"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Azərbaycan ermənilərə qarşı genosid törədir?” -Qərbin iri nəşrlərinin ölkəmizə qarşı QƏRƏZİ- ŞOK FAKTLAR

06 Sentyabr 2023 - 18:02
in SİYASƏT
FacebookVatsap

“The New York Times“ və “The Telegraph” erməni yalanlarını tirajlayır.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The New York Times“ nəşrinə açıq məktub ünvanlayıb. Üstəlik, “X” sosial şəbəkə hesabında “The New York Times“ qəzetini “alternativ baxışlara maneələr və bürokratik əngəllər qoyduğuna görə” tənqid edib.

Bunu da oxuyun

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Rəsmi Bakı: Zaxarovanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır

Bu isə o deməkdir ki, “The New York Times“ qəzeti Hikmət bəyin qarşı tərəf kimi təqdim etdiyi məqaləni çap etməkdən imtina edirlər. Halbuki “The New York Times“ qəzeti bunu etməyə borcludur. Çünki ittihamlara qarşı tərəfin də münasibət bildirmək haqqı var. “The New York Times“ qəzeti ermənilərə görə medianın əsas qanununa belə məhəl qoymur.
Hikmət bəy bildirib ki, Qərb mətbuatında gedən anti-Azərbaycan xarakterli məqalələrin hamısı erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində tərtib edilib. Bu barədə mən də dünən geniş bir yazı təqdim etmişdim. Vurğulamışdım ki, Qərb mətbuatı total şəkildə Qarabağ ermənilərinin təbliğatı ilə məşğuldur. Bütün media orqanlarında ittihamlar da, arqumentlər də eynidir. Hətta eyni qəbildən olan məqalələrin başlıqları da bir-birinin təkrarıdır. Bütün başlıqlarda Azərbaycan Qarabağ ermənilərinə qarşı genosid siyasəti yeritməkdə ittiham olunur. Ermənilərin ən çox sevdiyi söz “genosid”dir. Erməni sevərlər də bu sözdən ikiəlli yapışıblar…
Yaxşı, bəs Hikmət Hacıyev “The New York Times“ qəzetində gedən hansı yazıya etiraz edir? Söhbət “Another Ethnic Cleansing Could Be Underway — and We’re Not Paying Attention” (Daha bir etnik təmizləmə başlaya bilər və biz buna diqqət etmirik) adlanır. Məqalənin müəllifi kimdir? Bu, çox önəmli məsələdir. Özəl rəy kimi təqdim olunan məqaləni NICHOLAS KRISTOF qələmə alıb. Onun atası da, anası da professor olub. Atasının valideynləri polyak və ermənidir. Hazırda 64 yaşı olan yazar 2010-cu ildə “The New York Times“ qəzetində gedən “Speaking Not as an Armenian…” ( Erməni kimi danışmamaq) adlı yazısında belə deyir: “Mən qismən erməniyəm (atam Kristof adını Kşiştofoviçdən yaradıb, o, yayğın erməni adı olan Haçikiyanın polyaklaşdırılmış variantıdır). Mənim əcdadlarım Osmanlı imperiyasında deyil, Polşa və Rumıniyada olublar, ona görə də soyqırımla bağlı ailə hekayəmiz yoxdur. Amma mən hesab edirəm ki, sübutlardan aydındır ki, “soyqırım” baş verən olaylar üçün doğru sözdür və buna görə də mən həmişə Türkiyədə baş verən olayları erməni soyqırımı adlandırıra.
