"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanda nə qədər qadın polis var?

11 Dekabr 2015 - 16:11
in XƏBƏR LENTİ
FacebookVatsap

Nardaranda keçirilən xüsusi əməliyyatda qadın polislərin iştirakı diqqətdən yayınmayıb. Dünya praktikasında olduğu kimi, ölkəmizdə də qadın polislər əməliyyatlara cəlb olunur, onların xidmətlərindən əməliyyat-axtarış tədbirləri zamanı istifadə olunur. Bu isə ölkəmizdə son vaxtlar zərif cinsin nümayəndələrinin hüquq-mühafizə orqanlarına olan marağının artmasından irəli gəlir.

Bunu da oxuyun

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

 

Azərbaycanda qadın polislər Daxili İşlər Nazirliyi orqanlarında əsasən 102 qaynar xətt, statistika, kadrlar, istintaq və digər bölmələrdə çalışırlar. Son illər polis orqanlarında çalışan xanımların sayında artım müşahidə edilir. Həmçinin Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olan qızların sayında da artım müşahidə etmək olur.

Daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, Daxili İşlər Nazirliyi sistemində 2855 qadın xidməti fəaliyyət göstərir ki, bunun da böyük əksəriyyətinin, yəni 1350 nəfərinin xüsusi rütbəsi və vəzifəsi olan qadınlardır.

Bu isə Daxili İşlər Nazirliyinin ümumi heyətinin 11 faizini təşkil edir.

Nazir müavini açıqlamasında qeyd edib ki, ölkəmizdə qadın polislərin xidmət aparması təqdirəlayiq haldır.

Sabiq polis rəisi, ekspert Mahmud Hacıyev  bildirib ki, son vaxtlar daxili işlər orqanlarında işləyən polis qadınların sayında artım müşahidə olunur.
Onun sözlərinə görə, son 5-6 ildə xanım polislərin fəaliyyəti xeyli güclənib: “Qadın polislər əsasən istintaq və xidmət sahəsində çalışırlar. Əməliyyat xidmətində isə demək olar ki, çox az hallarda iştirak edirlər. Avropa ölkələrində qadın polislər çoxluq təşkil edir. Bizimlə müqayisədə qonşu Gürcüstanda post patrul xidməti sahəsində qadın polislər çalışırlar. Bizdə isə bu xidmət sahəsində demək olar ki, qadın polis yoxdur. Gürcüstanda isə post patrul xidmətinin 70 faizi qadınlardır. Orada yol polisi ləğv olunduğu üçün xanımlar həm də həmin orqanın işini icra edirlər”.

Ölkəmizdə xanım polislərin sayının az olmasına gəlincə, M.Hacıyev qeyd edib ki, Azərbaycanda mentalitet məsələsinə görə xanımlar bu sahəyə maraq göstərmirlər.

“Hesab edirəm ki, bu istiqamətdə hüquqi maarifləndirmə və böyük təbliğat işləri aparmaq lazımdır. Hüquq fakültəsini bitirən xanımlar pasport və qeydiyyat şöbələrində, nazirliyin özündə və istintaq sahəsində işləyirlər, amma post patrul xidmətində işləməyə meyl etmirlər”.

Dünyanın bir çox ölkələrində yol-patrul xidmətində kişilərlə birlikdə xanımlar da işləyir. Amma ölkəmizdə bu hsahədə ancaq kişilər çalışır, xanım polislərə ras gəlmək mümkün deyil. Bu nə ilə bağlıdır, xanımlarımız yol polisi olmaq istəmir, yoxsa…?

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, xanımların yol partul xidmətində işləməsi üçün onlara müraciət daxil olmayıb.

Şöbə rəisinin sözlərinə görə, hazırda Azərbaycanda yol-patrul xidmətində işləyən xanım əməkdaş yoxdur.

“Yol-patrul xidməti ağır səyyar xidmət olduğundan, qadınlar bu sahəyə müraciət etmirlər. Buna görə də zərif cins nümayəndələri arasında bu sahəyə meyl edən olmayıb. Xidmətin çətinliyi ilə bərabər, müəyyən qədər milli mentalitet də burada rol oynayır. Qadınlar daha çox oturaq işlərə üstünlük verirlər. Amma yol-patrul xidmətində qadın əməkdaşlara zərurət var. Belə ki, ölkədə sürücü xanımların sayı get-gedə artır”.

Previous Post

Azərbaycanda nə qədər qadın polis var?

Next Post

Çavuşoğlu Rusiyanı təhdid etdi – `Səbrimiz tükənir…`

Bənzər yazılar

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17

ATƏT-in Varşavada keçirilən İnsan Ölçüsü Konfransında Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququ və Ermənistanla dialoq məsələsi gündəmə gətirilib. Azərbaycan-Slavyan Gəncləri...

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

Next Post

Çavuşoğlu Rusiyanı təhdid etdi - `Səbrimiz tükənir...`

Çavuşoğlu Rusiyanı təhdid etdi - `Səbrimiz tükənir...`

Son xəbərlər

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

13 Oktyabr 2026 - 17:49
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

13 Oktyabr 2026 - 17:25
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.