"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Bakıdan İrana deportasiya ediləcək azərbaycanlı öldürüləcək

19 Dekabr 2014 - 09:27
in GÜNDƏM
FacebookVatsap
Noyabrın 25-də Müsavat başqanının hazırda həbsdə olan müavini Yadigar Sadıqovun Meydan.tv-də dərc olunmuş “Məhbəs yoldaşımın hekayəti” yazısındaimg1706117 Azərbaycandan siyasi sığınacaq almağa gəlmiş İran vətəndaşı, milliyətcə azərbaycanlı Mahmud Əzizulla oğlu Naci adlı şəxsin başına gələn müdhiş olaylardan bəhs olunur.
Yadigar Sadıqov yazısında qeyd edir ki, Mahmud Azərbaycana siyasi sığınacaq almaq məqsədi ilə gəlibmiş, amma ölkəyə qeyri-leqal keçdiyi üçün həbs olunub:
“Dediklərinin nə qədər həqiqi olduğunu araşdırmaq imkanım yoxdur. Mən sadəcə ictimaiyyətin diqqətini bu əhvalata yönəltmək, edam astanasında olduğunu iddia edən şəxsi bu müdhiş aqibətdən xilas etmək istəyirəm. Mahmud Əzizulla oğlu Naci 1982-ci ildə İran İslam Respublikasının Ərdəbil ostanında anadan olub, milliyyətcə azərbaycanlıdır. Zəncan universitetində təhsil alıb. Lakin əmək fəaliyyəti jurnalistikadan ibarət olub. “Keyhan”, “İran”, “Həmşəhri”, “Asiman” qəzetlərində yazıları çap olunub. İslahatlar tərəfdarı, İran azərbaycanlılarının hüquqlarının carçısı kimi tanınıb.
Mahmud Naci edam və qisas (“gözə göz” prinsipi ilə edam) hallarının əleyhdarı olub, bu yöndə fəaliyyət göstərən və əsasən edam olunanların ailə üzvlərinin birləşdiyi təşkilatla sıx əməkdaşlıq edib. 2008-ci ilin prezident seçkiləri zamanı müxalif namizəd Mirhüseyn Musəvinin fəal tərəfdarı kimi etirazlarda iştirak edib, məqalələr yazıb. Buna görə də iğtişaşlara təhrik, milli təhlükəsizliyə hədə ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhbəs həyatının 3 ilini Tehranın məşhur Evin, qalanını isə Kərəc şəhərinin Gohərdaş həbsxanalarında keçirib. Zindanda da edam cəzası ilə mübarizəsini davam etdirib. Xüsusən Gohərdaşda həyata keçirilən edamların şəklini çəkərək əməkdaşlıq etdiyi təşkilata ötürə bilib. 2014-cü ilin Novruz bayramında siyasi məhbuslara və yüngül cinayət törətmiş məhbuslara verilən 15 günlük məzuniyyət zamanı edam şəkillərini onun çəkdiyinin aydınlaşması, bu səbəbdən də haqqında “dövlət sirrini yayma” ittihamı ilə yeni cinayət işinin açıldığından xəbər tutub. Bu maddə isə edama qədər cəza nəzərdə tutur. Mahmud Naci qeyri-leqal yolla İranı tərk etmək qərarına gəlir. Aprelin 2-də Cəlilabad rayonunun ərazisinə daxil olur və burada saat 9:40-da sərhədçilər tərəfindən saxlanılır. Beləcə, Mahmud Naci ölüm təhlükəsindən qurtulur”.
Məqalə müəllifinin sözlərinə görə, hadisələrin sonrakı inkişafı heç də onun ümid etdiyi istiqamətdə getməyib:
“Nə istintaq, nə də məhkəmə zamanı onun siyasi sığınacaq istəməsi nəzərə alınmır. Sərhədçilərin onu polisə təhvil verməsindən sonra heç bir başqa təşkilatın nümayəndəsi Mahmudla görüşmür, istəyinin nə qədər səmimi olduğunu araşdırmır. Cəlilabad rayon Məhkəməsinin 11 iyul 2014-cü il tarixli hökmü ilə Mahmud Əzizulla oğlu Naci 1 il müddətinə azadlıqdan məhrum edilir. Hakim Əliəjdər Ələkbərovun çıxardığı hökmdə oxuyuruq: “İş materiallarında olan 13 may 2014-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Naci Mahmud Əzizulla oğlu İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən təqib olunduğu üçün dövlət sərhədini qanunsuz yolla keçdiyini bildirsə də, onun bu ifadəsi cinayət işinin materialları ilə təsdiq olunmur, bu halın mövcud olması belə dövlət sərhədini qanunsuz keçməsinə əsas vermir…”
Y.Sadıqovun yazısında vurğulanır ki, Azərbaycan məhkəməsinin hökmü ilə siyasi sığınacaq almağa gələn soydaşımız 1 il azadlıqdan məhrum edilmiş, həmçinin elə məhkəmə hökmünə əsasən də İrana deportasiya ediləcək. İranda isə onu “dövlət sirrini yaymaq” və “vətənə xəyanət” maddəsi ilə edam hökmü gözləyir:
