"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azercell-in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

29 Avqust 2019 - 17:25
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycanın lider mobil operatoru Azercell Telekom-un iyul ayından başlayaraq “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında ölkəmizin müxtəlif regionlarında həyata keçirdiyi layihə öz yekun sədasını avqustun 26-da qədim paytaxtımız Gəncə şəhərindən yayımladı.

Bunu da oxuyun

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Xatırladaq ki, bütün Azərbaycanı yeni bağlantı erasına hazırlayan Azercell Telekom özünün 4G şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə ölkə əhalisini əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail oldu. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alınıb.Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi Azercell-in 4G şəbəkəsinin əhatə dairəsində olub və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.

Əsas hədəfi fəaliyyət göstərdiyi sahədə meydana gələn texnoloji trendləri hamı üçün əlçatan etmək olan Azercell Telekom iyul ayının 29-dan etibarən Gəncə də daxil olmaqla Naxçıvan, Ordubad, Şərur, Quba, Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Cocuq Mərcanlı kəndi, Mingəçevir, Yevlax, Lənkəran, Qazax, Tovuz, Şəmkirbölgələrində baş tutan “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində keçirilən tədbirlərdə 130 000-ə yaxın insanı bir araya topladı .

Digər bölgələrdə olduğu kimi, Gəncədə də keçirilən əyləncəli tədbir öz ətrafına 20 000-dən çox şəhər sakinini topladı. Əhali tərəfindən böyük maraqla qarşılanan tədbirlərdə müasir interaktiv əyləncələr və intellektual oyunlar geniş yer aldı. Bununla yanaşı, budəfəki tədbirə İnnovasiyalar Agentliyinin startapçısı, “CustomAR” şirkətindən Fərid Davudov “Yüksəklik” oyunu ilə qatıldı . Təşkil edilən müsabiqə və oyunların iştirakçılarına Azercell tərəfindən müxtəlif hədiyyələr təqdim edildi. Layihə çərçivəsində iştirakçılar mobil qurğuların texniki imkanları, texnoloji yeniliklərin insan həyatını necə rahatlaşdıra biləcəyi haqda məlumatlandırılıdı.

Qeyd edək ki, axşam saatlarında keçirilən genişmiqyaslı əyləncəli proqramla yanaşı, bu səfər də cəmiyyətə qayğı və sosial məsuliyyəti hədəf tutaraq ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə yerləşən SOS Uşaq Kəndi, qaçqın və məcburi köçkün düşərgələri, eləcə də, Gəncə şəhər Uşaq Evinin sakinlərini əhatə etdi. Belə ki, Azercell-in dəstəyilə fəaliyyət göstərən “Mobil Göz” və “Mobil Diş” klinikaları Gəncə SOS Uşaq Kəndində 70-dən çox uşağı müayinədən keçirmiş və ilkin müalicələr aparmışlar. Kəndin balaca sakinlərinə, həmçinin, Azercell-dən məktəb ləvazimatları və hədiyyələr də paylanmışdır. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Azercell-in nümayəndə heyəti, həm də, Gəncədə məskunlaşan Xocalı və Kəlbəcərdən olan məcburi köçkün ailələrini də ziyarət etmiş, onlara da öz hədiyyələrini təqdim etmişdir. Layihənin sosial məsuliyyət təşəbbüsləri Gəncədə yerləşən Uşaq Evini də əhatə edərək, yeni tədris ili ərəfəsində 70 uşağı yeni məktəb ləvazimatları ilə sevindirdi.

Beləliklə, ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə keçirilən tədbirlə mobil operator müxtəlif regionlarda Azərbaycan əhalisinin rəqəmsal dünyanın yenilikləri ilə tanış olmasına, isti yay aylarında innovativ həllər vasitəsilə əyləndirilməsinə və sosial qayğıya ehtiyacı olan sakinkərin rifahının yüksəldilməsinə yönəlik tədbirlər silsiləsinə yekun vurmuş oldu.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi vəsərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Previous Post

Azercell-in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

Next Post

23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət edilib

Bənzər yazılar

Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların sentyabrın 11-də ödənilməsi nəzərdə tutulub. Bu barədə Elchi.az-a Dövlət Sosial Müdafiə Fondundan...

Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

08 Sentyabr 2026 - 17:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçirilib. Nazirlikdən Elchi.az-a...

Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

08 Sentyabr 2026 - 17:39

Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təşkilatda müşahidəçi statusunda təmsil...

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

08 Sentyabr 2026 - 16:55

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa...

Next Post
23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət edilib

23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət edilib

23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət edilib

23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət edilib

Son xəbərlər

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

08 Sentyabr 2026 - 19:34
2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

08 Sentyabr 2026 - 19:20
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
DTX-nin yeni rəqəmsal sistemi dövlət platformalarına inteqrasiya olunur

Nazirlər Kabineti diplomatik xidmət əməkdaşlarının təminatı ilə bağlı dəyişiklik edib

08 Sentyabr 2026 - 18:44
Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37
Bosniya XİN-dən Serbiyaya diplomatik zərbə: 48 saat vaxt verildi

Bosniya XİN-dən Serbiyaya diplomatik zərbə: 48 saat vaxt verildi

08 Sentyabr 2026 - 18:25
Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərində dəyişiklik edildi

Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərində dəyişiklik edildi

08 Sentyabr 2026 - 18:13
Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

08 Sentyabr 2026 - 17:59
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

08 Sentyabr 2026 - 17:46
Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

08 Sentyabr 2026 - 17:39
Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

08 Sentyabr 2026 - 17:30
Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

08 Sentyabr 2026 - 17:25
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

08 Sentyabr 2026 - 17:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.