"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda atası tərəfindən qumarda uduzulan qız … – FOTOLAR

19 Oktyabr 2014 - 15:32
in CƏMİYYƏT, HADİSƏ
FacebookVatsap

Bunu da oxuyun

FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

“…Gecə atam bir kişi ilə evə gəldi. Atamdan qonağın kim olduğunu soruşdum. Əvəzində kişi cavab img1658548verdi ki, atan səni qumara qoyub, mən də udmuşam. Həmin kişi ilə dalaşdım, buna görə də atam məni möhkəm döydü. Evdən qaçdım, həmin gün qorxumdan yaxınlıqdakı binanın damında gecələdim…”
Bu qandonduran əhvalatı virtualaz.org-un müxbiri ilə söhbətində 19 yaşlı Gülnarə Məmmədova (adlar şərtidir-red.) danışıb…
Ağdaşda əyyaş atası tərəfindən evdən qovulan bacılar haqqında məlumat verilmişdi. Qızların ikisi “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına, ailənin 16 yaşlı kiçik qızı isə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.
Bu məsələ mətbuatda işıqlandırılandan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bacıları himayəsinə götürüb.
Bacılarının bütün problemlərinin ağırlığını ailənin ikinci qızı, 19 yaşlı Gülnarə çiyninə götürüb. Onunla söhbətimiz “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisində baş tutdu.
Gülnarə müsahibəsində atalarının ağlasığmaz əməllərindən, doğma qızlarına qarşı amansız münasibətindən danışdı…
Qeyd edək ki, 4 qızın küçələrdə gecələməsinə səbəb olan ata illərdir  müəllim işləyir, başqalarının uşaqlarına əxlaq öyrədir, təhsil verir…
Gülnarə söhbətə belə başladı:
– Anam xərçəng xəstəsi idi. Onun-bunun həyətində işləyib, qonşulara ot biçib əməliyyatı üçün pul toplamışdı. Amma atam həmin pulu oğurlayıb qumarda uduzdu. Anam müalicə olunmadı deyə 2008-ci ildə dünyasını dəyişdi. Onda mənim 13, balaca bacımın isə 10 yaşı vardı.
– Bəs sizə kim sahib çıxdı?
– Əmim, xalam, dayım var. Doğrudur, əmimin üzünü görməmişəm, amma deyirlər ki, polisdə işləyir, yaxşı ailəsi var. Xalam da, dayım da atama görə bizə baxmadı. 4 bacı atamın yanında qaldıq. Atam bizi hər gün söyürdü, döyürdü. Atamın birinci ailəsi alınmayb, anam onun ikinci arvadı idi. Anam Məshəti türküdür, atam ona çox əziyyətlər verib.
– Bəs anan xəstə olanda niyə dayından, xalandan kömək istəmədiniz?
– Atam Rusiyaya gedib qayıdana kimi yaxşı yaşamışdıq. Anam deyirdi ki, Rusiyadan gələndən sonra içki içməyə, qumar oynamağa başlayıb. Mən məktəbə getməmişəm, anama baxmışam. Amma bacılarım məktəbə gedirdilər. Bir gün evdə yox idim. Qayıdanda gördüm atam anamı o qədər döyüb ki, ağzından qan axır. Atama “sən qeyrətsiz kişisən” dedim və o gündən bacılarımı oxudacağıma, anama baxacağıma söz verdim. Nə dayım, nə də xalam bizə kömək etmədilər. Anam öləndən sonra atam bizi döyüb evdən qovmuşdu. Biz dayımgilə getdik, qapının ağzından dayanıb zəng vurduq ki, qapını açıb evlərində qalmağımıza imkan versin. Dayım biz eşidə-eşidə telefonda evdə olmadıqlarını dedi. Səhərə kimi küçədə qaldıq. Sonra bacılarımı da götürüb Ağdaş Rayon İcra Hakimiyyətinə apardım. Orada uşaq evində qalmaq istədiyimizi dedik. Bizi Gəncədəki uşaq evinə yerləşdirdilər.
– Uşaq evində sizə necə baxırdılar?
– Biz o qədər çətinlik çəkmişdik ki… Atam heç bir bayramları keçirməyə qoymurdu. Anam öləndən sonra bizi döyüb gecə evdən qovurdu. 4 qız uşağının rayonda küçələrdə qalması bilirsiniz nədir? Atam daim içki içirdi deyə bir çoxları da bizi pozğun, yiyəsiz sayırdılar. Cavan oğlanlar gecələr qapını qırıb bizə görə evimizə girmək istəyirdilər. Axı gecə küçədə qalan qızlara kim yaxşı baxar? Amma mən və bacılarım hamıya sübut edəcəyik ki, o cür kişinin də qeyrətli qızları ola bilər.
– Atan uşaq evinə sizi görməyə gəlirdimi?
– Atam uşaq evinə yalnız sərxoş olanda gəlirdi. Uşaqların yanında bizi söyüb təhqir eləyirdi, döyürdü. Uşaq evində də yaşamağa imkan vermirdi. Bayramlarda hamının yaxını, doğması gəlirdi, biz dörd bacı isə bir yerə yığışıb qapıdan kiminsə girəcəyini həsrətlə gözləyirdik. Elə uşaq evində qərar verdik ki, ağlamayacağıq, xalama da, dayıma da, bizi tanıyan rayon camaatına da sübut edəcəyik ki, biz pozulmadıq.
