"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan XİN bəyanat yayıb

31 İyul 2020 - 09:53
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Xarici İşlər Nazirliyi Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. 

Bunu da oxuyun

Tarixi Zəfərin 6-cı ildönümü mübarək, Azərbaycan!

ƏHD Partiyasının təbrik bəyanatı

Çin səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Elchi.az xəbər verir ki, bəyanatda deyilir: 

“1 avqust Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü günüdür. 45 ildən sonra Akt və orada təsbit olunmuş dövlətlərarası münasibətləri idarə edən on prinsip qaydalara əsaslanan Avropa nizamının təməli olaraq qalmaqdadır. Onlar heç bir şəkildə yenidən müzakirə, baxılma və ya şərh edilmə mövzusu ola bilməzlər.

Dövlətlərin bir-birlərinə və onların vətəndaşlarına münasibətini tənzimləyən on prinsip, gərginliyin azalmasında əvəzsiz rol oynadı və bütün dövlətlərin bir-birlərinin suverenliyinə, xüsusilə də hər bir dövlətin hüquqi bərabərlik, ərazi bütövlüyü, azadlıq və siyasi müstəqillik hüququna hörmət etməli olduğu ATƏT məkanında əməkdaşlıq və bölünməz bir təhlükəsizlik üçün zəmin yaratdı.

Yekun Akt ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış səhədlərə qarşı təhdid və ya gücdən istifadə edilməməsini dövlətlərarası münasibətlərin əsası kimi müəyyən edir.

Akt ərazi bütövlüyü, dövlətlərin sərhədlərinin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərini elə kodlaşdırır ki, bu prinsiplərin ərazi bütövlüyü təməl normasının əsasında formalaşdığı və buna görə də beynəlxalq hüquq çərçivəsində bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğu vurğulanır. Akt dövlətlərin ərazilərini beynəlxalq hüquq normalarına zidd olaraq hərbi işğal obyekti və ya digər birbaşa və ya dolayı güc tədbirləri və ya belə tədbirlər vasitəsilə ərazilərin əldə edilməsini qadağan edir. Helsinki Yekun Aktına əsasən, heç bir işğal və ərazilərin əldə edilməsi qanuni qəbul edilmir.

Helsinki Yekun Aktının on Prinsipi bir-birini tamamlayır və onlar bir-birini nəzərə almaqla tam, bərabər və qeyd-şərtsiz tətbiq olunmalıdır. Səbəbsiz deyildir ki, Akt bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə hüquqlarını beynəlxalq hüququn normalarına, xüsusən də dövlətlərin ərazi bütövlüyünə hörmət ilə birmənalı olaraq şərtləndirir.

Helsinki Yekun Aktının təməl prinsiplərinin xüsusilə münaqişənin həlli kontekstində yanlış şərh edilməsi və ya selektiv şəkildə tətbiqi, münaqişənin nizamlanmasına mane olur və ATƏT məkanına inam və etimadın pozulmasına gətirib çıxarır. Bu kontekstdə təməl prinsiplərinin tətbiqində ikili standartların hər hansı təzahürünün aradan qaldırılması hər zamankından daha vacibdir. ATƏT dövlətləri tərəfindən tənzimlənən bütün münaqişələr, istisnasız olaraq, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında, zərər çəkmiş dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həll edilməlidir.

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən suverenliyinə və ərazi bütövlüyünə birbaşa təhlükə ilə üzləşmişdir və buna görə də ATƏT-ə və xüsusən də Helsinki Yekun Aktında əksini tapmış prinsip və öhdəliklərinə xüsusi əhəmiyyət verir. Bu Akt 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884) ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün əsas təşkil edir.

Azərbaycan Respublikası Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümünü təntənəli şəkildə yad edir və öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını bərpa etmək səylərində Akta güvənməkdə davam edir. Azərbaycan Helsinki Yekun Aktının bu fundamental prinsiplərinin müdafiəsində ATƏT iştirakçı dövlətlərin dəstəyinə və həmrəyliyinə arxalanır”.

Previous Post

Azərbaycan XİN bəyanat yayıb

Next Post

İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib

Bənzər yazılar

Tarixi Zəfərin  6-cı ildönümü mübarək, Azərbaycan!

Tarixi Zəfərin 6-cı ildönümü mübarək, Azərbaycan!

06 Noyabr 2026 - 13:48

Azərbaycan xalqı bu günlərdə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin 6-cı ildönümünü böyük sevinc, coşqu və qürur hissi ilə qeyd edir....

ƏHD Partiyasının təbrik bəyanatı

ƏHD Partiyasının təbrik bəyanatı

06 Noyabr 2026 - 12:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. ƏHD Partiyası mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə,...

Çin səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Çin səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 11:58

Çin səfiri Lu Mey Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, diplomat bu gün...

Mirzoyan Azərbaycana gəlmək istəyir: “Ümid edirəm ki…”

Mirzoyan Azərbaycana gəlmək istəyir: “Ümid edirəm ki…”

05 Noyabr 2026 - 15:42

Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin qarşılıqlı səfərləri ilə bağlı hələlik konkret razılaşma yoxdur. Elchi.az xəbər verir ki, bunu Ermənistanın...

Next Post
İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib

İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib

İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib

İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib

Son xəbərlər

Peskov: İrəvan hazırda faktiki olaraq KTMT-də iştirak etmir

Peskov: İrəvan hazırda faktiki olaraq KTMT-də iştirak etmir

06 Noyabr 2026 - 16:00
İnəkdən sağılan süd də uçota alınacaq

İnəkdən sağılan süd də uçota alınacaq

06 Noyabr 2026 - 15:51
QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

06 Noyabr 2026 - 15:42
Makronun reytinqinin aşağı düşməsi acınacaqlıdır – Le Pen

Makronun reytinqinin aşağı düşməsi acınacaqlıdır – Le Pen

06 Noyabr 2026 - 15:30
Zelenskiyə psixi xəstəlik əlamətləri diaqnozu qoyuldu

Zelenskiyə psixi xəstəlik əlamətləri diaqnozu qoyuldu

06 Noyabr 2026 - 15:16
Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 15:08
Pentaqon rəhbəri Amerika xalqına müraciət edib

Pentaqon rəhbəri Amerika xalqına müraciət edib

06 Noyabr 2026 - 15:00
Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

06 Noyabr 2026 - 14:53
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu

06 Noyabr 2026 - 14:50
Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06 Noyabr 2026 - 14:44
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək

Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək

06 Noyabr 2026 - 14:30
Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

06 Noyabr 2026 - 14:24
Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir – Sahil Babayev

Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir – Sahil Babayev

06 Noyabr 2026 - 14:14
Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT

06 Noyabr 2026 - 14:07
Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.