DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətindən Aktual.az-a verilən məlumata görə, nəticədə dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil olmaqla ümumilikdə 27 nəfər şəxs həbs edilib.
Qeyd edək ki, Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib.
Şəbəkə üzvlərinin törətdikləri cinayətlər haqqında ətraflı məlumat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mətbuat Xidmətinin əməkdaşlarının real əməliyyat görüntüləri əsasında birgə hazırladıqları videomaterialda qeyd olunub.
Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)
ATƏT-in Varşavada keçirilən İnsan Ölçüsü Konfransında Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququ və Ermənistanla dialoq məsələsi gündəmə gətirilib. Azərbaycan-Slavyan Gəncləri...





















Son şərhlər