"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Bacısının başını kəsən qızın ata evindən reportaj

29 Oktyabr 2014 - 09:51
in Kateqoriyasız
FacebookVatsap

Pərvanə Nuriyevanın törətdiyi tükürpədici qətl haqda əmisi və Şəkidə bu ailəni tanıyanlar “Yeni Müsavat”a img1666409danışdılar; atası Etibar Nuriyevin qızları ilə münasibəti necə olub?

Bunu da oxuyun

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Ötən həftə bacısının başını kəsən 20 yaşlı Pərvanə Nuriyeva hamını şoka saldı. Oktyabrın ən səs-küylü və tükürpədici cinayətlərindən biri olan bu hadisənin sirr pərdəsi isə hələ də qalxmayıb. Pərvanənin bacısı Günelin boğazını kəsərək amansızlıqla qətlə yetirməsi müəmmalı olaraq qalır.

Goranboyda əmisi oğlu ilə öpüşüb-görüşdüyünə görə arvadını və onun daha 6 qohumunu yer üzündən silən Rafiq Hüseynovun cinayəti bu olaya qədər ən dəhşət doğuran qətliam sayılırdı. Amma Nuriyeva bacılarının ürəkparçalayan faciəsi “Goranboy terroru”nu kölgədə qoydu.
P.Nuriyeva ilkin ifadəsində bacısının cinsi azlıqlarla münasibətinə son qoymadığı üçün bu addımı atdığını deyib. Ancaq polis mərhumənin barəsində deyilənləri şayiə adlandırır. Eləcə də G.Nuriyevanın oxuduğu musiqi məktəbində tələbə yoldaşları cinsi oriyentasiya amilini böhtan hesab edirlər. Qatilin psixi pozuntusu olduğu da istisna edilmir. Yaxınları isə Pərvanədə heç bir psixoloji problem hiss etməyiblər.
Ancaq qətldən bu vaxta qədər Nuriyevlər ailəsi heç bir açıqlama verməyib, söz-söhbətə aydınlıq gətirməyiblər. Əslən Şəkidən olan bacıların atası, rayonda tanınmış iş adamı, bələdiyyə üzvü olan Etibar Nuriyev baş verən faciə barəsində bir kəlmə də olsun danışmayıb.
Bəlkə də deyəcək sözü yoxdur, yaxud da yaşadığı ağır faciənin sarsıntısından özünə gələ bilməyib. Ailədən bir açıqlama olmadığı üçün bu sirli qətl barəsində hər ağızdan bir söz eşidilir. Amma bilinmir ki, skripka ifaçısı olan Pərvanənin pianoçu bacısı Güneli belə dəhşətli şəkildə öldürməsinin arxasında nə dayanır. Odur ki, bu gizlin qalan məqamları araşdırmaq üçün Nuriyevlər ailəsinin Şəkidə yaşadığı ata evinə getdik.
***
Nuriyevlərin Şəkidə “Gəncəli məhəlləsi” deyilən massivdə evi var. Amma bu məhəllədəki evlərini tərk ediblər.
Darvazanı nə qədər döysək də açan olmadı. Məhəllə camaatının sözlərinə görə, onlar hazırda Vərəzət kəndində yerləşən bağ evində yaşayırlar, Günelin yas mərasimi də orada təşkil olunub. Gecə saatlarında kəndə üz tutub, oradakı evi axtardıq.
…Şəkidən aralıda, bomboş düzənliyin ortasında geniş bir ərazi hasarlanıb. Yan-yörədə nə işığı yanan ev var, nə bir yaşayış məntəqəsi. Tam bir səhranın tən ortasıdır və ətrafda ins-cins səsi belə eşidilmir. Xoşbəxtlikdən qarşımıza çıxan maşının sürücüsündən Etibar Nuriyevin evinin məhz həmin hasarın içində olduğunu öyrənirik.
Sürücünün dediyinə görə, qızların atası evdədir.
Qəribədir ki, özünü ətraf mühitdən təcrid edən Nuriyev böyük bir ərazini hasarlayıb ev tikdirib. Həyətin qapısından evə qədər xeyli yol var. İçəridə 3-4 it keşik çəkir. Ümumiyyətlə, ev baş yoldan 1, 5 kilometr aralıda yerləşir. Bir xeyli ev yiyəsini çağırandan sonra uzaqdan bir nəfərin gəldiyini görürük.
Özünü Etibar Nuriyevin qardaşı kimi təqdim edən və adını söyləməyən ağsaqqal bildirdi ki, danışmağa heç bir söz qalmayıb. Onun dediyinə görə, qardaşı hadisə ilə bağlı Bakıya gedib və bir gün sonra qayıda bilər. Nuriyevaların əmisi nə qardaşının nömrəsini verdi, nə də qətlin niyə baş verdiyini aydınlaşdırdı. Sadəcə, qızlar haqda yazılanların hamısı əfsanə adlandırdı: “Camaat hər şeyi bilir, əlavə nəsə deməyə ehtiyac yoxdur. Atası gələr özü danışar. Mən heç nə deyə bilmərəm”.