– İndi iki bacı bu sığınacaqda qalırsınız. Kiçik bacın isə Azərbaycan Uşaqlar Birliyinin sığınacağındadır. Bəs böyük bacın haradadır?
– Böyük bacımın 20 yaşı var. Mənim 19, özümdən sonrakı bacımın 17, kiçiyinin isə 16 yaşı var. Biz Gəncə uşaq evində olanda tələbələr internata gəlirdi, yardım gətirirdilər. Bacım isə universitetə hazırlaşırdı. Uşaq evinə yardım gətirən tələbələrdən biri bacıma elçi düşdü. Onlar bacımı uşaq evinin müdirəsi Nazilə İsmayılovadan istədilər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Yelmar müəllim (Yelmar Vəliyevi nəzərdə tutur-red.) bacıma toy etdi, cehiz verdi. İndi Mingəçevirdə yaşayır, iki oğlu var. Onun həyatı yaxşıdır, həyat yoldaşı ailəcanlıdır. Biz internatdan çıxandan sonra yanına aparmaq istədi. Amma iki otaqda yeznəmin ana-atası ilə birgə 6 nəfər yaşayırlar. Biz onlara yük olmaq istəmədik. Atam bacımın ailəsini dağıtmaq istəyirdi. Gəncə uşaq evinə gəlib dava salırdı ki, ünvanı verin, gedib qızımı öldürəcəm.
Eyni vəziyyət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də baş verdi. Məni komitəyə çağırmışdılar, dedilər ki, Ağdaşda sizə ev kirayələyəcəyik, orada işlə təmin olunacaqsınız. Atam da orada idi. Atam məni komitə işçilərinə əxlaqsız kimi təqdim etdi. Dedi ki, bunu da,  bacılarını da övladlıqdan çıxarmışam, mənim bu adda qızlarım yoxdur. Mən orada atamı alçaltmaq istəmədim. Amma demədi ki, özü müəllim ola-ola bizi oxutdurmadı. Mən 12 yaşından ot biçirdim, yumurta satırdım, başqalarının evini təmizləyib pul qazanırdım.
– Atan müəllim işləyir?
– Hə, Ağdaşda orta məktəbdə idman müəllimidir. Amma atam ailəsini içkiyə, qumara dəyişdi. Atam, atama görə xalam, dayım bizi əzəndə, qapıdan qovanda bir məqsədim vardı: hərbçi olub generala qədər yüksələcəm və onda ətrafımızdakı insanlara sübut edəcəm ki, məcbur qalıb küçələrdə gecələyən çarəsiz qızların haqqında çox söz demək olar, amma belə deyil, bizə sahib çıxmadınız, heç olmasa susun.
– Qayıdaq komitənin təklifinə. Ağdaşa nə vaxt gedəcəksiniz?
– Mən gəlib bacılarımla məsləhətləşdim. Biz daha Ağdaşa qayıtmaq istəmirik, daha o kinayəli baxışları, təhqirləri eşitmək istəmirik. Öz qızını qumara qoyan atanın qızlarına başqaları necə baxarlar? Gecələr küçədə qalan qızlara kömək etməzlər, amma onlar haqqında danışarlar. Ağdaşa qayıtsaq, atam bizi sakit buraxmayacaq, yenə döyəcək, söyəcək. Biz yenidən o günlərə qayıtmaq istəmirik. Biz oradan hər şeyə, bizə xor baxanlara nifrət edib çıxmışıq. Qayıdanda yalnız öz ailəmizlə qayıdacağıq. Komitə indi söz verib ki, bizə bir həftəyə cavab verəcək. Biz onlardan narazı deyilik, mən başımıza gələnlərdən danışmadım. Demədim ki, oğlanlar az qalıb qapını qırıb evimizə girmək istəyirdilər ki, Vaqifin qızları gəlib, Vaqif qızlarını satıb. Atam bizi qumara qoymuşdu deyə oğlanlar da fikirləşirdi ki, atam qızlarını satıb. İndi biz o şəhərə necə qayıdaq? Mən uşaqlıqdan özümlə bıçaq gəzdirirdim ki, bacılarımı qoruyum. Hələ yaxşı ki, 4 il Gəncə uşaq evində yaşamışıq.
– Uşaq evindən çıxandan sonra Bakıya gəldiniz?
– Yox, mən Gəncədə iş tapdım, ev kirayələdim. Bacımın uşaq evindən çıxmasını gözləyirdim. Kirayə qaldığım evi satdılar, bundan sonra ev kirayələməyə imkanım olmadı. Bacılarım da uşaq evindən çıxmışdılar, qalmağa yerimiz yox idi. Gecə yağış yağırdı. Bacılarımı kirayədə yaşadığım məhəllədə qonşunun evinə apardım. Dedim ki, otursunlar, sabah səhər gəlib aparacam. Özüm isə bir klub vardı, ora gedib qapıda gözlədim. Hamı evinə çıxıb gedəndən sonra içəri girib səhərə kimi gözlədim. Sonra bacılarımı da götürüb polisə getdik, vəziyyəti danışdım, kömək istədim. Dedilər ki, Gəncə qeydiyyatında olmadığınızdan sizə kömək edə bilməyəcəyik. Ancaq sağ olsunlar, Bakıya gəlmək üçün yolpulu