Azərbaycanda şirkətlər və sahibkarlar tələbə təqaüdü təsis edə biləcək.
Bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ali təhsil müəssisəsində əyani təhsilalma formasında təhsil alan tələbələrə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi təqaüdün verilməsi qaydalarına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər təyin ediləcək və ödəniləcək. Təqaüd tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə verilən pul vəsaitidir.
Aşağıdakı təqaüd növləri təsis edilir:
– tələbələr üçün təhsil təqaüdü;
– adlı təqaüd;
– fərdi təqaüd;
– hüquqi və ya fiziki şəxslər tərəfindən təyin olunmuş təqaüdlər.
Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə...