"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

16 İyun 2026 - 09:53
in İQTİSADİYYAT
FacebookVatsap

Bakıda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə Monqolustanın Yol və Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Siyasətinin Əlaqələndirilməsi Departamenti arasında beynəlxalq avtomobil daşımaları sahəsində tarixdə ilk ikitərəfli görüş keçirilib.

Bunu da oxuyun

Kənd təsərrüfatı nazirinin müavini: 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Nazir müavini: Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

Elchi.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) və milli daşıyıcıların nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı Azərbaycan və Monqolustan arasında beynəlxalq avtomobil yük daşımalarının mövcud vəziyyəti, tranzit potensialı, əməkdaşlığın genişləndirilməsi və daşıyıcıların qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda beynəlxalq yük daşımalarının inkişafına təkan verəcək mühüm razılaşmalar əldə olunub. Qərara əsasən, 2026-cı il üçün əlavə olaraq ikitərəfli daşımalar üzrə 2 000, tranzit daşımalar üzrə 250, üçüncü ölkəyə/ölkədən daşımalar üzrə isə 400 icazə blankının mübadiləsi həyata keçiriləcək.

Bununla yanaşı, 2027-ci il üzrə ilkin icazə kvotası ikitərəfli daşımalar üçün 2 000, tranzit daşımalar üçün 250, üçüncü ölkəyə/ölkədən daşımalar üçün 450 ədəd müəyyən edilib. Beləliklə, iki ölkə arasında beynəlxalq yük daşımaları üçün qarşılıqlı mübadilə olunan icazə blanklarının sayı əvvəlki dövrlə müqayisədə 10 dəfə artırılıb.

Tərəflər, həmçinin cari və növbəti illər ərzində daşıyıcıların icazə blanklarına olan tələbatının tam təmin ediləcəyini bildiriblər.

Görüş çərçivəsində icazə blanklarının mübadiləsi və istifadəsinin elektronlaşdırılması istiqamətində də mühüm razılıq əldə olunub. Bu məqsədlə birgə texniki işçi qrupunun yaradılması və iyulun 1-dən layihə üzrə işlərə başlanılması planlaşdırılır.

Elektron sistemin tətbiqi icazələrin əldə olunması və istifadəsi prosesini sadələşdirəcək, əməliyyat xərclərini və vaxt itkilərini azaldacaq, daşımaların daha şəffaf və operativ həyata keçirilməsinə imkan yaradacaq.

Beynəlxalq yük daşımaları zamanı yaranan məsələlərin operativ həlli üçün aidiyyəti qurumlar arasında birbaşa və çevik əlaqələndirmə mexanizminin tətbiqi barədə də razılığa gəlinib.

Keçirilən görüş Azərbaycanla Monqolustan arasında avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsinə, beynəlxalq yük daşımalarının həcminin artırılmasına və daşıyıcılar üçün daha əlverişli fəaliyyət mühitinin formalaşdırılmasına xidmət edəcək.

Previous Post

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

Next Post

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

Bənzər yazılar

Kənd təsərrüfatı nazirinin müavini: 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Kənd təsərrüfatı nazirinin müavini: 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

16 İyun 2026 - 11:37

"Dövlət Proqramında müasir suvarmanın tətbiqinin genişləndirilməsi, sudan faydalı istifadə səviyyəsinin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib". Elchi.az...

Nazir müavini: Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

Nazir müavini: Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

16 İyun 2026 - 10:14

Son 5 il ərzində ölkədə gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Elchi.az xəbər verir ki, bunu...

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

16 İyun 2026 - 09:46

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

16 İyun 2026 - 09:17

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, iyunun 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil...

Next Post
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır

Nazir müavini: Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

Nazir müavini: Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət edib

16 İyun 2026 - 12:29
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

16 İyun 2026 - 12:20
Məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir

Məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir

16 İyun 2026 - 12:11
Bakıda keçiriləcək UFC turnirinə dünyanın 67 ölkəsindən azarkeş gələcək

Bakıda keçiriləcək UFC turnirinə dünyanın 67 ölkəsindən azarkeş gələcək

16 İyun 2026 - 12:03
Kamran Əliyev Qarsda görüşlər keçirib

Kamran Əliyev Qarsda görüşlər keçirib

16 İyun 2026 - 11:50
Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 51 mina, 497 PHS aşkarlanıb

16 İyun 2026 - 11:44
Kənd təsərrüfatı nazirinin müavini: 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Kənd təsərrüfatı nazirinin müavini: 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

16 İyun 2026 - 11:37
Habbldan 1000 dəfə daha sürətli: NASA kosmosun sirlərini açmaq üçün teleskop buraxır

Habbldan 1000 dəfə daha sürətli: NASA kosmosun sirlərini açmaq üçün teleskop buraxır

16 İyun 2026 - 11:30
Süni intellektlə təxribat törədənlər həbs ediləcək

Milli Məclisə “Kraudfandinq haqqında” qanun layihəsi daxil olub

16 İyun 2026 - 11:21
Çempionlar Liqası: “Sabah”ın rəqibi bəlli olur

Çempionlar Liqası: “Sabah”ın rəqibi bəlli olur

16 İyun 2026 - 11:16
İran: Xark adasına müharibə zamanı 548 dəfə hücum edilib

İran: Xark adasına müharibə zamanı 548 dəfə hücum edilib

16 İyun 2026 - 11:09
Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşir

Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşir

16 İyun 2026 - 10:58
Roma Papası Azərbaycana səfərə dəvət edilib

Roma Papası Azərbaycana səfərə dəvət edilib

16 İyun 2026 - 10:50
UNICEF: Dünyadaki uşaqların yarısı ən azı üç iqlim təhdidi ilə üzləşir

UNICEF: Dünyadaki uşaqların yarısı ən azı üç iqlim təhdidi ilə üzləşir

16 İyun 2026 - 10:47
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

16 İyun 2026 - 10:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.