verdilər. Bakıya gəlib balaca bacımı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin yanında qoydum. Kəmalə xanım Gəncəyə uşaq evinə gəlmişdi, oradan tanıyırdım. Özüm isə burada Mehriban xanımın yanında qalıram. Amma bu sığınacaqlar müvəqqətidir, bir gün gec, bir gün tez çıxmalıyam. Hamı elə fikirləşir ki, uşaq evlərindən çıxan qızlar əxlaqsız olurlar. İndi özünüz deyin – ev yox, iş yox, yemək, geyim tapa bilmirsən. Hara gedirsənsə, qapılar üzünə bağlanır, amma sən də yaşamaq istəyirsən. Axı kənardan baxan üçün danışmaq asandır. Bu qızlara yalnız bir yol qalır. Mən və bacılarım oxumaq istəyirik. Mən orta məktəbi oxumamışam, anama, bacılarıma baxmışam. Ancaq bir arzum var, mənə kömək eləsinlər, hərbçi olmaq istəyirəm, lap elə əsgər aparsınlar. Bacılarım  da universitetdə oxumaq istəyir. Əgər imkanlı adamlar istəsələr, bacılarımın universitetə hazırlaşmaları üçün kitab alsınlar. Onlar polis olmaq istəyirlər, istəyirik ki, bizim kimi qızlara kömək edək. Bir də ona görə yaşayıram ki, atama, xalama, dayıma sübut edim ki, biz atamızın deyil, anamızın qızıyıq. Anam ağır xəstə olsa da dözürdü, o sağ ikən bacılarım əlaçı idi, ən yaxşı məktəbdə oxuyurdular. Biz anamız kimi əzablara dözsək də kiminsə qarşısında sınmayacağıq. İşləyərək həyatımızı qazanacağıq.
***
Qeyd etdiyimiz kimi, iki bacı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yerləşdirilib. Onlar bu sığınacaqda psixoloji yardım da alırlar. Qızların dediklərinə görə, ilk dəfə burada özlərini evlərindəki kimi hiss edirlər.
Təşkilatın sədri Mehriban Zeynalova virtualaz.org saytına dedi ki, qızlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir: “Komitənin işçiləri onlarla hər gün maraqlanır, qızlara kirayə ev tutmağa, iş tapmağa çalışırlar. İndi də təklif olunur ki, Gəncədə ev tutsunlar, işlə təmin edilsinlər. Amma qızlar nə Gəncəyə, nə də Ağdaşa getmək istəmir. Deyirlər ki, hər iki şəhərlə bağlı pis xatirələri var. Bacılardan biri hərbi sahədə işləmək istəyir, onun arzusunun reallaşmasına çalışırıq. Onun yeganə istəyi hərbçi olmaqdır. Ona bu işdə kömək göstərilməsini istəyirik”.
“Ağdaşda əyyaş atası tərəfindən atılan bacıların kiçiyi təşkilatımızın sığınacağında yerləşdirilib. Qızların taleyi ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyətinin nəzdindəki yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə saxlamışam. Amma onlar bu bacıların problemlərini həll etmək istəmirlər” – bunu isə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, komissiyanın əməkdaşı qızların Ağdaşa qayıtmalarını istəyib:“Komissiyanın əməkdaşı dedi ki, qızlar geri qayıdıb rayondakı evlərində yaşasınlar. Amma ata daim sərxoş olur, evdə yaşamaq üçün şərait yoxdur. Ağdaş RİH komissiyasının əməkdaşları isə qızlara deyil, onları küçəyə salan ataya haqq qazandırdı. Məsələ burasındadır ki, ata əvvəllər rayonda nüfuz sahibi olub, buna görə də ona bir söz demirlər. Qızların sözlərinə görə, ata onları incidərkən polis şöbəsinə gediblər, şikayət ediblər. Sonradan isə qızlar Gəncə uşaq evində yaşayıblar. Balaca bacı bizim təşkilatın sığınacaq evində yaşadığı müddətdə psixoloji dəstək alacaq, təhsilini davam etdirəcək”.
Ağdaş Rayon İcra Hakimiyyətindən bu məsələ ilə bağlı sorğuya cavab vermək istəmədilər.
Ağdaş Rayon Polis Şöbəsindən isə onlarda bu haqda heç bir məlumatın olmadığını dedilər. Şöbədən bildirdilər ki, həmin qızlar polisə ataları tərəfindən döyülmələri, küçəyə atılmaları barədə heç bir müraciət ünvanlamayıb.
Polis şöbəsindən həmin qızları xatırlamadıqlarını da əlavə etdilər: “Bizə ataları tərəfindən döyülən bacılar tərəfindən rəsmi müraciət edilməyib. Söhbətin hansı bacılardan getdiyini də bilmirik”.
Səslənən bu ittihamlarla bağlı qızların atası Vaqif müəllimlə (soyadını dəqiqləşdirə bilmədik-red.) də əlaqə saxlamağa, onun da mövqeyini öyrənməyə çalışdıq. Amma bu cəhdlərimiz uğursuz alındı.
Previous Post

