"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycanın suveren ərazisi müzakirə mövzusu deyil

28 Oktyabr 2022 - 16:35
in SİYASƏT
FacebookVatsap

Azərbaycanın suveren ərazisi müzakirə mövzusu deyil.
Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında Ermənistanın baş nazirinin müavininin ittihamlarına cavab verərkən deyib.
Baş nazir Azərbaycanın 44 günlük müharibədə Qələbədən sonra Qarabağ münaqişəsinin başa çatdığını elan etdiyini bildirib: “Azərbaycan işğal olunmuş ərazilərini özü azad edib və qonşu dövlətlə sülh sazişi imzalamağa hazırdır. Azərbaycanın irəli sürdüyü beş prinsip Ermənistan tərəfindən əsasən dəstəklənmişdi. Biz bu mövqedən çıxış edərək bu gün gündəlikdəki məsələlər barədə konstruktiv ruhda danışmağa çalışmışıq. Lakin Ermənistanın baş nazirinin müavini tərəfindən burada ölkəm barədə faktların qərəzli və kobud şəkildə təhrif olunması məni çıxış üçün bir daha söz almağa məcbur etdi.
Fəlsəfədə əxlaq deyilən bir anlayış var. Əxlaq həm insani, həm də dövlətlərarası münasibətlərə aiddir. Qonşu dövlətin ərazisini 30 il ərzində işğal altında saxlamış, keçmiş Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonu işğal etmiş, silahlı qüvvələri suveren qonşu dövlətin ərazisində daşı-daş üstündə qoymamış, dağıdıla biləcək nə varsa hamısını – şəhərləri, kəndləri, bütün canlı və cansız varlıqları, ekologiyanı, əxlaqi, mənəvi dəyərləri məhv etmiş ölkə bu gün guya bizim Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın ərazi bütövlüyünü pozan hansısa məqamlardan danışır”.
MDB Hökumət Başçıları Şurası üzvlərinin diqqətinə çatdırılıb ki, bütün bu 30 il ərzində Ermənistanın siyasi isteblişmenti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymadan suverenlik, sərhədlər, işğal anlayışlarını xatırlamayıb.
Əli Əsədov daha sonra qeyd edib ki, bu proses dünən başlamayıb: “Siz hamınız bunu bilirsiniz. Düşünürdük ki, münaqişə başa çatıb və biz dinc əməkdaşlığa hazırıq. Mən öz çıxışımda bununla əlaqədar dedim ki, biz Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin 2020-ci və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatlara tərəfdarıq. Təəssüf ki, Ermənistan rəhbərliyinin mövqeyi bizim üçün anlaşılmazdır. Prinsip etibarilə bu, onların işidir. Baş nazir bir söz deyir, onun müavini isə tamam başqa söz. Bu, Ermənistanın daxili siyasi mövqeyidir, bu, onların işidir. Lakin biz nəyəsə hədəflənməliyik”.
Baş nazir iclas iştirakçılarını Ermənistan silahlı qüvvələrinin bu ilin sentyabr ayında törətdiyi təxribatlar barədə məlumatlandırıb: “Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər və Laçın rayonlarını atəşə tutublar. Bunlar Ermənistanın çıxdığı rayonlardır. Lakin belə bir məsəl var: “Gedirsən, get”. Onlar Azərbaycanın digər əsas hissəsini – Daşkəsən və Zəngilan rayonlarını da atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Nəticədə Azərbaycanın 71 hərbi qulluqçusu həlak oldu. Bizdə olan məlumata və Ermənistan mətbuatının yazdığına görə, erməni tərəfinin itkiləri təqribən 450 hərbi qulluqçudan ibarət olub.
Mən Ermənistan nümayəndəsinin də iştirakı ilə bir neçə dəfə demişəm ki, hər bir dövlət üçün qırmızı xətlər var. Azərbaycan Ermənistanla dinc əməkdaşlığa, sülh sazişi bağlamağa hazırdır. Lakin biz öz torpağımızın bir qarışını da verməyəcəyik”.
Baş nazir Əli Əsədov deyib: “Sərhədlərin delimitasiyası üzrə komissiyanın Ermənistan tərəfindən olan rəhbəri bu gün deyir ki, bu proseslər getmir. Azərbaycan birinci gündən bu prosesdə iştirak edir. Ermənistan bu prosesi bir neçə dəfə pozub. Biz bu prosesi davam etdirməyə hazırıq. Azərbaycanın suveren ərazisi müzakirə mövzusu deyil. Qarabağ Azərbaycandır! Demişik ki, Azərbaycan ərazisində heç bir Dağlıq Qarabağ mövcud deyil. Qarabağ iqtisadi rayonu və Azərbaycanın erməni mənşəli vətəndaşları var. Əgər onlar Azərbaycan vətəndaşlığını tanıyarlarsa, bizim Prezident İlham Əliyevin dediyi kimi, əgər onlar Azərbaycan qanunlarına tabe olsalar, Azərbaycanın başqa millətlərdən olan bütün vətəndaşları kimi, onların da bütün hüquqları təmin ediləcək”.
