarıilə, ehtiyac içində olan və öz problemini həll etməyin yolunu yalnız zinət əşyalarını girov qoymaqla lombardlardan kredit götürməkdə görən insanlar lombardların vasitəsilə bankların girovuna çevrilirlər. Bu insanların heç xəbəri də olmur ki, onların lombarda girov qoyduqları zinət əşyaları əslində bankların özündə saxlanılır. Lombard burada sadəcə, vasitəçi rolunda olur. Elə bu səbəbdəndir ki, kimsə imkan tapıb, öz zinət əşyalarını lombarddan geri almaq istəyəndə, o ciddi problemlərlə üzləşir. Çünkü bahkın kredit şərtləri ilə lombardın verdiyi borcun şərtləri fərqlidir və bu fərqlilik müştəri öz zinət əşyasını lombarddan geri almaq istəyəndə problemlər yaradır. Bütün hallarda vətəndaşlar incidilir, onlar praktik olaraq müflüs olmaq həddinə çatdırılır  və nəticə etibarilə baş verənlər insanların hakimiyyətdən narazığına gətirib çıxarır. Belə özbaşınalıqlarla üz-üzə qalan vətəndaş, tək lombardı və ya bankı deyil, eyni zamanda hakimiyyəti günahkar bilir.  Keçən ilin sonlarından  lombard fəaliyyətinə verilən lisenziyaların ləğv edilməsi isə bir neçə ay ərzində onların sayının, yağışdan sonra göbələk kimi artmasına gətirib çıxardı. Bəzi hesablamalarla indi ölkə ərazisində 1500 -ə qədər lombard fəaliyyət göstərir və onların fəaliyyəti heç bir qanunla tənzimlənmir. Yəni bu gün bu sahədə tam  özbaşınalıq hökm sürür. Lombardlar müştərilərlə istədikləri kimi davranırlar. Bu səbəbdən də təcili olaraq “Lombard fəaliyyəti haqqında” qanun qəbul edilməlidir.
Biz bundan əvvəlki açıqlamalarımızda təklif etmişdik ki, ölkədə lombard kimi fəaliyyət edən banklar dərhal bağlansın. Bu bankların fəaliyyəti cəmiyyətdə narazılıq və qarşıdurma yaratmağa köklənib. Lombard xisləti ilə fəaliyyət göstərən banklardan ölkənin real sektoru nə fayda götürə bilər? Belə banklar bizə lazımdırmı? Ölkə Prezidenti dəfələrlə onları real sektora üz tutmağa səsləsə də əslində onlar bu gün daha yüngül üsullarla, daha çox qazanmaq uğrunda bir-biri ilə yarışa girdilər. İndi də sırf lombard donuna bürünüb, küllü qazanc xatirinə əhalini hakimiyyətdən narazı salmaqla məşğuldurlar. Bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi Azərbaycanda bank sisteminin kökündən sökülüb yenidən qurulmasını zəruri edir. Biz artıq xeyli vaxtdır ki, bankları verdikləri kreditin taleyini yalnız girov götürməkdə gördükləri üçün qınayırıq. Bu gün  girovunu hər hansı bir formada alan bankı, götürülən kreditin necə qaytarılacağı praktik olaraq düşündürmür. Bank, müştərinin real gəlirlərinin vəziyyətini və ya onun kredit aldığı layihənin nə qədər real olduğunu heç üzdən də araşdırmır. Çünkü, ikiqat girov götürməklə o, verdiyi krediti 200%  sığortalaya bilir və bununla da vəzifəsini bitmiş hesab edir. Çünkü bank arxayındır ki, borcu olan vətəndaşın evini də, maşınını da, bağını da, başqa əmlakını da əlindən asanlıqla almaq olar. Əslində isə bank, kredit verdiyi tərəfin maddi imkanlarını və ya layihənin gerçəkliyini on dəfə ölçüb-biçdikdən sonra bu krediti verməlidir.
Bank sistemində yaranmış bu vəziyyət bank islahatlarının digər islahatlardan daha sürətlə aparılmasını zəruri edir. Çünkü ölkə iqtisadiyyatının neftdən asılılığının optimallaşdırılması yolunda real sektora real dəstək də banklardan gəlməlidir. Fikrimizcə Azərbaycanda ilkin mərhəllədə 10-a qədər bankın olması və sonradan onların da sayının iki dəfə azaldılması ən optimal seçim olardı. On milyona yaxın əhalisi olan Azərbaycana, geniş şəbəkəsi olan, sahə maraqlarına istiqamətlənmiş 4-5 bank tam kifayət edər. Lombard – dükan xislətli bankları isə onların nizamnamə kapitalına olan təlabatı 10 dəfə artırmaqla sıradan çıxarmaq lazımdır. Belə olarsa, onda müştərilər banka üz tutanda, onlara lombard xidməti deyil, sivil  bank xidməti göstəriləcəkdir.
Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor
Previous Post

Bank və lombard işbirliyi – Fikrət Yusifovun yazısı

Next Post

Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində “moyka” açıb – REPORTAJ, FOTOLAR

Bənzər yazılar

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17

ATƏT-in Varşavada keçirilən İnsan Ölçüsü Konfransında Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququ və Ermənistanla dialoq məsələsi gündəmə gətirilib. Azərbaycan-Slavyan Gəncləri...

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

Next Post

Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində “moyka” açıb - REPORTAJ, FOTOLAR

Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində “moyka” açıb - REPORTAJ, FOTOLAR

Son xəbərlər

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

13 Oktyabr 2026 - 17:49
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

13 Oktyabr 2026 - 17:25
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18
Parlamentlərarası əlaqələr üzrə işçi qrupu: AKP millət vəkillərinin, Türkiyə Prezidentinin müşavirinin əsassız ittihamları narahatlıq doğurur

Parlamentlərarası əlaqələr üzrə işçi qrupu: AKP millət vəkillərinin, Türkiyə Prezidentinin müşavirinin əsassız ittihamları narahatlıq doğurur

13 Oktyabr 2026 - 17:12
Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08
Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01
Azərbaycanın U-16 millisi dünya çempionatından öncə son təlim-məşq toplanışını keçirəcək

Azərbaycanın U-16 millisi dünya çempionatından öncə son təlim-məşq toplanışını keçirəcək

13 Oktyabr 2026 - 16:55
Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48
Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

13 Oktyabr 2026 - 16:36
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

13 Oktyabr 2026 - 16:24
Azərbaycanda əhalinin yanacaq xərcləri bu il 4% artıb

Azərbaycanda əhalinin yanacaq xərcləri bu il 4% artıb

13 Oktyabr 2026 - 16:11
Əfqanıstanda “BBC” korporasiyasının radioyayımları dayandırılıb

Əfqanıstanda “BBC” korporasiyasının radioyayımları dayandırılıb

13 Oktyabr 2026 - 16:05
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.