E.Nuriyevin qardaşı Pərvanədə heç bir psixi problem olmadığını qeyd etdi: “Televizorda o qədər deyilib ki, daha bəsdir. Bura qədər boğaza yığılmışıq. Etibar müəllim heç kəslə görüşmək istəmir. O qızın da heç bir problemi olmayıb, yazılanların hamısı əfsanədir, hərə bir söz danışır. Allah var başımızın üstündə və nə olduğunu görür”…
***
Ertəsi gün yenidən səhər saatlarında Nuriyevlərin yaşadığı “gözdən uzaq, könüldən iraq”, qəribə bir yer olan əraziyə gəlirik. Qapını xeyli döyəndən sonra bu dəfə bağda işləyən fəhlə qarşımıza çıxır və evdə heç kəsin olmadığını, hamının Bakıya getdiyini deyir…
***
Lakin Şəkidə Nuriyevlər ailəsini tanıyanlar bəzi məlumatlar verdilər. Əvvəla, haşiyə çıxaraq deyək ki, rayonda bu qətl haqda hamı susur, E.Nuriyevi isə hörmətli bir adam kimi təqdim edirlər. Deyilənlərə görə, E.Nuriyev müxtəlif növ quş həvəskarıdır. Həyətində cürbəcür ağaclar əkib, qırqovul, tovuzquşu, ördək, bildirçin və başqa çöl quşları saxlayır. Onun həyəti 4 hektar ərazidən ibarətdir və gələcəkdə təsərrüfat işlərini genişləndirmək planı olub. Onun balıqçılıq gölü, meyvə ağacları var.
Şəkidə bu ailəni tanıyanlar danışırlar ki, Nuriyev hər üç övladının tərbiyəsi ilə şəxsən özü məşğul olub, onlara bərabər səviyyədə baxıb, birinə aldığını o birindən əsirgəməyib: “Hətta musiqi təhsili alan qızları üçün Balakəndən xüsusi müəllim gətirmişdi. Əkiz qızların şəkillərini də ofisdə stolunda qoyurdu. Amma üç bacını bir-birindən ayırmazdı, onlara eyni dərəcədə baxardı. Böyük uşağı balacasından fərqləndirsin, ya birinə paltar alanda o birinə almasın, belə şey ola bilməz. Uşaqlara qarşı olduqca həssas davranardı. Burda oturma orda otur, bunu belə eləmə, onu belə qoy. Yəni onlardan gözünü ayırmazdı. İndi eşitdiyimə görə, şokdadır. Heç özləri də bilmir ki, bu hadisə necə olub, niyə olub. O uşaqlarda heç kəs psixi problem hiss etməyib. Bəlkə də Bakıda mühit onları dəyişib”.
***
Beləcə, Pərvanənin bacısını öldürməyə qızlar arasında ayrı-seçkilik qoyulmasının səbəb ola bilməsi ehtimalı da puç çıxır. Yerdə qalır qısqanclıq və psixoloji vəziyyət amilləri. Buna da istintaq yekun qənaətə gələcək.
Nuriyevlər ailəsinin qapalı olması haqda deyilənlərə gəldikdə isə Şəkidə onları tanıyanlar deyirlər ki, Etibar həmişə camaat arasında olub, ünsiyyət quran adamdır, heç kimdən qaçmırdı.
Onu da söyləyirlər ki, 2000-ci il hadisələri zamanı da E.Nuriyevin başı çox ağrıyıb. Belə ki, Şəkidə baş verən hadisələrdə tanınmış iş adamı Tehran həbs olunub. Həmin zaman Nuriyev onun mühasibi olub deyə başı müsibətlər çəkib. Hazırda bələdiyyə üzvü olan Nuriyevin başına gələn bu hadisədən Şəki bələdiyyəsində də danışırlar. Amma mətbuata yox, özləri arasında…
 
“Yeni Müsavat”ın
Reportyor Qrupu
Şəki, Vərəzət






Previous Post

Bacısının başını kəsən qızın ata evindən reportaj

Next Post

“Xalq Cəbhəsi” partiyası irəlidədir

Bənzər yazılar

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30

ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar...

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət,...

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19 Oktyabr 2026 - 21:26

Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası oktyabrın 21-də TRIPP (Tramp Marşrutu) layihəsi üzrə ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə...

Next Post

“Xalq Cəbhəsi” partiyası irəlidədir

“Xalq Cəbhəsi” partiyası irəlidədir

Son xəbərlər

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19 Oktyabr 2026 - 21:26
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22
Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

19 Oktyabr 2026 - 20:07
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05
Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09
Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

19 Oktyabr 2026 - 18:56
Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

19 Oktyabr 2026 - 18:51
Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.