“Hakim CM-nin 318-ci maddəsinin “Qeyd” hissəsini özbaşına ləğv edib. Digər tərəfdən, onun fikrincə, xüsusi xidmət orqanları tərəfindən təqib olunan şəxs dövlət sərhədini nəzarət-buraxılış məntəqəsi vasitəsilə keçməlidir. Bu zaman həqiqətən təqib olunması haqqında “ETEAlAT”dan arayış da təqdim etsə, lap yaxşı olar. Hakimin iddiasına rəğmən, cinayət işinin materiallarında Mahmudun dediklərinə kölgə salacaq. Şübhələrə əsas verəcək heç bir fakt yoxdur. Adam sərhədi günün işıqlı vaxtında keçib, düz sərhədçilərə tərəf gedib, saxlanılarkən gizlənməyə, qaçmağa cəhd göstərməyib. Məhkəmə prosesində şahid kimi dindirilən sərhədçilər də bu faktları təsdiq edirlər. Razılaşın ki, sərhədi başqa məqsədlərlə keçmək istəyən şəxs belə davranmazdı. Digər tərəfdən, Mahmud Nacinin sığınacaq istəyinin nə qədər səmimi olması barədə bu sahədə heç bir təcrübəsi olmayan polis müstəntiqi qərar verə bilməzdi. Yalnız miqrasiya sahəsində fəaliyyət göstərən təşkilatların gəldiyi nəticə mənkəmə hökmü üçün əsas ola bilərdi. Ümumiyyətlə, bu işlə bağlı çox qəribə mənzərə yaranır. Şəxs sərhədi keçərək sığınacaq istəyir, lakin bu istəyi tamamilə inkar edilir, onunla adi sərhəd pozucusu kimi davranılır, əlaqədar təşkilatlardan kimsə onunla görüşmür. Məhkəmə hökmünə görə Mahmud Naci ona təyin olunmuş cəzanı çəkdikdən sonra məcburi surətdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalıdır. Qərarda bilavasitə yazılmasa da, təcrübədə əcnəbi vətəndaşlar cəza müddəti bitdikdən sonra öz ölkələrinə deportasiya edilirlər. Beləliklə, 5 aydan sonra edama qədər cəza nəzərdə tutan “dövlət sirrini yaymaq”da ittiham olunan , üstəlik İranda “vətənə xəyanət” kimi səciyyələndirilən digər ölkədən siyasi sığınacaq istəyində bulunmuş Mahmud Naci öz ölkəsinə deportasiya ediləcək”.
Yadigar Sadıqov qeyd edir ki, ölüm hökmü ilə üz-üzə qalan Naci Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də müraciət etdiyini deyir:
“Məqalənin qəhrəmanı hələ istintaq altında olarkən Azərbaycan Respublikasının prezidentinə müraciət etdiyini, lakin cavab almadığını söyləyir. Məktubunun prezidentə çatmadığını düşünür. Mənim təkilifimə rəğmən, beynəlxalq humanitar təşkilatlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç komitəsinə müraciət etmək istəmir. “Mən Azərbaycan Respublikasındakı prosesləri bacardıqca izləməyə çalışmışam. İlham Əliyevin ilk dəfə prezident seçilərkən dünyadakı bütün azərbaycanlıların prezidenti olması haqqında dediklərini xatırlayıram. Avropaya, Amerikaya getmək istəmirəm. Öz vətənimdən, öz prezidentimdən sığınacaq istəyirəm. İnanıram ki, o mənim səsimi eşidəcək və edama göndərməyəcək”, – deyir Mahmud Naci.
“Əlavə edək ki, sivil ölkələr, hətta cinayətkara belə, ölkəsində edam cəzası gözləyirsə, geriyə deportasiya etmirlər. Azərbaycandan sığınacaq istəmiş şəxsi edama göndərməyimiz ölkəmiz adına rəzalət olar. Buna yol verməmək üçün ictimaiyyət, xüsusən də Mahmud Nacinin jurnalist həmkarları məsələni diqqətdə saxlamalı, onun harayının dövlət rəhbərliyinə getməsinə çalışmalıdırlar”, – deyə Sadıqov vurğulayır.
Bu arada mövzu ilə bağlı Arqument.Az-a da yeni məlumat daxil olub. Mövzunu yenidən gündəmə gətirməyimizin əsl səbəbi də budur. Məlumatda bildirilir ki, məhkəmə hökmünə əsasən İrana 4 aydan sonra deportasiya edilməsi gözlənilən Mahmud Naci vaxtından əvvəl, yəni dekabrın sonunda qonşu ölkəyə təhvil verilə bilər. Onun İrana deportasiya ediləndən sonra edam olunması isə qaçılmazdır. Bunun qarşısını almaq üçün təbii ki, ciddi tədbirlər görülməli, məsələ araşdırılmalı və soydaşımızın gələcək taleyi ilə bağlı hüquqi addımlar atılmalıdır. Çünki Naci özü də ümid edirik ki, Prezident İlham Əliyev cənabları və aidiyyatı qurumlar bu məsələni diqqətdə saxlayacaq, ona – İrandan Azərbaycana sığınacaq almağa gələn soydaşımıza yardım əlini uzadacaqlar.