Baş nazir 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatı xatırladaraq qeyd edib ki, həmin sənədin bir bəndində nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur: “Həmin Bəyanata görə, Azərbaycan öz üzərinə öhdəlik götürüb ki, Laçın yolu fəaliyyət göstərəcək və Azərbaycan onun təhlükəsizliyinə zəmanət verir. Biz bütün öhdəliklərimizi yerinə yetiririk. Laçın yolu bu gün işləyir, dəhliz işləyir. Eyni zamanda, bizim Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına getmək imkanımız yoxdur. Nəinki imkan yoxdur, hətta biz Ermənistan ərazisində bu istiqamətdə hər hansı işlərin aparıldığını görmürük. Ermənistanın baş nazirinin müavini həm də nəqliyyatın bərpası üzrə üçtərəfli qrupun həmsədridir. Orada 40-44 kilometr uzunluğunda kiçik bir sahə var. Ermənistan bir il doqquz ay ərzində istər dəmiryol, istərsə də avtomobil yolu üzrə heç bir real tədbir görməyib”.
Baş nazir Ermənistan tərəfinin Azərbaycanı müharibə cinayətlərində kobud və əsassız şəkildə ittiham etməsinə də cavab verərək bildirib: “Bir daha deməliyəm ki, əxlaq deyilən bir anlayış var. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu videoyazların həqiqiliyini, habelə bu kadrların videoya çəkildiyi yerləri, bu videoyazılarda təsvir edilən hərbi qulluqçuların şəxsiyyətlərini, həmçinin obyektiv həqiqətin müəyyən edilməsi üçün vacib olan bütün başqa detalları tam, hərtərəfli təhqiq edəcək. Təhqiqatın nəticələrinə əsasən qanun çərçivəsində müvafiq tədbirlər görüləcək. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatların gedişində törədilmiş müharibə cinayətlər ilə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən təhqiq edilir”.
İclas iştirakçılarının diqqəti Birinci Qarabağ müharibəsinin gedişində Ermənistanın törətdiyi cinayətlərə də cəlb edilib. Vurğulanıb ki, Birinci Qarabağ müharibəsində erməni hərbi qulluqçular təkcə azərbaycanlı hərbi qulluqçulara deyil, dinc sakinlərə də misli görünməmiş divan tutublar. 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib. Dörd minə yaxın azərbaycanlının taleyi barədə bu günə qədər heç bir məlumat təqdim edilməyib. İşğaldan sonra biz həm hərbi qulluqçuların, həm də dinc əhalinin kütləvi məzarlıqlarını aşkar edirik.
Əli Əsədov bir daha bəyan edib ki, Azərbaycan özünün bütün öhdəliklərini yerinə yetirib, yerinə yetirir və yerinə yetirəcək.
Ermənistanın baş nazirinin müavini M.Qriqoryan deyib ki, Ermənistan heç bir prosesi pozmur. Qeyd edilib ki, Ermənistan erməni tərəfinin təqdim etdiyi bütün faktlara adekvat qiymət almaq istəyir.
İclasın yekunlarına əsasən, bir sıra sənədlər imzalanıb.

Bunu da oxuyun

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

Previous Post

Azərbaycanın suveren ərazisi müzakirə mövzusu deyil

Next Post

Koronaya yoluxanların sayı açıqlandı

Bənzər yazılar

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33

Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən “Piyada əleyhinə...

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27

Bütün azərbaycanlı tələbələri şənbə günü keçiriləcək “Avropada Təhsil” sərgisini ziyarət etməyə dəvət edirəm. Elchi.az xəbər verir ki, bunu Belçika Krallığının...

Next Post
Kardioloq: Koronavirus ürək damarlarına təsir edərək iltihabi proses yaradır

Koronaya yoluxanların sayı açıqlandı

Putin Paşinyan və Əliyevlə təkbətək danışacaq

Putin Paşinyan və Əliyevlə təkbətək danışacaq

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.