Azərbaycanda atası tərəfindən qumarda uduzulan qız … – FOTOLAR

Next Post

İraq İrandan İŞİD-ə qarşı mübarizədə yardım umur

Bənzər yazılar

FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib

FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib

18 İyul 2026 - 17:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil...

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

18 İyul 2026 - 16:54

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib. FHN-dən...

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

18 İyul 2026 - 16:00

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Özbəkistanda...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18 İyul 2026 - 14:00

İyulun 19-20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Elchi.az...

Next Post

İraq İrandan İŞİD-ə qarşı mübarizədə yardım umur

İraq İrandan İŞİD-ə qarşı mübarizədə yardım umur

Son xəbərlər

Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salınıb

Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salınıb

18 İyul 2026 - 19:05
İranlı hərbi mənbə: ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır

İranlı hərbi mənbə: ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır

18 İyul 2026 - 18:51
Mamdani: Netanyahu Nyu-Yorka səfər edərsə, həbs olunmalıdır

Mamdani: Netanyahu Nyu-Yorka səfər edərsə, həbs olunmalıdır

18 İyul 2026 - 18:35
Türkiyədə meşə yanğınları başlayıb

Türkiyədə meşə yanğınları başlayıb

18 İyul 2026 - 17:56
“Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşib

“Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşib

18 İyul 2026 - 17:38
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır

Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır

18 İyul 2026 - 17:20
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib

FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib

18 İyul 2026 - 17:09
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

18 İyul 2026 - 16:54
İran ABŞ-la İslamabad memorandumu çərçivəsində öhdəliklərinin icrasını dayandırıb

İran ABŞ-la İslamabad memorandumu çərçivəsində öhdəliklərinin icrasını dayandırıb

18 İyul 2026 - 16:37
Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib

18 İyul 2026 - 16:29
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

18 İyul 2026 - 16:00
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var

İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var

18 İyul 2026 - 15:48
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli

DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli

18 İyul 2026 - 15:31
FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir

FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir

18 İyul 2026 - 15:12
Son həftədə Moskva istiqamətində 1892 dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub

Son həftədə Moskva istiqamətində 1892 dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub

18 İyul 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.