"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda işədüzəltmə şirkətləri nəzarətə götürüləcək

23 Noyabr 2017 - 12:43
in CƏMİYYƏT
FacebookVatsap
Azərbaycanda işədüzəltmə şirkətləri nəzarətə götürüləcək
Azərbaycanda fəaliyyət göstərən işədüzəltmə şirkətləri dövlət qurumlarının nəzarətinə götürüləcək.

Elchi.az xəbər verir ki, bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Azərbaycanda bu kəndi su basdı – Video

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

Nazirlikdən qeyd edilib ki, məqsəd ölkədəki real iş yerləri və işə düzələn vətəndaşlar barədə dəqiq məlumat almaqdır. Bu tədbirlər Azərbaycanda qeyri-formal məşğulluğun aradan qaldırılması ilə bağlı Tədbirlər Planı çərçivəsində aparılır.

Hazırda Azərbaycanda pulla işədüzəltmə xidməti təklif edən kifayət qədər özəl işədüzəltmə (rekrutinq) şirkətləri var. Bu şirkətlərin artması ölkədə əmək bazarının inkişafından xəbər verir. Bu da əmək bazarında gərginliyin aradan qaldırılmasına, əhalinin işlə təmin edilməsinə, boş iş yerləri (vakansiyalar) haqqında əlavə məlumat əldə edilməsi imkanını artırır.

Bununla yanaşı, nazirlik bildirir ki, özəl işədüzəltmə şirkətləri öz fəaliyyətləri barədə nazirliyə məlumat verməli olacaqlar. Hazırda işədüzəltmə şirkətləri faktiki olaraq heç bir quruma hesabat vermir. Onlar yalnız  sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq vergi xidmətində qeydiyyata alınır və vergi ödəyicisi kimi Vergilər Nazirliyinə hesabat verirlər. Bu da indiki qanunvericiliyə uyğundur. Amma ƏƏSMN əmək bazarına daha yaxşı nəzarət etmək üçün həmin şirkətlərdən də hesabat istəyəcək.

Nazirlikdə hesab edirlər ki, işədüzəltmə şirkətləri həm iş yerləri, həm də iş axtaran vətəndaşlar haqqında məlumat verməlidirlər. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilərək işədüzəltmə şirkətləri qarşısında belə tələb qoyulacaq: “İşçi qüvvələrinin düzgün yerləşdirilməsi baxımından həmin şirkətlərin fəaliyyətinin tənzimlənməsinə və bu sahədə normativ-hüququ bazanın dəyişdirilməsinə ehtiyac var.

Nazirlikdə bildirilir ki, burada məqsədlərdən biri real olaraq axtaran vətəndaşların müəyyən edilməsidir: “Ola bilər ki, həmin şəxs bizdə işsiz kimi qeydiyyatdan keçib müavinət alır, amma reallıqda o, artıq iş tapıb və işləyir. Yeni yanaşma bu halların qarşısını almalıdır”.

Yeni tətbiq olunacaq qaydalara görə, işədüzəltmə şirkətlərinin hamısı Vergilər Nazirliyi ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də hesabat verməli olacaqlar: “İndiyədək onlar adi hüquqi şəxs kimi işləyirlər. Ona görə də nazirlik nə işə düzələnlər, nə də iş yerləri haqqında məlumat ala bilirdilər. Bundan sonra isə məlumat verəcəklər”.

Amma Vergilər Nazirliyinə verilən hesabat sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu halda, ƏƏSMN-ə verilən hesabatda iş yerləri, iş axtaran vətəndaşlar, eləcə də, artıq iş tapmış vətəndaşlar barədə məlumat olacaq. Nəticədə vahid vakansiya bazası yaranacaq və bu baza məşğulluq sisteminə inteqrasiya ediləcək.

Yeniliklər təkcə işədüzəltmə şirkətlərinə deyil, bütün şirkətlərə aid olacaq. Nazirlik, ümumiyyətlə, ölkədəki bütün özəl şirkətlərdən iş yerləri barədə məlumatı tələb etmək niyyətindədir. Qeyd edək ki, belə tələb indi də mövcuddur və qanuna görə, bütün şirkətlər və dövlət qurumları buradakı boş iş yerləri – vakansiyalar haqqında məlumatları məşğulluq xidmətinə verməlidirlər. Hətta bunu etməməyə görə cərimə də nəzərdə tutulub. Amma  müşahidə göstərir ki, şirkətlər bu tələbə o qədər də əhəmiyyət vermirlər, ona görə də məşğulluq xidməti vakansiyaların əksəriyyətindən xəbərsiz olurdu.

İndi isə vəziyyət dəyişəcək. Əvvəla, bu cərimələrin məbləğinin bir neçə dəfə, bəzi təkliflərə görə 10-12 dəfər artırılması nəzərdə tutulur. İkincisi, bu prosesə nəzarət də daha ciddi və sistemli olacaq. Belə ki, Vergilər Nazirliyində qeydiyyatdan keçən şirkətlərdən tələb olunacaq ki, onlar buradakı vakansiyalar barədə məşğulluq xidmətinə dərhal məlumat versinlər. “Əgər şirkət yaradılırsa, deməli, burada işləyənlər də olacaq, tələbimiz də odur ki, bütün iş yerləri haqqında bizə məlumat versinlər”. Amma bu tələb şirkətlərə mane olmayacaq ki, özlərinə işədüzəltmə şirkətləri vasitəsilə də iş axtarsınlar. Başqa sözlə, şirkət öz iş yerləri haqqında məşğulluq xidmətinə məlumat verməklə yanaşı, işçiləri işədüzəltmə şirkətləri vasitəsilə də axtara biləcəklər.

Previous Post

Azərbaycanda işədüzəltmə şirkətləri nəzarətə götürüləcək

Next Post

“Qarabağ”-“Çelsi” oyununda azarkeşlər REKORDA İMZA ATDILAR

Bənzər yazılar

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Oktyabr 2026 - 12:43

Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 6-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28

Son günlər şimal-qərb zonasında yağan yağışlar Şəkinin Qudula kəndində fəsadlar yaradıb. Elchi.az Report-a istinadla xəbər verir ki, güclü yağış səbəbindən kəndin...

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

05 Oktyabr 2026 - 11:38

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Pulsuz hüquqi yardım haqqında” haqqında qanun layihəsi müzakirəyə...

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

05 Oktyabr 2026 - 11:25

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub. Elchi.az-ıın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti...

Next Post

"Qarabağ"-"Çelsi" oyununda azarkeşlər REKORDA İMZA ATDILAR

"Qarabağ"-"Çelsi" oyununda azarkeşlər REKORDA İMZA ATDILAR

Son xəbərlər

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Oktyabr 2026 - 12:43
Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28
“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20
Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

05 Oktyabr 2026 - 12:15
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04
Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

05 Oktyabr 2026 - 11:51
Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

05 Oktyabr 2026 - 11:38
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

05 Oktyabr 2026 - 11:25
İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

05 Oktyabr 2026 - 11:17
Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

05 Oktyabr 2026 - 11:09
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 - 11:08
Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

05 Oktyabr 2026 - 10:44
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.