"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Bakıda ev almaq istəyənlər – Qiymətlər

18 Yanvar 2023 - 20:59
in İQTİSADİYYAT
FacebookVatsap

Ötən ilin dekabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər noyabr ayına nisbətən 0,49%, illik müqayisədə isə 10,83% artıb.

Bunu da oxuyun

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Elchi.az xəbər verir ki, bu barədə “report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Nüsrət İbrahimov bildirib.

İlkin və təkrar mənzil bazarı

Onun sözlərinə görə, ötən ilin dekabr ayında paytaxtda təkrar mənzillərin qiyməti (1 kvadratmetrə görə dəyişən struktur ilə orta qiymət) 0,69%, il ərzində isə 11,79% artıb:

“Təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin (1 kvadratmetrə görə) qiymətində ay ərzində 2,58% azalma, il ərzində 7,03% artım, köhnə tikililərdə mənzillərin qiymətində (1 kvadratmetrə görə) ay ərzində 3,53%, il ərzində 16,87% artım qeydə alınıb. Bazarda təklif portfelinin həcmi ay ərzində 4,48%, il ərzində 25,38% yüksəlib. Təklifin medianası (statistik rəqəmlərdə orta göstərici – red.) ay ərzində 1,54%, il ərzində 14,27% artıb, modası (müşahidələr çoxluğunda tez-tez təkrarlanan göstərici – red.) isə ay ərzində və illik müqayisədə 33,33% yüksəlib.

İlkin mənzil bazarında qiymətlərdə (1 kvadratmetrə görə) bir öncəki ayla müqayisədə 4,9%, il ərzində 24,29% artım müşahidə edilib. Bazarda təklif sayı ay ərzində 10,3% azalıb, il ərzində 41,22% artıb”.

N.İbrahimov bildirib ki, mənzillərin kirayəsi bazarında qiymətlərdə (1 kvadratmetrə görə) ay ərzində 6,12%, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 24,65% artım qeydə alınıb. Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 1,5% azalıb, il ərzində 37,39% artıb”.

Fərdi yaşayış və bağ evləri

Ekspertin sözlərinə görə, 2022-ci ilin dekabr ayında paytaxtda fərdi yaşayış və bağ evlərinin satış qiymətində (1 kvadratmetrə görə) noyabr ayına nisbətən 6,67%, son bir ildə isə 9,14% artım olub:

“Bazarda təklif sayı ay ərzində 0,2% azalıb, il ərzində 11,27% artıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında dekabr ayı ərzində qiymətlərdə (1 kvadratmetrə görə) 21,61%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 22,07% artım qeydə alınıb. Günlük kirayəyə verilən fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 10,77%, il ərzində 26,73% artıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsi üzrə təklif sayı ay ərzində 17,9%, il ərzində 3,47% azalıb”.

Kommersiya obyektləri

N.İbrahimov ötən ilin dekabr ayında Bakıda kommersiya obyektlərinin satış qiymətinin (1 kvadratmetrə görə) noyabr ayına nisbətən 10,09%, son bir ildə isə 15,29% azaldığını deyib:

“Bazarda təklif sayı ay ərzində 0,78%, il ərzində 18,9% yüksəlib. Obyektlərin icarə qiymətləri isə (1 kvadratmetrə görə) ay ərzində 3,09%, il ərzində isə 8,65% artıb. Kommersiya obyektlərinin icarəsi üzrə təklif sayında ay ərzində 0,86%, il ərzində 19,02% artım olub”.

Torpaq və tikinti materialları

N.İbrahimov qeyd edib ki, ötən ilin dekabr ayında Bakıda torpaq (1 sota görə) noyabr ayına nisbətən 7,38% ucuzlaşıb, son bir ildə isə 21,42% bahalaşıb:

“Torpaq bazarında təklif sayı ay ərzində 5,94%, il ərzində 28,38% artıb.

Tikinti materialları bazarında isə ötən ilin son ayında qiymətlər 3,85%, il ərzində isə 21,95% artıb. Dəmir məmulatlarının qiymətində ay ərzində 2,17%, il ərzində 6,9% azalma, taxta məmulatlarının qiymətində ay ərzində 5%, il ərzində 17,39% azalma, diktin qiymətində ay ərzində 9,52%, il ərzində 53,33% artım, dam örtüklərinin qiymətində ay ərzində 10% artım, il ərzində 4,35% azalma, sementin qiymətində ay ərzində 4,51% artım, il ərzində 6,71% azalma, şüşənin qiymətində ay ərzində 4,17% artım, il ərzində 10,71% azalma qeydə alınıb. Qumun qiyməti ay ərzində 4% artıb, il ərzində dəyişməz qalıb, daş məmulatlarının qiyməti ay ərzində dəyişməyib, il ərzində 3,33% azalıb.

Mənzil bazarında qiymət artımı davam edəcək

Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc da ötən ilin son ayında Bakıda mənzillərin qiymətində artımın davam etdiyini deyib:

“Dekabr ayı alqı-satqı əməliyyatlarının o qədər də çox olduğu ay sayılmır. Bununla belə, ötən ilin dekabr ayında Bakıda həm yeni, həm də köhnə binalarda mənzillərin qiymətində artım davam edib. Bu da onu göstərir ki, yaxın müddətdə Azəraycanda hər hansı fors-major hadisə olmasa, qiymətlərin enməsindən söhbət gedə bilməz. Əksinə, qiymət artımı davam edəcək və hər ay qiymətlərin, az da olsa, artımının şahidi olacağıq. Hesab edirəm ki, ən çox qiymət artımı Nərimanov, Xətai və Nəsimi rayonlarında olacaq. Həmin ərazilərdə yeni tikililərin sürətlə artması və xüsusilə də ipoteka ilə mənzil alanların axını bu ərazilərdə mənzillərin bahalaşmasına səbəb olub”.

Onun sözlərinə görə, köhnə tikililərdə ikiotaqlı mənzillərin qiyməti Bakının Nəsimi rayonunda 2,3%, Nizami rayonunda 2%, Qaradağ rayonunda 1%, Sabunçu rayonunda 1,7%, Səbail rayonunda 2,2%, Suraxanı rayonunda 1,5%, Xətai rayonunda 2%, Yasamal rayonunda 2%, Binəqədi rayonunda 1,1%, Nərimanov rayonunda 2,2% artıb:

“Yeni tikililərdə ikiotaqlı mənzillər isə qeyd edilən rayonlar üzrə müvafiq olaraq 5%; 4,5%; 4,9%; 3%; 4%; 2,7%; 4,7%; 4,6%; 4,1%; 8,1% bahalaşıb”.

V.Oruc bildirib ki, fərdi yaşayış evlərinin satış qiymətləri ay ərzində stabil qalıb:

“Amma inşaat materiallarının qiymətinin artması və qarşıdakı aylarda da bahalaşacağının gözlənilməsi onu deməyə əsas verir ki, yaxın müddətdə fərdi yaşayış evlərinin də qiyməti artacaq”.

Kirayə qiymətləri

V.Oruc əlavə edib ki, kirayə mənzil bazarında ötən ilin əvvəlində baş verən ajiotaj ilin sonunda yaşanmadı:

“Hazırda bu bazar üzrə qiymətlər stabildir. Yəni ötən il ərzində baş verən qiymət artımları nəticəsində əldə olunan qiymətlər hələ də qorunub-saxlanılır. Bu stabilliyin də səbəbi ölkəyə xaricdən gələnlərin hesabına bu bazara tələbatın olmasıdır. Dekabrda obyektlərin icarə qiymətində də kəskin dəyişiklik olmayıb. Çünki bir ay kirayə qiymətlərinin dəyişməsi üçün elə də böyük müddət deyil”.(gundem.az)

Previous Post

Bakıda ev almaq istəyənlər – Qiymətlər

Next Post

Yunanıstan terror təşkilatlarını parlamentdən kənarlaşdıracaq qanun hazırlayır

Bənzər yazılar

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib. Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən xəbər verilib. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə...

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

13 Oktyabr 2026 - 16:36

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Bu barədə Elchi.az OPEC-in...

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

13 Oktyabr 2026 - 16:24

Bu ilin sentyar ayında Azərbaycanda orta hesabla gündəlik xam neft hasilatı 448 min barel səviyyəsində olub ki, bu da aylıq...

Azərbaycanda əhalinin yanacaq xərcləri bu il 4% artıb

Azərbaycanda əhalinin yanacaq xərcləri bu il 4% artıb

13 Oktyabr 2026 - 16:11

Bu ilin yanvar-asentyabr yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 058,2 mln. manat...

Next Post
Yunanıstan terror təşkilatlarını parlamentdən kənarlaşdıracaq qanun hazırlayır

Yunanıstan terror təşkilatlarını parlamentdən kənarlaşdıracaq qanun hazırlayır

Yunanıstan terror təşkilatlarını parlamentdən kənarlaşdıracaq qanun hazırlayır

Yunanıstan terror təşkilatlarını parlamentdən kənarlaşdıracaq qanun hazırlayır

Son xəbərlər

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

13 Oktyabr 2026 - 17:49
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

13 Oktyabr 2026 - 17:25
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.