"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan və Özbəkistan FHN arasında birgə fəaliyyət planı imzalanıb – VİDEO

03 Dekabr 2025 - 19:10
in SİYASƏT
FacebookVatsap

Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirlikləri arasında birgə fəaliyyət planı imzalanıb.

Bunu da oxuyun

İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Botir Kudratxocayevlə görüşüb.

Qonağı salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında dərin tarixi köklərə malik münasibətlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında mövcud qarşılıqlı etimada söykənən müdrik və uzaqgörən siyasət sayəsində strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyini xatırladıb.

Bu çərçivədə, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin sürətlə genişləndiyini vurğulayan nazir keçirilən görüşün qurumlar arasında əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Bu baxımdan, imzalanacaq birgə fəaliyyət planının qarşılıqı təcrübə mübadiləsinin dərinləşdirilməsi və əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradacağı bildirilib.

Özbəkistan Respublikasının fövqəladə hallar naziri Botir Kudratxocayev səmimi görüşə və qonaqpərvərliyə, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransının Bakıda yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

Nazir B.Kudratxocayev strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Özbəkistan münasibətləri çərçivəsində iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ölkənin fövqəladə hallar nazirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin faydasından danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı” imzalanıb. Planı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Özbəkistan Respublikasının fövqəladə hallar naziri Botir Kudratxocayev imzalayıblar.

Daha sonra qonaq FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin fəaliyyəti ilə yerində tanış olub.

Qeyd edək ki, səfər çərçivəsində Özbəkistan naziri FHN-in bir sıra digər qurumlarına səfər edəcək, onların fəaliyyətləri ilə yerində tanış olacaq.

Previous Post

Baş nazirdən hərbi ekspertiza ilə bağlı mühüm qərar

Next Post

Putin və Modi Hindistanda rəsmi danışıqlar aparacaq

Bənzər yazılar

İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

21 İyul 2026 - 23:34

İran fransız diplomatların saxlanılmasına münasibət bildirib. Elchi.az  xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro...

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

21 İyul 2026 - 20:46

ABŞ yaxın vaxtlarda İranın nüvə sentrifuqalarının yerləşdiyi ehtimal edilən Natanz ərazisinə zərbə endirəcək. Elchi.az "Al Jazeera" telekanalına istinadən xəbər verir...

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

21 İyul 2026 - 18:37

“Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər...

Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb

21 İyul 2026 - 17:13

İyulun 21-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və...

Next Post
Putin və Modi Hindistanda rəsmi danışıqlar aparacaq

Putin və Modi Hindistanda rəsmi danışıqlar aparacaq

Prezident 2025–2030-cu illər üçün narkotiklərə qarşı mübarizə proqramını təsdiqlədi

Prezidentdən qərar: Yeni qanun layihəsi hazırlanır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Venesuela zəlzələlərində ölənlərin sayı artıb

Venesuela zəlzələlərində ölənlərin sayı artıb

22 İyul 2026 - 11:31
Zaxarova Sandunu Moldovanın kimliyini məhv etməkdə günahlandırır

Zaxarova Sandunu Moldovanın kimliyini məhv etməkdə günahlandırır

22 İyul 2026 - 11:24
WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyir

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyir

22 İyul 2026 - 11:13
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib

Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib

22 İyul 2026 - 10:59
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

22 İyul 2026 - 10:50
Ukrayna Baş Qərargah rəisi dəyişdirildi

Ukrayna Baş Qərargah rəisi dəyişdirildi

22 İyul 2026 - 10:43
ABŞ: İranla müharibənin dəyəri 37,5 milyard dollara çatıb

ABŞ: İranla müharibənin dəyəri 37,5 milyard dollara çatıb

22 İyul 2026 - 10:32
Tramp İranla müharibədə 18 ABŞ əsgərinin öldürüldüyünü açıqladı

Tramp İranla müharibədə 18 ABŞ əsgərinin öldürüldüyünü açıqladı

22 İyul 2026 - 10:25
Fransa 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edir

Fransa 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edir

22 İyul 2026 - 10:16
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb – VİDEO

FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb – VİDEO

22 İyul 2026 - 10:08
Neftin bu günə olan qiyməti

Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb

22 İyul 2026 - 09:54
“Başakşəhər” Konfrans Liqasında ilk oyununa çıxır

“Başakşəhər” Konfrans Liqasında ilk oyununa çıxır

22 İyul 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşır

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

22 İyul 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

22 İyul 2026 - 09:26
“Brent” nefti 60 dollara qədər ucuzlaşa bilər

Dünya bazarlarında neftin qiyməti 92 dolları ötüb

22 İyul 2026 - 09:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.