"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanın kredit reytinqi ən aşağı səviyyəyə endirildi

29 Fevral 2016 - 08:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

Azərbaycanın kredit reytinqi ən aşağı səviyyəyə endirildiEkspertlərə görə, bu səviyyə sərmayə yatırımı üçün çəkindirici sayılır…

“Fitch Ratings” agentliyi Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsinə endirib. Azərbaycanın əvvəlki reytinqi “BBB-” səviyyəsində qiymətləndirilirdi. “Fitch” reytinqin endirilməsini ölkə iqtisadiyyatın karbohidrogen ehtiyatları ilə bağlı olması, neftin qiymətinin ucuzlaşması və valyuta ehtiyatlarının azalması ilə izah edir. Reytinq üzrə proqnoz “mənfidir”. 
Agentlik reytinqin endirilməsini neftin ucuzlaşmasından sonra dövlət büdcəsinin doldurulmasından yaranmış çətinliklərlə izah edib. Azərbaycanın yeni reytinq dərəcəsi- “BB+” səviyyəsi “spekulyativ” və ya “zibil” səviyyə hesab olunur. Bu səviyyə sərmayə yatırımı üçün çəkindirici sayılır.
Qeyd edək ki, yanvarın 29-da “Standard&Poor’s” reytinq agentliyi də Azərbaycanın uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirmişdi.
 
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bunu gözlənilən qərar adlandırdı:“”S&P” agentliyi eyni hərəkəti bir ay əvvəl etmişdi. Buna görə də “Fitch”in reytinqimizi endirməsi gözlənilən idi. Səbəb aydındır: neftin qiymətinin düşməsi və neft hasilatının həcminin azalması üzündən ölkəmizin valyuta gəlirləri azalıb, iqtisadi böhran get-gedə dərinləşir. Buna görə də ölkəmiz üzrə xarici investorların riskləri artır. Reytinqimiz də onlara bu barədə xəbərdarlıq edir. Təbii, həm dövlətimiz, həm sahibkarlarımız üçün bundan sonra xaricdən uzunmüddətli və ucuz kreditlər cəlb etmək çətinləşəcək. Bizə daha az müddətə və daha yüksək faiz dərəcəsi ilə kredit verəcəklər. Hər hansı kredit müqaviləsində reytinqin aşağı düşməsi səbəbi ilə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək imkanı nəzərdə tutulubsa, təbii, həmin xarici və ya beynəlxalq kreditor bu hüququndan istifadə edə biləcək”.
Qeyd edək ki, ekspertlər Azərbaycanın kredit reytinqinin “zibil” səviyyəyə endirilməsinin borclanmada ciddi əngəl yaradacağını vurğulayırlar. Bir müddətdir ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan banklarının reytinqi ilə bağlı bədbin proqnozlar verir. Bundan əvvəl “Moody’s” da Azərbaycanın kredit reytinqini “Ba1″ pilləsinə qədər azaldaraq onu gələcəkdə də mövqeyinin endirilə biləcək səviyyəyə yerləşdirib.
Ekspertlər bildirirlər ki, reytinqin düşməsi banka etibarın azalması deməkdir. Reytinq ölkənin borclarını ödəmək qabiliyyətindən xəbər verir. Aşaği reytinq etibarın azalması və dövlətin borclarını vaxtında ödəmək qabiliyyətinə şübhələrin artması deməkdir. Neft gəlirlərimnin azalması borcları tam və ya vaxtında ödəyə bilməmək təhlükələri yaradır. Risk artdığı üçün kreditlərdə faiz dərəcəsi də yüksək olacaq. Reytinqin düşməsi o deməkdir ki, ölkəyə investisiya qoymaq olmaz. Ölkə borc alsa, çox yüksək faizlə almalıdır, yəni iqtisadi dayanıqlıq yoxdur.
Ekspertlər habelə vurğulayır ki, aşağı kredit reytinqləri ölkəyə investisiya cəlbini çətinləşdirəcək. Bu, investisiya riskinin yüksək olması deməkdir. Xüsusən xarici investorların Azərbaycanın bank sektoruna cəlbinə mənfi təsir göstərəcək. Reytinqin düşməsini görən xarici investorlar bank sektorundan öz vəsaitlərini geri çəkə bilərlər.
 
Ekspert Rəşad Həsənov da qeyd edir ki, kredit reytinqinin aşağı salınması gözlənilən idi: “Risklər artdıqca, kredit reytinqi aşağı düşməlidir. Bunun Azərbaycan üçün mənfi tərəfi ondan ibarətdir ki, bundan sonrakı borclanmalarda daha çox tələblərlə üzləşəcəyik. Eyni zamanda müddət məsələsində də ölkəmiz çətinliklərlə üzləşə bilər və daha bahalı faizlərlə borclanacağıq”.
Previous Post

Azərbaycanın kredit reytinqi ən aşağı səviyyəyə endirildi

Next Post

Ermənistana keçmək istəyən Qəbələ sakinlərini nə gözləyir?

Bənzər yazılar

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

21 Oktyabr 2026 - 14:43

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,94 Mbps) görə avqust ayına nisbətən 3 pillə geriləyərək 150...

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 373 cinayət işi başlanılıb....

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026”...

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Next Post

Ermənistana keçmək istəyən Qəbələ sakinlərini nə gözləyir?

Ermənistana keçmək istəyən Qəbələ sakinlərini nə gözləyir?

Son xəbərlər

“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək – Foto

“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək – Foto

21 Oktyabr 2026 - 15:16
Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 - 15:08
“ABŞ dialoqu bərpa etmək üçün təhdidlərdən əl çəkməlidir” – Pezeşkian

“ABŞ dialoqu bərpa etmək üçün təhdidlərdən əl çəkməlidir” – Pezeşkian

21 Oktyabr 2026 - 15:00
Mask: “Süni intellekt bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər”

Mask: “Süni intellekt bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər”

21 Oktyabr 2026 - 14:52
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

21 Oktyabr 2026 - 14:43
Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltmaqdan İMTİNA EDİB

Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltmaqdan İMTİNA EDİB

21 Oktyabr 2026 - 14:30
Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

21 Oktyabr 2026 - 14:14
Kobaxidze Azərbaycana gəlir

Kobaxidze Azərbaycana gəlir

21 Oktyabr 2026 - 14:07
“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

21 Oktyabr 2026 - 14:00
Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

21 Oktyabr 2026 - 13:51
Bu şəxslərə pulsuz torpaq veriləcək

Bu şəxslərə pulsuz torpaq veriləcək

21 Oktyabr 2026 - 13:51
Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

21 Oktyabr 2026 - 13:42
“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

21 Oktyabr 2026 - 13:30
Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

21 Oktyabr 2026 - 13:18
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.