"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Azərbaycan və Türkiyə ən yaxşı vasitəçi ola bilər”-Qüdrət Həsənquliyev

02 Mart 2026 - 10:12
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

İran-ABŞ gərginliyi artır: Qalibafdan Trampa “teatr” reaksiyası

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, ABŞ və İsrailin İranın strateji obyektlərinə hava zərbələri endirməsinə münasibətinizi bilmək istərdik…

– Baş verənləri xalqımızın hər bir nümayəndəsi kimi, mən də böyük narahatlıqla izləyirəm. ƏHD partiyası problemlərin danışıqlar yolu ilə həllinin, inkişafın isə təkamül yolu ilə baş verməsinin tərəfdarıdır. Təəssüf ki, İran ABŞ və İsraillə arasında təhlükəsizlik məsələlərinə dair yaranmış fikir ayrılıqlarını danışıqlar yolu ilə çözə bilmədi. Dinc insanların, xüsusilə uşaqların müharibədə həyatını itirməsi, dağıntılar, məhrumiyyətlər, insan iztirabları çox üzücüdür. Ləyaqətli həyat üçün imkanlar yaradılmasını, təbii sərvətlərin ədalətli bölgüsünü tələb edən etirazçıları gülləbaran etmək, özündən güclünü məhv etməklə hədələmək İrandakı teokratik rejim üçün ağır nəticələrə səbəb oldu. Ruzi və hakimiyyət Allahın lütfüdür. Əzazil davranışı ilə Allahın qəzəbinə gələnləri heç kim xilas edə bilməz. Müharibədən öncə müsahibələrimdə həmişə deyirdim ki, ölkəni özündən çox-çox güclü olanlarla müharibəyə cəlb etmək, öz xalqını məhrumiyyətlər içərisində yaşatmaq nə qəhrəmanlıqdır, nə də yaxşı gələcək vəd edən müdrik davranış. Müharibənin ilk günü göstərdi ki, ərəb ölkələrində proksi qüvvələr saxlayan İranın hava hücumundan müdafiə sistemi demək olar ki, yoxdur. Yaxın günlərdə İranın gələcək taleyi bəlli olacaq. Allaha dua edək ki, hər şey sonda soydaşlarımız və İranda yaşayan bütün digər xalqlar üçün uğurlu olsun. İrana tətbiq olunmuş sanksiyalar aradan qaldırılsın, ölkəyə xarici investisiya, müasir texnologiya gəlsin, ölkə inkişaf etsin. Qonşularımızda sabitlik olanda, onlar rifah içərisində yaşayanda bu, Azərbaycan vətəndaşlarının da həyatına öz müsbət təsirini göstərir. Rusiya-Ukrayna savaşından öncə Rusiyada işləyən soydaşlarımız öz ailələrinə ildə 4 milyard dollara qədər vəsait göndərirdi. İran inkişaf etsə soydaşlarımız orda da özlərinə iş tapıb ailələrinə kömək edə bilərlər.

– Müharibəyə Azırbaycan dövlətinin yanaşmasını necə qarşıladınız?

– Azərbaycanın yanaşması BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanır. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməlidir. Ali dini liderin ölümü ilə əlaqədar Prezidentin və Ceyhun Bayramovun öz tərəf müqabillərinə başsağlığı verməsi də yaxın qonşuluq münasibətlərindən doğan diplomatik etiket qaydadır. Ölkəmizin müharibədə həm hücum edən ölkələrlə, həm də müdafiə olunan tərəflə yaxın münasibətləri var. Azərbaycanın hər zaman “bizim hansısa ölkə ilə əməkdaşlığımız digər ölkəyə qarşı yönəlməyib”,- fikrini vurğulaması və səmimi olaraq bu prinsipə sadiq qalması, ölkəmizdə heç bir başqa ölkənin hərbi bazasının olmaması Prezidentə imkan verdi ki, ölkəmizi münaqişədən kənarda tuta bilsin. Bu düzgün siyasətin nəticəsidir və qiymətləndirilməlidir.

– Azərbaycan istəməsə belə bu münaqişəyə cəlb oluna bilərmi?

– Bu o halda ola bilər ki, biz hücuma məruz qalaq, yaxud Cənubi Azərbaycandakı soydaşlarımız etnik təmizləmə və ya soyqırımı ilə üzləşsin. Ümid edirəm, bunların heç biri baş verməz.

– Müharibə qlobal münaqişəyə və regionda böyük xaosa yol aça bilərmi?

– Bu təhlükə var, amma baş vermə ehtimalı azdır. Çünki nə region dövlətləri, nə də böyük dövlətlər bunda maraqlı deyil. Rusiyanın başı Ukraynada qarşıb və hazırda müharibədən qalib kimi necə çıxmağın yollarını arayır. Çin isə tezliklə sabitliyin bərpa olunmasında maraqlıdır ki, regionun təbii sərvətlərindən istifadə edə bilsin.

– İranda hava zərbələrinin nəticəsi olaraq rejim dəyişikliyi mümkündürmü?