 

Bunu da oxuyun

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

Vasif Talıbov YAP-dan çıxarılır

Previous Post

Bakıdan İrana deportasiya ediləcək azərbaycanlı öldürüləcək

Next Post

Fatih Terimin qızına hansı vəzifə verildi?

Bənzər yazılar

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57

​Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri...

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...

Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 - 14:21

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilir. Elchi.az Teleqraf-a istinadla xəbər verir ki, qurultayda Naxçıvan Muxtar...

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 13:34

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII...

Next Post

Fatih Terimin qızına hansı vəzifə verildi?

Fatih Terimin qızına hansı vəzifə verildi?

Son xəbərlər

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

06 Oktyabr 2026 - 16:07
Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

06 Oktyabr 2026 - 16:01
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06 Oktyabr 2026 - 16:00
Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

06 Oktyabr 2026 - 11:40
Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

06 Oktyabr 2026 - 11:32
Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

06 Oktyabr 2026 - 11:26
Gənclər arasında xərçəng halları artır

Gənclər arasında xərçəng halları artır

06 Oktyabr 2026 - 11:17
Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

06 Oktyabr 2026 - 11:08
Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

06 Oktyabr 2026 - 10:56
Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

06 Oktyabr 2026 - 10:46
Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

06 Oktyabr 2026 - 10:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.