"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Azərbaycan-Türkmənistan münasibətlərinin yeni zirvəsi

24 İyun 2026 - 14:26
in MANŞET
FacebookVatsap

Azərbaycan və Türkmənistan arasında münasibətlər möhkəm tarixi təmələ, ortaq kökə və mədəniyyətə, yaxın qonşuluq prinsiplərinə əsaslanır. Əsrlərin sınağından çıxmış qardaşlıq münasibətləri son illərdə yeni mərhələyə daxil olub, siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə sıx münasibətlər qurulub.

Bunu da oxuyun

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

“Avropa diri-diri yeyilir” – Tramp

Prezident İlham Əliyevin Türkmənistana səfərləri, eləcə də, Türkmənistandan ölkəmizə ali səviyyəli səfərlər, imzalanmış sənədlər əməkdaşlığın yeni istiqamətlərdə inkişafına güclü siyasi-hüquqi və iqtisadi zəmin yaradıb, qarşılıqlı etimadı ən yüksək səviyyəyə çatdırıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22–23-də Azərbaycana dövlət səfəri isə əməkdaşlığın müasir gündəliyinə uyğun nəzərdə tutulan prioritetləri həyata keçirmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Dövlət başçıları arasında keçirilən geniş tərkibli görüşdə və mətbuata bəyanatlarda səsləndirilən fikirlərdən də aydın olur ki, tərəflər qarşılıqlı fəaliyyəti daha da irəliyə aparmaqda qətidirlər.

Hər iki ölkə regional və qlobal məsələlərdə ümumi maraqlara söykənən mövqeyə sadiqdir, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, habelə Azərbaycan + Mərkəzi Asiya formatı çərçivəsində həmrəylik nümayiş etdirirlər. Sərdar Berdiməhəmmədovun vurğuladığı kimi, Azərbaycan Türkmənistanın neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq təşəbbüslərə göstərdiyi dəstəyi həmişə yüksək qiymətləndirib, eyni zamanda, Türkmənistan da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini tam dəstəkləyir.

Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlər sırasında ön planda yer alan nəqliyyat və enerji təhlükəsizliyinin dayanıqlılığı və inteqrasiya prosesləri Azərbaycan və Türkmənistan üçün daha strateji əhəmiyyət daşıyır. Rəsmi Aşqabad və Bakı regionun geoiqtisadi mənzərəsini dəyişən mühüm nəqliyyat-enerji-kommunikasiya layihələrində fəal yer almaqla regional və qlobal inkişafa dərin töhfələr verirlər.

Nəqliyyat-tranzit sahəsində hər iki ölkənin əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün yeni tələbləri meydana çıxarır. Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyəti bu istiqamətdə mühüm platforma kimi çıxış edir. Eləcə də, Orta Dəhlizin və logistika infrastrukturlarının, limanların əlaqəli fəaliyyətinin genişləndirilməsi, kommunikasiyaların vahid zəncirdə birləşdirilməsi birgə koordinasiyanı daha da aktuallaşır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətdən asılı olacaq. Bu konteksdən yanaşdıqda, qeyd edilən strateji layihələr, həmçinin Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi, Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması, eləcə də, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsi Bakı və Aşqabadın geostrateji nüfuzunu daha da möhkəmləndirib, çoxtərəfli formatda qarşılıqlı fəaliyyətinə əlavə güc qatıb.

Azərbaycan-Türkmənistan münasibətləri həm də Xəzərin statusu müəyyənləşdikdən sonra yeni mərhələyə qədəm qoyub. Xəzər dənizi ilə bağlı əməkdaşlıq təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyəti təmin etməklə bərabər, enerji həmrəyliyini də genişləndirir.

Bir neçə il əvvəl Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” Xəzərdə birgə əməkdaşlıq üçün uzunmüddətli perspektivlər vəd edir. Yeri gəlmişkən, səfər çərçivəsində Azərbaycanın qardaş Türkmənistana “Dostlug” adlı neftdaşıyan tanker hədiyyə etməsi bu sahədə əməkdaşlığın uğurlu rəmzlərindən biri sayıla bilər.

Tərəflər iqtisadi-ticari əməkdaşlığı münasibətlərin əsas istiqamətlərindən biri kimi dəyərləndirərək mövcud potensialın daha səmərəli reallaşdırılması üçün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin gücləndirilməsini vacib hesab edirlər. Kimya, tekstil sənayesi və digər sahələrdə işbirliyinin inkişaf etdirilməsi üçün geniş imkanların səfərbər olunması nəzərdə tutulur. Gələn ay Türkmənistanda keçiriləcək Komissiya həmin layihələrin reallaşdırılması mərhələsinə keçidi təmin edəcək.

Türkmənistanın işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində Azərbaycanın yanında yer alması, xalqımıza hədiyyə olaraq Füzulidə məscid inşa etməsi bu sarsılmaz qardaşlığın qürurverici nümunəsidir. Prezident İlham Əliyevin xatırlatdığı kimi, bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dost münasibətinin daha bir göstəricisidir.

Ümumilikdə, Türkmənistan Prezidentinin Azərbaycana səfəri, aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində yeni mərhələ olmaqla, müəyyənləşdirilmiş hədəflərə çatmaqda mühüm rol oynayacaq.

Ramid Namazov
Milli Məclisini deputatı

Previous Post

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı – FOTOLAR

Next Post

Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub

Bənzər yazılar

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

02 Oktyabr 2026 - 11:13

Rusiya Prezidenti Vladimir Putin Qərbi münaqişəni gərginləşdirməməyə çağıraraq bəyan edib ki, Rusiyanın Baltikyanı bölgəsi olan Kalininqrad hücuma məruz qalacağı təqdirdə,...

Next Post
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub

Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub

Sabah Aşuradır

Sabah Aşuradır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.