Nicholas Kristov 1984-cü ildən “The New York Times“ qəzetində çalışır. Bu illər ərzində Cənubi Qafqazda ciddi hadisələr baş verib. Ermənilər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 25 faizini işğal edib. Həmin ərazidə yaşayan 800 minə yaxın insanı öz dədə-baba yurdundan silah gücünə qovub, yəni etnik təmizləmə siyasəti aparıb. 30 ilə yaxın bu işğal davam edib. Birmənalı olan odur ki, ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, genosid törədib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində mütəşəkkil formada həyata keçirilmiş soyqırım baş verib. Nəticədə Xocalıda 63-ü uşaq olmaqla 613 sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bax genosid belə olur. Qərb mətbuatı bu faktı heç açıb-ağartmır da. Sanki belə bir şey heç olmayıbmış. Niyə bu barədə yazmırlar? Çünki bu fakt bütün stereotipləri alt-üst etmək gücündədir. Belə həqiqətlər Qərb insanını silkələmək gücündədir. Qərb insanı istər-istəməz düşünməli olacaq ki, bəs deyirdilər ki, bu ermənilər çox mədənidir, xristianlığı qəbul edən ilk xristian xalqdır. Bunlar ki, faşist imiş. Bir anlığa düşünün ki, oxşar hadisəni azərbaycanlılar ermənilərə qarşı törədiblər. Qərb gecə-gündüz bu genosiddən danışacaqdı. Azərbaycanı, bütövlükdə türkləri dönə-dönə ittiham edəcəkdi. İndi isə ermənilərin törətdikləri bu vəhşiliyi məqsədli şəkildə görməzdən gəlirlər. İstənilən halda bu, faktdır və tarixə qanla yazılıb. Ancaq Nicholas Kristof bu barədə bir kəlmə yazıbmı? Yazmayıb. Təkcə ona görə yox ki, o, ermənidir və ermənilərin maraqlarından çıxış edir. Qərb mediasında qeyri-ermənilər də bu məsələnin üstündən sükutla keçiblər. Niyə? Çünki Qərbin oturuşmuş-daşlaşmış baxış sistemi var. O sistemə görə 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı soyqırım törədilib. Nəticədə 1.5 milyon erməni öldürülüb. Ancaq bu qanlı olayların səbəbi nədir? Bu barədə Qərb intellektualları susmağa üstünlük verirlər. Səbəb də bəllidir. Qərb ölkələri Osmanlı imperiyasını məhv etmək üçün yerli xalqları bir-birinə düşmən etdi. Xüsusən xristian əhaliyə silah-sursat verərək onları yerli müsəlmanlara qarşı üsyana həvəsləndirdi. Osmanlını içindən çökdürməyə çalışdı. Mahiyyətdə Osmanlıda baş verən daxili çaxnaşmaların səbəbkarı və müəllifi Qərbdir. Axı necə ola bilər ki, ermənilər, eləcə də digər etnik qruplar bəy balası kimi 600 il ərzində yaşadıqları məmləkətdə belə bir qəzəb və nifrətlə qarşılaşdılar. Çünki ermənilər Qərbin təhriki ilə Osmanlı dövlətinə-onlara bu qədər imtiyazlar tanımış öz vətənlərinə xəyanət etdilər. Yerli müsəlmanlara qarşı kütləvi qətllər törətdilər. Oxşar hadisələr hələ 1905-ci ildə Rusiya imperiyasının təhriki ilə Azərbaycanda baş vermişdi. Məhz bu amilə görə Qərb ermənilərin nazı ilə oynamaq zorundadır. Yəni Qərbin həyata keçirdiyi təxribatlar olmasaydı ermənilər indi də Türkiyədə rahat yaşayırdılar.
İndi Azərbaycanı ittiham edənlər yazırlar ki, azərbaycanlılar da türkdür. Yəni türk olduqlarına görə ermənilərə qarşı soyqırım siyasəti yeritməsi təbiidir və bu, tarixdən qaynaqlanır.
Mövzudan uzaqlaşmayaq. Azərbaycan isə Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti aparacağı ehtimalı əsasında ittiham olunur. Qərb mətbuatı ermənilərin sifarişi ilə dönə-dönə vurğulayır ki, Qarabağda 120 min erməni yaşayır. 3 il öncə də- II Qarabağ müharibəsindən dərhal sonra da eyni şeyi yazırdılar. İndi də eyni şeyi deyirlər. Məntiq onu deyir ki, Qarabağın erməni əhalisinin sayı dəyişməyibsə, deməli, heç bir etnik təmizləmədən söhbət gedə bilməz.
