"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakıdakı 11 sentyabr mitinqinin arxasında Qərb durur – şok iddia

06 Sentyabr 2016 - 09:21
in XƏBƏR LENTİ
FacebookVatsap
Bakıdakı 11 sentyabr mitinqinin arxasında Qərb durur - şok iddia

Bakıdakı Qərb səfirlikləri müxalifət partiyalarını Milli Şuranın 11 sentyabr mitinqinə qatılmağa təşviq edir; müxalifət funksioneri deyir ki, mitinqin arxasında ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri durur; ekspertlər bunun Azərbaycan hakimiyyətinə təzyiq etmək məqsədi daşıdığını düşünürlər…

Bunu da oxuyun

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Qabil Hüseynli: “Milli Şuranın mitinqinə Qərb dairələri tərəfindən ciddi təbliğati dəstək var”

Milli Şura sentyabrın 26-da Azərbaycanda keçirilməsi nəzərdə tutulan konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumla əlaqədar sentyabrın 11-də “Məhsul” stadionunda etiraz mitinqi keçirmək barədə qərar qəbul edib.  
Bundan əvvəl isə bəzi partiya liderlərinin intensiv şəkildə Qərb ölkələrinin Azərbaycandakı  səfirliyinə çağırıldığı və görüşlərin keçirildiyi müəyyən olunub. Bu barədə araşdırmaçı jurnalist Eynulla Fətullayev geniş bir məqalə ilə çıxış etmişdi.
Mətbuatda gedən məlumata görə, avqustun 15-də saat 10.00-da  Ümid Partiyasının nümayəndələri Ənvər Ağazadə və Elmar Abbaszadə Fransanın Azərbaycandakı səfirliyində olublar.
Avqustun 17-də isə REAL hərəkatının fəalları Rəsul Cəfərov və Erkin Qədirli ABŞ səfirliyinə gediblər və səfir Robert Sekuta ilə görüşüblər. 
 
