"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

AZAL AİB-in dəstəyi ilə dayanıqlı aviasiya sahəsində texniki layihəyə başlayıb

09 Dekabr 2025 - 17:45
in İQTİSADİYYAT
FacebookVatsap

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) və Asiya İnkişaf Bankı (AİB) “ESG-nin əməliyyatlaşdırılması” (Ətraf mühit, Sosial və İdarəetmə) texniki dəstək layihəsinin başlanması və dayanıqlılıq sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb.

Bunu da oxuyun

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

Bu il ehtiyat fondlar üzrə 518 mln. manata yaxın vəsait istifadə olunub

AZAL-dan Elchi.az-a verilən məlumata görə, layihə aviaşirkətin ətraf mühit, korporativ idarəetmə və əməliyyat proseslərinə dayanıqlı inkişaf prinsiplərinin sistemli şəkildə inteqrasiyasını, biznes dəyərinin artırılmasını və dayanıqlı investisiya imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Memorandum “AZAL” QSC-nin prezidenti Samir Rzayev və AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal tərəfindən imzalanıb. Tədbirdə AİB-nin regional direktoru Enriko Pinali, həmçinin AZAL və bankın nümayəndələri iştirak ediblər.

AİB tərəfindən maliyyələşdirilən texniki dəstək layihəsinin elan olunması və tərəflər arasında imzalanan Memorandum 7 dekabr – Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunub. Bir il müddətinə həyata keçiriləcək “ESG-nin əməliyyatlaşdırılması” layihəsi çərçivəsində ESG prinsiplərinin əsas idarəetmə və əməliyyat proseslərinə inteqrasiyası təmin ediləcək.

Layihə, həmçinin dayanıqlı maliyyələşdirmə və “yaşıl” aviasiya təşəbbüslərinin inkişafı, biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələrin hazırlanması, əməkdaşların bu sahə üzrə bilik və bacarıqlarının artırılması, eləcə də ən müasir ESG hesabatlılıq sisteminin formalaşdırılmasını nəzərdə tutur.

“AİB ilə bu əməkdaşlıq dayanıqlı inkişaf strategiyamızın həyata keçirilməsində mühüm mərhələdir. AZAL ESG təcrübələrinin tətbiqinə və investisiya imkanlarının genişləndirilməsinə, eləcə də maliyyə institutları ilə tərəfdaşlıqların gücləndirilməsinə xüsusi önəm verir. Fəaliyyətimizi Azərbaycanın milli inkişaf məqsədləri və qlobal çağırışlarla uzlaşdıraraq aviasiya sektorunun dayanıqlı transformasiyasına töhfə verməkdə qərarlıyıq. Əminik ki, bu birgə layihə maliyyə təşəbbüslərinin reallaşdırılmasına və Azərbaycanda, o cümlədən regionda dayanıqlı aviasiyanın inkişafına əlavə təkan verəcək,” – deyə “AZAL” QSC-nin prezidenti Samir Rzayev bildirib.

“Asiya İnkişaf Bankı Azərbaycanın aviasiya sektorunda dayanıqlılığın artırılması istiqamətində texniki dəstək göstərməklə AZAL ilə tərəfdaşlığını genişləndirməkdən məmnundur. Bu təşəbbüs ətraf mühit, sosial məsuliyyət və idarəetmə prinsiplərinin AZAL-ın əsas biznes proseslərinə inteqrasiyası üzrə ortaq öhdəliyimizi əks etdirir və aviaşirkətin dayanıqlı inkişaf hədəflərinə xidmət edir. Beləliklə, Azərbaycanın dayanıqlı inkişaf prioritetləri naminə yaşıl və innovativ aviasiyanın inkişafına əhəmiyyətli töhfə verməyi qarşımıza məqsəd qoyuruq”, – deyə AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal qeyd edib.

Həmçinin AİB ilə AZAL arasında əməkdaşlığın digər istiqamətləri də nəzərdən keçirilir. Təmiz enerji təşəbbüsləri, emissiyaların kompensasiya olunması üzrə kreditlər, yaşıl istiqrazlar, dairəvi iqtisadiyyat və s. kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri araşdırılır.