Ancaq biz yaxşı bilirik ki, Qarabağda heç 30-35 min erməni qalmayıb. Çünki Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan müxtəlif bəhanələrlə imtina edir. Qarabağdakı ermənilər də yerli separatçı rejimin girovuna çevrilib. Qeyri-müəyyən gələcək erməniləri Qarabağı tərk etməyə təhrik edir. Nə ermənilər, nə Rusiya, nə də ki Qərb bu həqiqəti etiraf etmək istəmir…
Qərb mətbuatında Azərbaycanla bağlı gedən başqa bir məqaləyə diqqət edək. Böyük Britaniyanın “The Telegraph” qəzeti “Armenians are facing genocide in Nagorno Karabakh. The world must not sit idly by The Azerbaijani blockade in the Lachin Corridor is going unchecked. This must change” (Ermənilər Dağlıq Qarabağda soyqırımla üz-üzədir. Dünya boş oturmamalıdır
Laçın dəhlizi Azərbaycanın blokadası altındadır. Bu dəyişməlidir) adlı məqaləsinin başlığı gördüyünüz kimi “The New York Times“la səsləşir. Hər iki başlıqda Azərbaycanın ermənilərə qarşı genosid siyasəti yeritdiyi vurğulanır. Genosid sözü isə Qərb ictimai rəyində tarixi kontekstə ermənilərlə assosiasiya olunur. Qərb düşüncəsinə yeridilmiş erməni genosidi yalanı üzərindən oxuculara-beynəlxalq ictimai rəyə öz təsbitlərini sırımaq istəyirlər…
“The Telegraph” qəzetində gedən yazının müəllifi 73 yaşlı Rowan Douglas Williamsdır. O da maraqlı tipdir. Anqilikan kilsəsinin liderlərindən biridir. Rowan Williams İrəvanda olub. Orada Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginlə görüşüb. “Genosid qurbanları”na həsr olunmuş abidəni bir yerdə ziyarət ediblər. Həmin ziyarəti əks etdirən fotonu da təqdim edirəm..
Bu arada Hikmət Hacıyev “The Arab News” qəzetinə eyni mövzu ilə bağlı geniş müsahibə verib. Təəssüf ki, nəyinki Qərbdə, hətta Ərəb Dünyasında da biz erməni təbliğatına uduzuruq. “The Arab News” qəzeti Ərəb Dünyasında ciddi nüfuza sahibdir. Hikmət Hacıyev həmin müsahibədə Xocalı soyqırımına toxunur. Ermənilərin məhv etdiyi məscidlərdən söhbət açır. Müsahibənin sonunda isə o deyir: “Ermənistan 4 min azərbaycanlının kütləvi məzarlığı ilə bağlı məlumat verməkdən niyə imtina edir? Qaçqın çadırlarında böyüyən bir milyon azərbaycanlının həyatından qoparılan 30 ilin əvəzini kim ödəyəcək?”
Bəli, ermənilər beynəlxalq səviyyədə anti-Azərbaycan təbliğatı aparır. Məqsəd Qarabağdakı separatçı rejimi xilas etmək, ermənilərin Azərbaycana re-inteqrasiyasının qarşısını almaq və Laçın yolunun dəhliz statusunda yenidən açılmasına nail olmaqdan ibarətdir. Bu kimi proseslərin qarşısını almaq üçün Azərbaycanda xüsusi beyin mərkəzi yaradılmalıdır. Bu beyin mərkəzinə toplaşan intellektuallar Qərbdən gələn bu kimi çağırışlara tutarlı cavab verməyi bacarmalıdır. Bu prosesə fərdlər səviyyəsində yox, mərkəzləşmiş şəkildə gündəlik təhlillər üzərindən cavab hazırlamalıyıq. Bunun üçün kifayət qədər imkanlarımız var. Sadəcə mövcud imkanlardan sinxron qaydada yararlanmaq gərəkdir.

