"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Azərbaycana diş qıcırtmaqla İran ABŞ və Fransaya xoş gəlmək istəyirsə, yanılır”

28 Avqust 2022 - 19:25
in MANŞET
FacebookVatsap

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni oxuculara təqdim edir:

Qüdrət bəy, Azərbaycanın bütün səylərinə baxmayaraq İran bizə münasibətdə yaxın qonşuluq və dostluq siyasəti yürütmək istəmir. Necə düşünürsünüz doğrudanmı İranın bizə yönəlik bu siyasəti onun strateji maraqlarına cavab verir?

-Bilirsiniz, belə bir el misalı var, “xain xoflu olar”. Nə etsək xeyri yoxdur. İranın strateji maraqları tələb edir ki, Azərbaycan və türk dövlətləri ilə dost olsun. Həm də ona görə ki, özü də 50 % türk dövlətidir. Bunu anlamaq üçün İranın fars-molla rejimi kəfən-çalmalarını çıxarıb qoymalıdırlar qabaqlarına ki, başları bir az soyusun və soyuq başla bölgədə və dünyada baş verənləri təhlil etsinlər. Azərbaycana diş qıcırtmaqla İran ABŞ və Fransaya xoş gəlmək istəyirsə yanılır. Görünür ABŞ və Fransanın Qarabağda etnik seperatizmi dəstəkləməsi onları ümidləndirir. Amma anlamırlar ki, Azərbaycana qarşı aparılan aqressiv siyasət, əvvəllər dediyim kimi, İranı ən azı beş yerə parçalaya bilər. Ola bilsin İranın dağılmasını istəyənlər müxtəlif kanallarla onu buna təhrik edirlər. Azərbaycan MDB-nin və Türk Dövlətlər Şurasının üzvüdür, Biz Türkiyə, Rusiya və Qazaxıstanla müttəfiqlik münasibətlərinə dair saziş imzalamışıq. Pakistan ən yaxın dostumuz-qardaşımızdır. İsrail, bir çox ərəb dövlətləri strateji tərəfdaşımızdır. Avropa Birliyinin bir neçə ölkəsi və ABŞ-la bəzi məsələlərə dair fikir ayrılığı olsa da müxtəlif istiqamətlərdə ciddi əməkdaşlığımız var. Ən başlıcası İran vətəndaşlarının, bu isə o deməkdir ki, İran ordusunun yarısı bizim soydaşlardır. İranda nə düşünürlər, bütün bu qüvvələr İran mollalarının avantürüst siyasətinə göz yumacaqlarmı? Yoxsa, İran Ermənistanda ABŞ-ın minlərlə mütəxəssisinin çalışdığı dünyadakı ən böyük səfirliklərdən birinin yerləşdiyini bildiyindən onunla birlikdə özünü çox güclü hesab edir? Bir daha söyləyirəm İranın bütövlüyü və inkişafı Kafanda konsulluq açmaqdan yox, Azərbaycan və Türkiyə ilə dostluqdan keçir. Onlar nəhayət ki, bunu başa düşməlidirlər.

Azərbaycan İranın təxribatlarına qarşı hansı addımları ata bilər?

-İlk növbədə İranla açıq söhbət edilməlidir ki, onlar ürəkbulandıran, münasibətlərə kölgə salan təxribatlara son qoysun. İran vətəndaşları üçün viza rejimini təcili aradan qaldırılmalıyıq. Azərbaycan Respublikası bütün azərbaycanlıların vətənidir. Cənublu soydaşlarımızın, o cümlədən digər İran vətəndaşlarının ölkəmizə rahat gediş-gəlişi təmin olunmalıdır. İranda ana dilində təhsil almaq imkanı olmadığından hər il ən azı 1000 (min) Cənublu soydaşımızın Azərbaycanda pulsuz təhsil alması təmin edilməlidir. İranla mədəni və humanitar sahədə əlaqələr genişləndirilməlidir. Toylarımıza Cənubdan müğənnilər dəvət etməliyik, onların bütün şəhər və qəsəbələrimizdə konsertləri təşkil olunmalıdır. İrandakı nüfuzlu azərbaycanlı siyasətçilərin, ictimai-siyasi fəalların, ekspertlərin Azərbaycana səfərləri təşkil olunmalı, iqtisadi-siyasi əlaqələr gücləndirilməlidir. Azərbaycan diplomatiyası dünyada Cənubdakı soydaşlarımızın milli haqlarını daha açıq səslə müdafiə etməlidir. Daha geniş imkanlara malik qardaş Türkiyənin bu işdə yaxından iştirakı təmin edilməlidir. İran tərəfdən təxribatçı addımlar davam edərsə İsraillə əməkdaşlığımız daha yüksək səviyyəyə qaldırılmalı, təcili İsraildə səfirliyimizi açmalı, İsrailin Lənkəran, Naxçıvan və Cəbrayılda konsulluq xidmətlərinin açılmasına çalışmalıyıq.
Bundan başqa idarəetmənin təkmilləşdirilməsi, dünya azərbaycanlıları ilə əməkdaşlığı gücləndirmək məqsədilə Diaspora Komitəsi XİN-in nəzdində bir şöbəyə və ya idarəyə çevrilməlidir ki, XİN səfirliklərimiz vasitəsilə bütün potensialını ilə bu işə cəlb edə bilsin.

