Yaponiyanın xarici işlər naziri İvaya İran və İsraili mülayim olmağa çağırıb
Elchi.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri İvaya Takeşi İranın xarici işlər naziri Abbas Erakçi ilə telefon danışığında İsrail və İranı mülayim olmağa çağırıb.
Yaponiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, İsrail və İran arasında gərginliyin artmaqda davam etdiyi bir vaxtda xarici işlər naziri İvaya ilə İranın xarici işlər naziri Erakçi arasında telefon danışığı olub.
Gərginliyin Yaxın Şərqdə yayılacağı ilə bağlı narahatlıqlarını bölüşən İvaya tərəfləri mülayim olmağa çağırıb.
Erakçi həmçinin nazir İvaya İranın mövqeyi və səyləri barədə məlumat verib, eyni zamanda iki nazir Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək barədə razılığa gəliblər.
Yaponiyanın xarici işlər naziri İvaya iyunun 13-də İsrailin İrana hücumunu bölgədəki vəziyyəti gərginləşdirdiyi səbəbilə “qətiyyətlə pislədiyini” açıqlayıb.
Şayəstə Hüseynova


