Elbəy Həsənli

Previous Post

“Azərbaycan ermənilərə qarşı genosid törədir?” -Qərbin iri nəşrlərinin ölkəmizə qarşı QƏRƏZİ- ŞOK FAKTLAR

Next Post

Blinken İlham Əliyevə zəng etdi

Bənzər yazılar

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

28 İyul 2026 - 12:56

İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, ikitərəfli və...

Azərbaycan bu ölkəni təbrik etdi

Rəsmi Bakı: Zaxarovanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır

28 İyul 2026 - 11:57

"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif...

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır

28 İyul 2026 - 11:52

"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub". Elchi.az...

Konqresmen: Azərbaycan dünyanın ən strateji mövqeyə malik ölkələrindən biridir

Konqresmen: Azərbaycan dünyanın ən strateji mövqeyə malik ölkələrindən biridir

28 İyul 2026 - 11:00

ABŞ Konqresinin respublikaçı üzvü Abe Hamadeh Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən sonra "Newsmax"da dərc etdiyi məqaləsində Azərbaycanın geosiyasi...

Next Post
Blinken İlham Əliyevə zəng etdi

Blinken İlham Əliyevə zəng etdi

Blinken İlham Əliyevə zəng etdi

Blinken İlham Əliyevə zəng etdi

Son xəbərlər

Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

28 İyul 2026 - 15:44
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

28 İyul 2026 - 12:56
Nazir müavini: Kitabxana mütəxəssislərinin attestasiya nəticələrinin statistikası yaxın günlərdə elan ediləcək

Nazir müavini: Kitabxana mütəxəssislərinin attestasiya nəticələrinin statistikası yaxın günlərdə elan ediləcək

28 İyul 2026 - 12:29
Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

28 İyul 2026 - 12:24
Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirib, məhkuma aid tapança tapılıb – FOTO

Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirib, məhkuma aid tapança tapılıb – FOTO

28 İyul 2026 - 12:16
Yaponiyada 7.1 bal gücündə zəlzələ

Yaponiyada 7.1 bal gücündə zəlzələ

28 İyul 2026 - 12:03
Azərbaycan bu ölkəni təbrik etdi

Rəsmi Bakı: Zaxarovanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır

28 İyul 2026 - 11:57
XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır

28 İyul 2026 - 11:52
İyulun 30-dək Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

İyulun 30-dək Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

28 İyul 2026 - 11:45
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib – FOTO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib – FOTO

28 İyul 2026 - 11:37
Azərbaycanda 5 tondan çox çətənə kolu məhv edildi

Azərbaycanda 5 tondan çox çətənə kolu məhv edildi

28 İyul 2026 - 11:30
ABŞ Ukraynadakı münaqişənin necə inkişaf edə biləcəyini açıqladı

ABŞ Ukraynadakı münaqişənin necə inkişaf edə biləcəyini açıqladı

28 İyul 2026 - 11:21
Kahı təhlükəsi: Yoluxmalar artır, məhsullar geri yığılır

Kahı təhlükəsi: Yoluxmalar artır, məhsullar geri yığılır

28 İyul 2026 - 11:13
Konqresmen: Azərbaycan dünyanın ən strateji mövqeyə malik ölkələrindən biridir

Konqresmen: Azərbaycan dünyanın ən strateji mövqeyə malik ölkələrindən biridir

28 İyul 2026 - 11:00
Ev sahibi əlavə ödənişlə evdən işləyən kirayəçini şoka saldı!

Ev sahibi əlavə ödənişlə evdən işləyən kirayəçini şoka saldı!

28 İyul 2026 - 10:54
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.