AİB ilə bu yeni əməkdaşlıq AZAL-ın ESG strategiyasının və “Sıfır/Sıfıra Yaxın Emissiya Planı”nın (“Net/Near Zero Emissions”) icra olunmasında uzunmüddətli real perspektivlər yaradır. Eyni zamanda aviaşirkət regional əlaqəliliyin gücləndirilməsi, yeni tərəfdaşlıqların inkişafı, ESG üzrə statistik məlumatların təhlili, iqlim risklərinin investisiya layihələrinə inteqrasiyası, beynəlxalq standartların tətbiqinin davam etdirilməsi, həmçinin şəffaflıq və hesabatlılığın artırılması istiqamətində mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.

Previous Post

Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırıldı – VİDEO

Next Post

Tramp ABŞ vətəndaşlığının ləğvini müzakirə edib

Bənzər yazılar

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

29 Oktyabr 2026 - 11:58

Cari ilin sentyabr ayınən rəqəmləri onu göstərir ki, qida məhsulları, alkoqollu içkilər və bütün məhsulların qiymətlərinin artımı 6,9% təşkil edib....

9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

29 Oktyabr 2026 - 11:34

Bu ilin ilk 9 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən...

Bu il ehtiyat fondlar üzrə 518 mln. manata yaxın vəsait istifadə olunub

Bu il ehtiyat fondlar üzrə 518 mln. manata yaxın vəsait istifadə olunub

29 Oktyabr 2026 - 11:25

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 49,2 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 468,4 milyon manat,...

Dövlət büdcəsinin 9 aylıq göstəriciləri açıqlanıb

Dövlət büdcəsinin 9 aylıq göstəriciləri açıqlanıb

29 Oktyabr 2026 - 11:18

2026-cı ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 28 milyard 524,4 milyon manat proqnoza qarşı 29 milyard 311,8 milyon manat...

Next Post
Tramp ABŞ vətəndaşlığının ləğvini müzakirə edib

Tramp ABŞ vətəndaşlığının ləğvini müzakirə edib

“Ayaks”ın baş məşqçisi “Qarabağ”la matçdan danışıb: Sabah uduza da bilərik

"Ayaks"ın baş məşqçisi "Qarabağ"la matçdan danışıb: Sabah uduza da bilərik

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

29 Oktyabr 2026 - 11:58
Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

29 Oktyabr 2026 - 11:46
Polşa Ukraynaya iki “MiQ-29” qırıcısı təhvil verəcək

Polşa Ukraynaya iki “MiQ-29” qırıcısı təhvil verəcək

29 Oktyabr 2026 - 11:40
9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

29 Oktyabr 2026 - 11:34
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

29 Oktyabr 2026 - 11:30
Bu il ehtiyat fondlar üzrə 518 mln. manata yaxın vəsait istifadə olunub

Bu il ehtiyat fondlar üzrə 518 mln. manata yaxın vəsait istifadə olunub

29 Oktyabr 2026 - 11:25
Dövlət büdcəsinin 9 aylıq göstəriciləri açıqlanıb

Dövlət büdcəsinin 9 aylıq göstəriciləri açıqlanıb

29 Oktyabr 2026 - 11:18
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının yekunları müzakirə olunub

Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının yekunları müzakirə olunub

29 Oktyabr 2026 - 11:06
Flavio Bolsonaru ABŞ-a qaçaraq özünü “Braziliya lideri” elan edib

Flavio Bolsonaru ABŞ-a qaçaraq özünü “Braziliya lideri” elan edib

29 Oktyabr 2026 - 10:59
Tovuzun “Turan” klubu CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Tovuzun “Turan” klubu CEV Çempionlar Liqasında cavab oyununa çıxır

29 Oktyabr 2026 - 10:50
Ermənistan Prezidentinin səhhəti pisləşdi

Ermənistan Prezidentinin səhhəti pisləşdi

29 Oktyabr 2026 - 10:43
Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabı üzrə profisiti bu il 8,5 mlrd. dollara çatacaq

Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabı üzrə profisiti bu il 8,5 mlrd. dollara çatacaq

29 Oktyabr 2026 - 10:36
Yeni Ombudsman seçiləcək

Yeni Ombudsman seçiləcək

29 Oktyabr 2026 - 10:29
2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib

2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib

29 Oktyabr 2026 - 10:14
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

29 Oktyabr 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.