Bunu da oxuyun

Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Lavrov ABŞ-ı təriflədi

– Cənublu soydaşlarımızın Azərbaycanda təhsil almalarından danışdınız, amma bu gün belə bir informasiya yayıldı ki, Təhsil Naziri məktəb direktorları ilə görüşdə deyib ki, “məktəblər təhsil vermir və biz bunu bilirik . Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər”. Bu məsələyə də münasibət bildirmənizi xahiş edirik.

-Təhsil sistemində də digər sahələrdə olduğu kimi problemlər var və biz bu istiqamətdə haqlı tənqidlərin şahidi oluruq.Amma nazirə sistemli hücumların da təşkil olunduğunu görürük. Bilmirəm nazir hansı formada fikirlərini ifadə edib, amma əminəm ki, əsas məqsəd məktəblərdə təhsilin keyfiyyətinin və direktorların məsuliyyətinin artırılması olub. Amma tənqidlə indikindən fərqli və daha yaxşı nəticələrə nail olmağın mümkünlüyünə inanmıram.
Repetitorluğun qarşısının alınmasının əsas yolu orta məktəbin buraxılış imtahanlarının nəticəsi əsasında ali məktəblərə qəbulun keçirilməsidir. Bu məsələni dəfələrlə Milli Məclisdə qaldırmışam. Ən böyük anormallıq isə odur ki, hər iki imtahanı eyni dövlət orqanı həyata keçirir və hər iki imtahanda məqsəd şagirdlərin biliyinin qiymətləndirilməsidir. Hökumət bir imtahana getmir. Çünki həm DİM-i saxlamaq üçün imtahandan pul yığır, həm də görünür bilirlər ki, müəllimlərin maaşı azdır və istəyirlər ki, Konstitusiya ilə orta təhsil pulsuz olsa da valideyinlər müəllimlərə orta təhsil üçün əlavə pul ödəsin. Kiçik istisnalarla ali məktəblərə qəbul olunanların hamısı repetitor yanına gedir. Bu da orta təhsilin ölkəmizdə pulsuz olmamasının əyani sübutudur.

Bundan başqa repetitorluq haqqında qanun da qəbul olunmalıdır. Repetitorluqla məşğil olmaq üçün müəllimlər vergi ödəyicisi kimi qeydiyyatdan keçməli, bir müəllimin eyni vaxtda maksimum iki şagirdlə məşğul olması qaydası müəyyən olunmalı, şagirdlər məktəbdən yayına bilməsinlər deyə öz dərs cədvəlləri barədə repetitora məktəbdən arayış təqdim etməlidirlər. Məktəb binalarında repetitorluq qadağan olunmalıdır. Düşünürəm müəllimlərin maaşını artırmaqla və qeyd etdiyim tədbirləri görməklə bu istiqamətdə fundamental dəyişikliklərə nail olmaq olar. Təki istək olsun.Amma bir çox şəxslərin bundan faydalandığını nəzərə alsaq bu tipli islahatlara gediləcəyini çətin hesab edirəm

Previous Post

“Azərbaycana diş qıcırtmaqla İran ABŞ və Fransaya xoş gəlmək istəyirsə, yanılır”

Next Post

Hərbçilərimiz Ermənistanın qatılacağı təlimdə…

Bənzər yazılar

Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19

Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az  xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika...

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

17 Sentyabr 2026 - 17:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş keçirəcəklər. Elchi.az "Dünya"...

Lavrov ABŞ-ı təriflədi

Lavrov ABŞ-ı təriflədi

17 Sentyabr 2026 - 16:00

ABŞ nümayəndələri Rusiyaya qınaq bəyanatları səsləndirmək üçün deyil, ciddi müzakirələr aparmaq məqsədilə gəlirlər. Elchi.az xəbər verir ki, bunu Rusiya xarici...

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

17 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ nümayəndələri Birləşmiş Ştatlarda dizel yanacağının qiymətinin artmasına səbəb olan Ukrayna münaqişəsinə son qoymaq...

Next Post
Hərbçilərimiz Ermənistanın qatılacağı təlimdə…

Hərbçilərimiz Ermənistanın qatılacağı təlimdə...

Hərbçilərimiz Ermənistanın qatılacağı təlimdə…

Hərbçilərimiz Ermənistanın qatılacağı təlimdə...

Son xəbərlər

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54
Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54
ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52
Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

17 Sentyabr 2026 - 22:46
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

17 Sentyabr 2026 - 22:44
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24
Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21
Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19
Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

17 Sentyabr 2026 - 21:17
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

17 Sentyabr 2026 - 19:26
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 19:17
Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

17 Sentyabr 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.