"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ərdoğandan Putinə Ermənistanı qorxudan jest – baş barmağın “əla” işarəsi arxasındakı mesajlar

06 Sentyabr 2016 - 09:23
in XƏBƏR LENTİ
FacebookVatsap
Ərdoğandan Putinə Ermənistanı qorxudan jest - baş barmağın “əla” işarəsi arxasındakı mesajlar

Düşməni xoflandıran Bakı-Moskva-Ankara üçlü formatına doğru ; “G-20” sammiti Rusiya-Türkiyə yaxınlaşmasının gözlənildiyindən də sürətlə getdiyini göstərdi; iki lider arasında anlaşma böyüdükcə işğalçı ölkənin təlaşı da böyüyür…

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Çinin Xançjou şəhərində dünyanın iqtisadi cəhətcə 20 ən böyük dövlətinin növbəti “G-20″ sammiti başa çatdı. Ali toplantı xüsusən də Türkiyə-Rusiya münasibətlərinin irəli aparılması kontekstində yaddaqalan sayıla bilər. Sammit iki ölkənin prezidentinə əlaqələri yaxınlaşdırmaq üçün doğrudan da gözəl fürsət yaratmışdı və həmin fürsəti praqmatik liderlər olaraq Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan qaçırmadılar, ondan dolğunluqla yararlanmağı bacardılar. 
Belə ki, C-20 sammiti çərçivəsində iki ölkə rəhbərləri həm təkbətək, həm xarici işlər nazirlərinin iştirakı, həm də böyük nümayəndə heyətinin iştirakı ilə kifayət qədər davamlı və səmərəli müzakirələr apardılar. Bu görüşlər zamanı hər iki prezidentin qarşılıqlı əlaqələrin yeni stimul qazanmasından məmnunluq ifadə etməsi, Ərdoğanın Rusiyadan çarter reyslərinin bərpasına görə həmkarına minnətdarlığı, Putinin isə Türkiyədəki daxili siyasi sabitliyin və təhlükəsizliyin qısa zamanda bərpa edilməsini məmnunluqla vurğulamaqla Ərdoğana məxsusi etimad və dəstək ifadə eləməsi, habelə “G-20″ liderlərinin ortaq fotoçəkilişi zamanı iki liderin yanaşı dayanması və bu zaman da səmimi dialoq aparması epizodları diqqətdən yayınmadı. Bu və digər məqamları Rusiya telekanalları geniş işıqlandırdı ki, bu da az əhəmiyyət kəsb eləməyən məqamdır.
 
*     *     *    *    *
Qeyd olunduğu kimi, diqqəti çəkən həmçinin media üçün ümumi foto çəkilərkən iki prezidentin yanaşı dayanması və həmin anlarda da bir-biri ilə olduqca mehribancasına söhbətləşməsi, nələrisə müzakirə etməsi oldu. O anlarda Ərdoğanla Putinin bir-biri ilə tərcüməçisiz hansı dildə danışdığı bəlli deyil. Lakin onların üz mimikalarından, məmnun jestlərindən, o sırada Ərdoğanın sağ əlinin baş barmağı ilə Putinə “əla” işarəsini göstərməsindən aydınca görmək olardı ki, artıq Ankara və Moskva arasında ortaq anlaşma dili mövcuddur və yaxınlaşma prosesi həqiqətən gözlənildiyindən də sürətlə gedir.
Əlavə sübut kimi bu yerdə Türkiyənin Suriyadakı əməliyyatlarına “G-20″ çərçivəsində görüşlər zamanı rəsmi Moskvanın heç bir etiraz dilə gətirməməsini də göstərmək olar. Demək, əməkdaşlığın davamı gələ bilər və yəqin ki, gələcək də…
“”Türk axını” qaz kəməri layihəsinin reallaşmasının texniki tərəfi heç bir problem daşımır. Əksinə, onun sürətlənməsi mümkündür”. Bu sözləri Türkiyə və Rusiya prezidentlərinin yüksək səviyyəli son görüşlərinin nəticələri barədə danışarkən Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, liderlər ayrıca Akkuyu AES-lə bağlı müzakirə də aparıblar və irəliləyiş var.
“Məlumdur ki, Türkiyə tərəfi kifayət qədər operativ şəkildə müvafiq qanunvericilik dəyişiklikləri aparıb ki, bu da Akkuyu AES-i ilə bağlı işləri intensivləşdirməyə imkan verəcək. ”Türkiyə axını” barədə də danışılıb. Ankara habelə Rusiya neftinin ölkəyə tədarükünün artırılmasında maraqlıdır” – Peskov qeyd edib.
*****
Göründüyü kimi, iki dövlət arasında inciklik mərhələsi artıq arxada qalmış hesab oluna bilər. Əksər beynəlxalq ekspertlər də bunu vurğulamağa başlayıb. Belə bir yaxınlaşmadan ən çox əndişə keçirən isə əlbəttə ki, Ermənistandır. Daha bir səbəbə görə. 
İş ondadır ki, qardaş ölkə ilə şimal qonşumuz arasında ortaq anlaşmaların sayı ziddiyyətli məsələlərin sayını üstələdikcə Azərbaycan üçün də yeni fürsət pəncərəsi açılmaqdadır. Söhbət təkcə Suriya mövzusunda uğurlu anlaşma nöqtələrinin tapılmasından getmir, həm də Ərdoğanın Sank-Peterburqda Putinlə görüş zamanı təklif elədiyi və ermənilərin qorxulu yuxusu olan Moskva-Ankara-Bakı üçlü formatının yaradılması yönündə daha əlverişli siyasi platformanın yetişməsindən gedir. Bu da öz növbəsində Qarabağ ixtilafının həllində irəliləyiş üçün yeni şans deməkdir.
Düşməni ən çox qayğılandıran əslində budur. Təsadüfi deyil ki, Ankara-Moskva əlaqələrindəki son mühüm gəlişmələrdən narahat olan erməni şərhçilərindən biri elə belə də deyib: “Türkiyə və Rusiya arasında ziddiyyətlər Ermənistanın milli maraqlarına uyğundur və ermənilər bu ziddiyyətlərin bacardıqca çox qalmasına çalışmalıdır”.
*****
Bu harasıdır, xain qonşularımız hətta ara-sıra özlərinin Kreml qarşısında qiymətini artırmaq üçün ona qarşı de-marşa da cəhd edirlər. Bu yaxınlarda Rusiya vətəndaşı Mironovun İrəvan aeroportunda guya ABŞ-ın sifarişi əsasında saxlanması və üzərində məhkəmə qurulması eyni qəbildən olan nankor bir addım idi və haqlı olaraq Rusiyanın siyasi-ekspert dairələrində sərt təpki ilə qarşılandı.
Image result for Türk axını
 
