Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi dekabrın 5-də rəsmi danışıqlar aparacaq.
Elchi.az “RİA Novosti”ə istinadən xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.
“Vladimir Vladimiroviç Putin dekabrın 5-də baş nazir Modi ilə təkbətək görüş keçirəcək. Danışıqlar daha sonra geniş tərkibdə davam edəcək”, – Uşakov bildirib.
Putinin Hindistana səfəri dekabrın 4-5-nə nəzərdə tutulub. Bu səfər zamanı Rusiya liderinin ölkə prezidenti Droupadi Murmu ilə görüşü gözlənilir. Kreml tərəflər arasında bir sıra idarələrarası və kommersiya sənədlərinin imzalandığını açıqlayıb. Kreml qeyd edib ki, qarşıdan gələn səfər əhəmiyyətlidir, çünki bu, tərəflərə Rusiya-Hindistan münasibətlərinin bütün geniş gündəliyini, xüsusi, imtiyazlı strateji tərəfdaşlığı müzakirə etmək imkanı verəcək.
Məryəm





















