"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın 11-ci iclası keçirildi

05 Sentyabr 2025 - 17:26
in XƏBƏR LENTİ
FacebookVatsap

Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib.
Maliyyə Nazirliyindən Elchi.az-a verilən məlumata görə, komissiyanın həmsədrləri – maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iclasdan əvvəl təkbətək və geniş tərkibdə keçirilən görüşlərində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə edilib və ticarət, iqtisadiyyat, investisiya, enerji və digər sahələri əhatə edən Birgə Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən S. Babayev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsipləri əsasında müxtəlif sahələrdə ardıcıl şəkildə genişləndiyini bildirib. 2024-cü ildə Macarıstanın Baş naziri Viktor Orbanın Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında və Bakıda keçirilmiş COP29-da iştirakının, eyni zamanda Prezident İlham Əliyevin cari ilin may ayında Macarıstana etdiyi sonuncu səfərin ölkələrimiz arasındakı dostluğun və strateji tərəfdaşlığın aydın göstəricisi olduğu qeyd olunub.
Nazir çıxışında ticarət, investisiya, enerji, nəqliyyat, turizm, işğaldan azad edilmiş ərazilərin bərpası, humanitar sahələrdə əməkdaşlığın uğurlu nəticələrindən bəhs edib, həmçinin Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və “Yaşıl Enerji Dəhlizi” kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb: “Azərbaycan üçün bu dəhlizlər Şərqlə Qərb arasında mühüm əlaqələndirmə mərkəzi olmaq strategiyası ilə üst-üstə düşür, Macarıstan üçün isə logistika, ticarət, enerji tranziti və sənaye sahələrində əməkdaşlıq baxımından yeni imkanlar açır.”
Sahil Babayev bildirib ki, Azərbaycan–Macarıstan Hökumətlərarası Birgə Komissiyası iqtisadi münasibətlərin möhkəmləndirilməsində həlledici rol oynayır və Budapeştdə keçirilən və gündəliyi olduqca geniş olan XI iclasın nəticələri iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldar olacaq.
Azərbaycan və Macarıstan arasında 61 sənədin imzalanması, geniş hüquqi bazanın formalaşdırılması, ticarət dövriyyəsinin 2024-cü ildə 29 faiz artaraq 62 milyon ABŞ dollarını ötməsi, enerji və bərpa olunan enerji sahəsində mühüm layihələrin həyata keçirilməsi, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan şirkətlərinin fəal iştirakı və humanitar əlaqələrin genişlənməsi Birgə Komissiyanın iclasında mühüm nailiyyətlər kimi qiymətləndirilib.
P.Siyarto çıxışında Azərbaycanla Macarıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb. Azərbaycanla enerji sahəsində əməkdaşlığın neft və qaz resursları olmayan Macarıstanın beynəlxalq enerji bazarında mövqeyində də dəyişikliyə gətirib çıxardığını qeyd edib. Belə ki, Macarıstan hazırda yalnız qaz alıcısı deyil, həm də artıq başqa ölkələrə qaz satışını həyata keçirir.
İclas başa çatdıqdan sonra S. Babayev və P. Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, həmçinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı”, “Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD. və PANNONPHARMA arasında Anlaşma Memorandumu” hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.
• Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya 18 fevral 2008-ci il tarixində Budapeşt şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in 4-cü maddəsinə uyğun olaraq yaradılıb və Birgə Komissiyanın bundan əvvəl 10 iclası keçirilib

Bunu da oxuyun

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Hava şəraiti ulduz müşahidələrinə mane olub

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

 

Previous Post

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar – Siyarto

Next Post

Krımda güclü meşə yanğını baş verib

Bənzər yazılar

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

27 Oktyabr 2026 - 15:01

Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və...

Hava şəraiti ulduz müşahidələrinə mane olub

Hava şəraiti ulduz müşahidələrinə mane olub

27 Oktyabr 2026 - 14:52

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycanın elmi və turistik baxımdan diqqət çəkən məkanlarından biridir. Göy cisimlərini müşahidə etmək, astronomiya...

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

27 Oktyabr 2026 - 14:43

Niderland Azərbaycanda və Ermənistanda itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün maliyyə yardımı ayıracaq. Elchi.az xəbər verir ki, bunu Niderlandın xarici...

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

27 Oktyabr 2026 - 13:51

Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hədləri müəyyənləşib. Elchi.az xəbər verir ki, bu, Prezident İlham...

Next Post
Krımda güclü meşə yanğını baş verib

Krımda güclü meşə yanğını baş verib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

Son xəbərlər

Sabah 7 kənddə qaz olmayacaq

Sabah 7 kənddə qaz olmayacaq

27 Oktyabr 2026 - 15:08
Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

27 Oktyabr 2026 - 15:01
“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

27 Oktyabr 2026 - 15:00
Hava şəraiti ulduz müşahidələrinə mane olub

Hava şəraiti ulduz müşahidələrinə mane olub

27 Oktyabr 2026 - 14:52
Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

27 Oktyabr 2026 - 14:43
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

27 Oktyabr 2026 - 14:30
Azərbaycanda yeni su anbarı tikilir

Azərbaycanda yeni su anbarı tikilir

27 Oktyabr 2026 - 14:14
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

27 Oktyabr 2026 - 14:07
Kallasdan Ukraynada çətin qış olacağı barədə XƏBƏRDARLIQ

Kallasdan Ukraynada çətin qış olacağı barədə XƏBƏRDARLIQ

27 Oktyabr 2026 - 14:00
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

27 Oktyabr 2026 - 13:51
ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi

ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi

27 Oktyabr 2026 - 13:42
Niderland Azərbaycana maliyyə yardımı göstərəcək

Niderland Azərbaycana maliyyə yardımı göstərəcək

27 Oktyabr 2026 - 13:30
Penitensiar xidmətə yeni rəis təyin edilib – SƏRƏNCAM

Penitensiar xidmətə yeni rəis təyin edilib – SƏRƏNCAM

27 Oktyabr 2026 - 13:16
Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

27 Oktyabr 2026 - 13:03
Avropa “Starlink” məsələsi ilə bağlı Ukraynaya kömək etməyə çalışır

Avropa “Starlink” məsələsi ilə bağlı Ukraynaya kömək etməyə çalışır

27 Oktyabr 2026 - 13:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.