– Hazırda bu ehtimal olduqca azdır. Quru qoşunları yeridilmədən rejim dəyişikliyinə nail olmaq demək olar ki, mümkünsüz görünür. Düşünmürəm ki, ABŞ hazırda İrana quru qoşunları göndərsin. Sadəcə, hava zərbələri davam etdikcə İranın olan – qalan iqtisadiyyatı dağılacaq, ölkə ciddi blokadaya alınacaq. Bu işdə ona İran tərəfindən bombalanan ərəb dövlətləri də, ABŞ-nin NATO üzrə müttəfiqləri də kömək edəcək. Bu halda ABŞ İranın legitim prezidenti ilə bəzi məsələlər barədə anlaşa bilər. İnanıram ki, Pezeşkian məhz buna görə öldürülməyib, çünki o seçildiyi gündən ABŞ ilə anlaşmağın tərəfdarı idi. Təqribən Venesueladakı kimi bir anlaşma ola bilər. Belə bir anlaşma olmasa, sanksiyalar və blokada aradan qaldırılmasa İran neftini satmaqda böyük çətinliklə üzləşəcək. Bu isə sonda sosial vəziyyəti son dərəcə ağırlaşdırıb dözülməz edəcək, ölkə daxilində inqilaba səbəb olacaq. Əlbəttə, çox istərdik ki, daha çox qan tökülməmiş və daha böyük dağıntılar olmamış, İran təhlükəsizliyinə ABŞ-dən təminat alsın və onunla anlaşıb islahatlara başlasın. Bu işdə Azərbaycan və Türkiyə ən yaxşı vasitəçi ola bilər.

– İranda demokratiyanı mümkün sayırsınızmı?

– İranda tam azad seçkilər olmasa da, müəyyən bir seçki ənənəsi formalaşıb. Bu fakt gələcək üçün ümidlər yaradır. Möhkəm və gözəl bir bina tikmək üçün yaxşı memar və mühəndislə yanaşı keyfiyyətli tikinti materialları da lazımdır. Demokratiyada da belədir. Demokratik dəyərlərə sadiq liderlərlə yanaşı, siyasi baxımdan yetkin və demokratiyanı qorumağa hazır olan vətəndaşlar olmalıdır. Bunun üçün İrana zaman lazım olacaq.

Previous Post

Cənubi Kiprdəki Britaniya bazasında partlayış

Next Post

İsrailin Livana hücumu: 31 ölü, 149 yaralı

Bənzər yazılar

İran-ABŞ gərginliyi artır: Qalibafdan Trampa “teatr” reaksiyası

İran-ABŞ gərginliyi artır: Qalibafdan Trampa “teatr” reaksiyası

07 Avqust 2026 - 11:16

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ prezidenti Donald Trampın İranla danışıqlarla bağlı açıqlamalarını sərt şəkildə tənqid edərək onları "teatr...

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

06 Avqust 2026 - 15:00

Sahibkar və amerikalı milyarder İlon Maskın atası Errol Mask Rusiya vətəndaşlarının mehribanlığına və qonaqpərvərliyinə heyran olduğunu bildirib. Elchi.az xəbər verir...

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

06 Avqust 2026 - 10:54

İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ və İran arasında danışıqlar davam edərkən, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün...

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

06 Avqust 2026 - 10:25

Sürətlə inkişaf edən El Nino hava fenomeninin gələn ilin sonuna qədər təxminən 50 milyon insanı kəskin aclığa sürükləyə biləcəyi açıqlanıb....

Next Post
İsrailin Livana hücumu: 31 ölü, 149 yaralı

İsrailin Livana hücumu: 31 ölü, 149 yaralı

Laricani: ABŞ ilə danışıqlar aparmayacağıq

Laricani: ABŞ ilə danışıqlar aparmayacağıq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

FAA Boeing 737 MAX təyyarələrinin yoxlanılmasını tələb etdi

FAA Boeing 737 MAX təyyarələrinin yoxlanılmasını tələb etdi

07 Avqust 2026 - 12:11
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı

Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı

07 Avqust 2026 - 12:01
Fil Dişi Sahilində 4661 məhkum əfv edildi

Fil Dişi Sahilində 4661 məhkum əfv edildi

07 Avqust 2026 - 11:46
“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi

“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi

07 Avqust 2026 - 11:32
Bakıda obyektdə partlayış oldu

Bakının mərkəzində obyektdə yanğın başlayıb

07 Avqust 2026 - 11:25
İran-ABŞ gərginliyi artır: Qalibafdan Trampa “teatr” reaksiyası

İran-ABŞ gərginliyi artır: Qalibafdan Trampa “teatr” reaksiyası

07 Avqust 2026 - 11:16
Sabunçuda 70 min manatlıq naqil oğurlanıb- VİDEO

Sabunçuda 70 min manatlıq naqil oğurlanıb- VİDEO

07 Avqust 2026 - 11:07
Taylandda məktəbdə atışma: 6 ölü, 15 yaralı

Taylandda məktəbdə atışma: 6 ölü, 15 yaralı

07 Avqust 2026 - 10:53
Süni intellekt yeni virusların yaradılmasında istifadə olundu

Süni intellekt yeni virusların yaradılmasında istifadə olundu

07 Avqust 2026 - 10:45
Qalibaf ABŞ-a: “Bizə daha çox teatr lazım deyil”

Qalibaf ABŞ-a: “Bizə daha çox teatr lazım deyil”

07 Avqust 2026 - 10:35
Ebola epidemiyası böyüyür: Virus mutasiyaya uğramış ola bilər

Ebola epidemiyası böyüyür: Virus mutasiyaya uğramış ola bilər

07 Avqust 2026 - 10:29
Danimarkada AI ilə köçürməyə qarşı şifahi müdafiə tələbi

Danimarkada AI ilə köçürməyə qarşı şifahi müdafiə tələbi

07 Avqust 2026 - 10:16
İsrail Diaspor Naziri Çikli: Makron bizi arxadan bıçaqladı

İsrail Diaspor Naziri Çikli: Makron bizi arxadan bıçaqladı

07 Avqust 2026 - 10:08
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

İndiyə qədər 7 mindən çox şəxs kolleclərə qəbul üzrə ixtisas seçimində iştirak edib

07 Avqust 2026 - 09:57
Azərbaycandan Ermənistana 5 vaqon taxıl yola düşdü

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 8 vaqon buğda, 10 vaqon daş kömür göndəriləcək

07 Avqust 2026 - 09:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.