Ona görə “nankor” ki, Ermənistan adlı saxta dövlət bütünlüklə Rusiyanın hesabına mövcuddur, məhz Rusiya bu marionet dövlətin yeganə varlıq qarantıdır. Amma Kremlin hesabına Azərbaycan torpaqlarının işğalını davam etdirən ermənilər yenə də Moskvadan narazıdır, onu vaxtaşırı Qərbə, ABŞ-a yaxınlaşmaqla təhdid eləməyə çalışırlar. 
Yeri gəlmişkən, iki gün öncə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan bəyan edib ki, rəsmi İrəvan Avropa Birliyi ilə yeni assosiativ sənəd layihəsinin müzakirəsinə başlayacaq. Bugünlərdə isə aparılan bir sorğu nəticəsində bəlli olub ki, Ermənistan toplumunun cəmi 23%-i ölkənin Rusiyanın Avrasiya layihələrində (Avrasiya İttifaqı, Gömrük İttifaqı) qalmasına tərəfdardır, 41% Avropa Birliyinə qoşulmağı istəyir.
*****
Image result for ermənistan
Ermənistandakı bütün bu anti-Rusiya gəlişmələri və ovqatı təsadüfmü? Türkiyə-Rusiya yaxınlaşmasından təlaşa düşən İrəvan doğrudanmı indi də Qərbdə xilas yolu axtarmağa başlayıb? 
Əlbəttə ki, Moskva belə quruca cəhdin özünü belə İrəvana bağışlamaz, bu, sonuncuya baha başa gələr. Prezident Putinin danışmanlarından sayılan Aleksandr Duqinin az öncə erməni nəşrinə müsahibəsində işğalçı ölkəni xəbərdar elədiyi kimi, “əgər Ermənistan Rusiyadan üz döndərsə, o zaman dövlət kimi yer üzündən silinib gedəcək”.
Bu, sadəcə, hədə deyil, gerçəkdir. Çünki Azərbaycandan fərqli olaraq, heç bir iqtisadi və inkişaf resursu olmayan, iqtisadi dəyər kəsb etməyən, maliyyə-iqtisadi sferası da bütünlüklə Rusiyanın nəzarətində və asılılığında olan Ermənistanın Qərblə Rusiya arasında məkrli şəkildə vurnuxması onun simvolik  dövlətçiliyinə də nöqtə qoya bilər.
Previous Post

Ərdoğandan Putinə Ermənistanı qorxudan jest – baş barmağın “əla” işarəsi arxasındakı mesajlar

Next Post

Putin Kərimovun məzarı önündə diz çökdü – Yenilənib

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Putin Kərimovun məzarı önündə diz çökdü - Yenilənib

Putin Kərimovun məzarı önündə diz çökdü - Yenilənib

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.