"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub – FOTO

19 Oktyabr 2026 - 14:36
in CƏMİYYƏT
FacebookVatsap

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin icraçılığı ilə həyata keçirilən “SkillBridge – İnklüziv məşğulluq üçün İnklüziv təhsil” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi yaradılıb.

Bunu da oxuyun

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi – FOTO

Elchi.az xəbər verir ki, mərkəzin açılış mərasimində Alyona Əliyeva, həmçinin dövlət qurumlarının, layihə tərəfdaşlarının, təhsil və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Bildirilib ki, yeni mərkəzin yaradılmasında əsas məqsəd sağlamlıq imkanları məhdud, əlillik və neyromüxtəlifliyi olan şəxslərin peşə bacarıqlarının inkişafına, onların əmək bazarına inteqrasiyasına və dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsinə dəstək göstərməkdir.

Layihə çərçivəsində mərkəzdə dörd emalatxana avadanlıqlarla təchiz edilib və inklüziv təhsil mühitinin formalaşdırılması istiqamətində tədris infrastrukturunun təkmilləşdirilməsinə dair işlər görülüb.

Mərkəzdə “qrafik dizayn”, “veb dizayn və proqram təminatı”, “interyer və eksteryerin bədii tərtibatı”, “ağac nəqqaşlığı”, eləcə də “qida və qeyri-qida mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisasları üzrə təlimlərin təşkili nəzərdə tutulur. Bununla yanaşı, “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində avadanlıqlarla təchiz edilmiş 1 emalatxanada neyromüxtəlifliyi olan gənclər üçün “qənnadçı-şirniyyatçı”, “barista” və “kargüzarlıq” peşə istiqamətləri üzrə praktik əsaslı təlimlər təşkil olunur.

“SkillBridge” layihəsi çərçivəsində ümumilikdə 200 nəfərin qiymətləndirilməsi, 100 nəfərin təlim proqramlarına cəlb olunması və ən azı 60 nəfərin məşğulluğunun təmin edilməsi hədəflənir. Eyni zamanda, iş mühitində dəstək mexanizmlərinin inkişaf etdirilməsi və inklüziv məşğulluqla bağlı ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşmasını, təhsil imkanlarının əlçatanlığının artırılmasını və hər bir şəxsin bacarıqlarına uyğun peşə əldə edərək məşğulluğunun təmin edilməsini prioritet istiqamət kimi hədəfləyir.

Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin muavini Firudin Qurbanov bildirib ki, bütün uşaqların təhsil alması üçün imkan yaradılmalıdır. İnklüziv təhsil sahəsində fiziki məhdudiyyətlər aradan qaldırılmalı, müvafiq şərait yaradılmalıdır: “Əsas məsələ diplom almaq deyil, məzunların inklüziv əmək bazarında iştirakına və işlə təmin olunmasına imkan yaratmaqdır”.

SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov bildirib ki, məqsəd yalnız bir məkanın açılması deyil, yeni imkanların yaradılmasıdır.

O qeyd edib ki, inklüzivlik, ilk növbədə, insanlar üçün bərabər imkanların yaradılması deməkdir: “Bu, həmin istiqamətdə ilk addımdır. İnklüziv təhsil və inklüziv məşğulluq bir-birindən ayrı düşünülə bilməz”.

Onun sözlərinə görə, bu təşəbbüs gənclərin özünə inamının artırılmasına və potensiallarının reallaşdırılmasına xidmət edir. Fərqli imkanlara malik şəxslərin təhsil alması, bacarıqlar qazanması və əmək bazarına inteqrasiyası üçün şərait yaradılmalıdır.

Sonda qonaqlar Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, “SkillBridge” layihəsi peşə təhsili ilə məşğulluq arasında keçidin gücləndirilməsinə, sosial inklüzivliyin təşviqinə və bərabər imkanlara əsaslanan əmək bazarının inkişafına töhfə verir.

​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO ​​​​​​​Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışı olub - FOTO
Previous Post

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Next Post

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bənzər yazılar

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

19 Oktyabr 2026 - 17:38

Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları...

Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

19 Oktyabr 2026 - 17:25

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücülərinin qiymətləndirilməsi məqsədilə oktyabrın 21-də növbəti test imtahanı keçirəcək. DİM-dən...

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi – FOTO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi – FOTO

19 Oktyabr 2026 - 17:18

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib. Bu barədə Elchi.az-a nazirlikdən məlumat...

Azərbaycanlı alimlər suyun təmizlənməsi mexanizmlərini təhlil ediblər

Azərbaycanlı alimlər suyun təmizlənməsi mexanizmlərini təhlil ediblər

19 Oktyabr 2026 - 16:46

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun və Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları icmal məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub....

Next Post
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

19 Oktyabr 2026 - 17:38
Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

Taksi sürücüləri üçün test imtahanına 1578 nəfər qatılacaq

19 Oktyabr 2026 - 17:25
FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi – FOTO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi – FOTO

19 Oktyabr 2026 - 17:18
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

19 Oktyabr 2026 - 17:09
Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

19 Oktyabr 2026 - 16:59
Azərbaycanlı alimlər suyun təmizlənməsi mexanizmlərini təhlil ediblər

Azərbaycanlı alimlər suyun təmizlənməsi mexanizmlərini təhlil ediblər

19 Oktyabr 2026 - 16:46
Özbəkistanda qızılca təhlükəsinə qarşı təcili tədbirlər görülür

Özbəkistanda qızılca təhlükəsinə qarşı təcili tədbirlər görülür

19 Oktyabr 2026 - 16:35
“Mançester Siti”nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

“Mançester Siti”nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

19 Oktyabr 2026 - 16:27
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

19 Oktyabr 2026 - 16:15
Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

19 Oktyabr 2026 - 16:06
Almaniya səfiri Sumqayıta səfər edib

Almaniya səfiri Sumqayıta səfər edib

19 Oktyabr 2026 - 16:06
BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

19 Oktyabr 2026 - 16:00
Azad edilmiş ərazilərdə daha 256 mina, 631 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 256 mina, 631 PHS aşkarlanıb

19 Oktyabr 2026 - 15:53
Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

19 Oktyabr 2026 - 15:44
NATO Rusiya ilə münaqişə vəziyyətində danışıqlar aparacaq

NATO Rusiya ilə münaqişə vəziyyətində danışıqlar aparacaq

19 Oktyabr 2026 - 15:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.