Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcək

🗓 30.05.2025 15:33 ✍️ "Elçi" qəzeti
Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcək


Yaxın vaxtlarda azad olunmuş ərazilərdə daha 6 kiçik su elektrik stansiyasının (SES) tikintisinə başlanılacaq.

Elchi.az xəbər verir ki, bunu bu gün Xankəndi şəhərində keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında "Azərenerji" ASC-nin rəhbərinin müşaviri Vüqar Əliyev bildirib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə gücü 276,6 MVt olan 34 KSES istismar olunur, yeni layihələrinin başa çatması ilə onların sayı 38-ə gücü isə 307 MVt-ə çatdırılıb.

Vüqar Əliyev onu da qeyd edib ki, KSES-də faydalı iş əmsalı maksimum 60%, minimum isə 30% təşkil edir.

Bənzər yazılar