Image result for Erkin Qədirli
Avqustun  18-də saat 16.50-də jurnalist Xədicə İsmayıl Fransanın Azərbaycandakı səfirliyinə gedib və iki saat sonra oranı tərk edərək ADİSAD hüquq şirkətinə yollanıb.
Avqustun 19-da saat 14.40-da AXCP sədri Əli Kərimli Böyük Britaniya səfirliyində görünüb. Üç gün sonra isə REAL hərəkatının fəalları Erkin Qədirli və Azər Qasımlı səfirlikdə səfir Kerol Kroftsla görüşüblər.
Avqustun 23-də saat 15.10-da Əli Kərimli və Cəmil Həsənli ABŞ səfirliyini ziyarət ediblər. Növbəti gün Cəmil Həsənli yenidən Amerikanın səfirliyində olub.
Avqustun 25-də saat 11.35-də Müsavat başqanı Arif Hacılı bir saatdan artıq Britaniya səfirinin qonağı olub. 12.45-də isə NİDA hərəkatının rəhbərlərindən olan Turqut Qəmbər xanım Kerol Kroftsla görüşüb və o da bir saatdan artıq səfirlikdə ləngiyib.
Avqustun 29-da Arif Hacılı ABŞ səfirliyində, Əli Kərimli isə Avropa İttifaqının Bakıdakı nümayəndəlində olublar.
Image result for mitinq
Bu qədər diplomatik trafikdən sonra, nəhayət, avqustun 31-də Milli Şura mitinq təyin edib.
Digər partiyaların həmin mitinqə qoşulacaqları, ayrı mitinq keçirəcəkləri və yaxud heç bir aksiya təşkil etməyəcəkləri məlum deyil.
İndi isə bir sıra qaynaqlar iddia edirlər ki, artıq bir neçə gündür ki ABŞ səfirliyindən siyasi partiyaların, QHT-lərin, hərəkatların ofislərinə zəng edərək onları 11 sentyabr mitinqinə qoşulmağa dəvət edirlər. “Yeni Müsavat” qəzetinə bu cür məlumatlar bir -birindən ayrı, ən azı, 3 qaynaqdan çatıb. Burada məlumat mənbəyi kimi iki tanınmış müxalifətçi və QHT-lərdən birinin təmsilçisi çıxış edib. Onlar müxbirimizə iddia ediblər ki, Amerikanın Bakıdakı səfirliyi Milli Şuranın mitinqində iştirak etmək üçün digər siyasi partiya, vətəndaş cəmiyyəti fəalları və QHT-ləri təşviq edirlər.
Tanınmış müxalifət funksioneri “Yeni Müsavat”ın müxbirinə deyib: “Görünən odur ki, ABŞ və Qərb dairələri referendum ərəfəsində Azərbaycanda müxalifətin siyasi fəallığını təşkil etmək istəyirlər. Bizim düşərgədə belə bir əhval yaradılıb ki, sentyabrın 11-də Milli Şuranın təyin etdiyi mitinqin arxasında ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri durur”.
Fikrini soruşduğumuz ekspertlər bunun Azərbaycan hakimiyyətinə təzyiq etmək məqsədi daşıdığını düşünürlər.
Image result for Qabil hüseynli
Politoloq Qabil Hüseynli hesab edir ki, Milli Şuranın 11 sentyabr mitinqinə Qərb dairələri tərəfindən ciddi təbliğati dəstək var: “Qərbin referenduma münasibəti müsbət deyil. Bu səbəbdən də ölkə daxilindəki müxalifyönlü fikirləri, siyasi və vətəndaş təşkilatlarını hərəkətə gətirməyə çalışırlar. Milli Şuranın 11 sentyabr mitinqinə də, məncə, həmin dairələr tərəfindən ciddi dəstək var. Qənimət Zahidin ”Azərbaycan Saatı” və AzadlıqRadiosu  vasitəsilə mitinqə ciddi dəstək verilir. Müxtəlif səfirliklərin siyasi partiyalar və QHT-lərlə əlaqələr var. Bu yollarla çalışırlar ki, mitinq izdihamlı, gözəgəlimli olsun. Onlar bundan istifadə edərək, Azərbaycanın hakimiyyət orqanlarına müəyyən təzyiqlər göstərmək istəyirlər. Ölkəmizdə onsuz da sosial durum ürəkaçan deyil. Bahalaşma, dolların mövcud vəziyyəti əhali arasında narazılıq yaradır. Qərbin müxtəlif dairələri də bu narazılıqdan öz maraqlarının reallaşdırılması istiqamətində istifadə etməyə çalışırlar. Buna görə də Milli Şuranın mitinqinin kütləvi alınmasına və geniştərkibli olmasına çalışırlar. Amma onu deyim ki, bu o qədər də asan iş deyil. Qərb nə qədər çalışsa da, istədiyinə asan nail olmaz. Sadəcə, mitinqin iştirak dərəcəsini müəyyən qədər artıra bilərlər. Amma onu özlərinin arzu etdikləri kimi izdihamlı, irimiqyaslı bir tədbirə çevirə bilməzlər. Çünki Azərbaycan cəmiyyətində arzu edilən durum formalaşmayıb. Üstəlik də siyasi müxalifətin daxilində siyasi inteqrasiya prosesləri baş tutmadı. AXCP və Müsavat arasında danışıqlar oldu. Amma AXCP Müsavatın mitinqdə iştirakına veto qoydu. Digər partiyaların isə siyasi xətlərini tutmaq da mümkün deyil. Onların əhaliyə təsir imkanlarının necə olduğunu da demək çox çətindir. Demək istəyirəm ki, 11 sentyabr mitinqinin arzu olunan səviyyədə alınması çətin olacaq”.
Politoloq onu da bildirdi ki, Qərb ölkələri darmadağın olmuş müxalifəti yenidən təşkil etməyə cəhd edirlər:“Qərb istəyir ki, Azərbaycan müxalifəti ayaqüstə qalsın. İndiyə qədər Müsavat daha çox AXCP ilə danışmağa naz edirdi. AXCP ilə qarşıdurmaya meylli kimi görünürdü. Amma Müsavatın indi AXCP-yə ”elçi” düşməsi, Əli Kərimlinin bunu rədd etməsi Qərb dairələrindən gələn bir göstəriş ola bilər. Qərbdə belə hesab edirlər ki, Müsavat artıq real siyasi müxalifət partiyası deyil. Onlar əsas gücü Əli Kərimlinin AXCP-si və Milli Şura ətrafında qoymaq istəyirlər. Millətin meylini də bu istiqamətə kökləmək istəyirlər. Etiraf edək ki, Qərbin çoxsaylı institutları, politoloqları, xüsusi xidmət orqanları ciddi şəkildə istəyirlər. Onlar əhalinin əhval-ruhiyyəsini proqnoz edirlər. Belə proqnozlar hər ay yekunlaşdırılır və yekun proqnoz ortaya çıxarılır. Onlar indi hesab edirlər ki, ölkədə narazılıq artan xətlə gedəcək. Ümid edirlər ki, narazı kütlənin bir hissəsi müxalifət ətrafında toplaşacaq. Bu prosesdən də Qərb dairələri bəlli niyyətlərini həyata keçirəcəklərini düşünürlər. Hakimiyyət bütün bunları nəzərə almalıdır”.
Previous Post

Bakıdakı 11 sentyabr mitinqinin arxasında Qərb durur – şok iddia

Next Post

Ərdoğandan Putinə Ermənistanı qorxudan jest – baş barmağın “əla” işarəsi arxasındakı mesajlar

Bənzər yazılar

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib....

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22

ABŞ Prezidenti Donald Tramp dizel yanacağının qiymətlərinin kəskin ucuzlaşacağını və İranla qarşıdurmanın tezliklə başa çatacağını gözlədiyini bəyan edib. Elchi.az xəbər...

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20

Çinin Şansi əyalətinin məhkəməsi mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar bir neçə maddə üzrə təqsirli bilinən 41 nəfəri azadlıqdan məhrum...

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17

Bu həftə Avstriyanın paytaxtı Vyanada 4 Ukrayna vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb. Elchi.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə...

Next Post

Ərdoğandan Putinə Ermənistanı qorxudan jest - baş barmağın “əla” işarəsi arxasındakı mesajlar

Ərdoğandan Putinə Ermənistanı qorxudan jest - baş barmağın “əla” işarəsi arxasındakı mesajlar

Son xəbərlər

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48
Rafinya “Qalatasaray”la oyunu buraxacaq

Rafinya “Qalatasaray”la oyunu buraxacaq

09 Oktyabr 2026 - 18:27
İran Hörmüz boğazında gəmiyə zərbə endirildiyini bildirib

İran Hörmüz boğazında gəmiyə zərbə endirildiyini bildirib

09 Oktyabr 2026 - 18:22
Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

09 Oktyabr 2026 - 18:17
Özbəkistan və Böyük Britaniya iqtisadi əməkdaşlığı genişləndirəcək

Özbəkistan və Böyük Britaniya iqtisadi əməkdaşlığı genişləndirəcək

09 Oktyabr 2026 - 18:09
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.