"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Azərbaycan polisi: Hərbi anda və mənəvi dəyərlərə sədaqətin nümunəsi – Səyyad Ağbabalı yazır

22 Aprel 2020 - 11:35
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Müasir dünyada gedən qlobal dəyişikliklər, çaxnaşmalar, yeni müharibə ocaqlarının yaranması, indiki zamanda həm də koronavirus pandemiyasının bəşəriyyəti hədələməsi Azərbaycan dövlətini də yeni çağırışlara daha çevik cavab vermək siyasəti yürütməyə, taktiki gedişləri,bəlkə də,günbəgün dəyişməyə sövq edir. Bu mənada ”Prezident İlham Əliyevin zamanda gördüyü tədbirlər və verdiyi qərarlar ölkə əhalisini rahatlaşdırdı”- deməyə tam əsas verir. Azərbaycan pandemiya dalğasından ən az itki ilə çıxa biləcək ölkələr sırasında boy göstərir. Koronavirus bəlasına qarşı mübarizədə Prezidentin rəhbərliyi ilə bütün dövlət qurumlarının tam məsuliyyətlə fəaliyyət göstərməsi ilə yanaşı Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiqlik nümayiş etdirməsi də müstəsna rol oynayır. Bütün zamanlarda, ayrı-ayrı neqativ hallar nəzərə alınmasa, Azərbaycan polisi daim anda sədaqət nümayiş etdirib. Ulu Öndər deyirdi: ”İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır. Bu güc ilə, qüvvə ilə biz Azərbaycanı gündən-günə inkişaf etdirəcəyik. ”Prezident İlham Əliyev isə polisin əməyini belə qiymətləndirir:” Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bugün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm.”

Bunu da oxuyun

“Avropa diri-diri yeyilir” – Tramp

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

Asayişin təmin edilməsində yeni meyarlar var. Bunlar hesabatlılıq, şəffaflıq və vətandaş məmnunluğudur. Görünən odur ki, ölkə vətandaşları polisin fəaliyyətindən indi həmişəkindən daha çox məmnundur. Xüsusi karantin rejminin icrasına nəzarət DİN-in üzərinə qoyulduğundan o, indi əvvələr icra etmədiyi vəzifələridə həyata keçirir. Müşahidələr və təhlillər göstərir ki, polis yeni vəzifələrin icrasına çox qısa vaxta uyğunlaşa bilib. Bu isə illərlə məqsədyönlü şəkildə aparılan dərininə islahatların, institusional islahatların nəticəsində mümkün olub. Əgər elə olmasaydı” Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə ölkəmiz 150 dövlət arasında 50 sırada qərarlaşa bilməzdi.

Azərbaycan polisi dövlətini, dövlətçiliyini qoruyur. Bu müqəddəs varlıqlar uğrunda yeri gələndə şəhidlik zirvəsinə yüksəlmək şücaətindədir. O, yeri gələndə, ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhramanlar qədər qüdrətlidir. 2015-ci ildə paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın zamanı 4 nəfəri xilas edən baş serjant Orxan Əzimin qucağında körpə uşaq olan fotosu dünya KİV-lərində ”Qəhrəman Polis” altyazısı ilə dərc olundu. Qanlı 20 Yanvar faciəsində ilk şəhid polis əməkdaşı Telman Bağırov olub.Azərbaycan polisi birinci Qarabağ müharibəsində sıralarından 1695 nəfər şəhid verib, 1710 nəfər yaralanıb, 66 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə,ictimai təhlükəsizliyin təmin edilməsində DİO-nun 99 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2650 nəfər xəsarət alıb. Bu statistik rəqəmlərin arxasında yanan və sönən ürəklər, vəzifə borcunu yerinə yetirərkən hər bir təhlükəyə hazır olan Azərbaycan polisinin şəxsiyyəti durur.

Bu günlərdə biz Azərbaycan polisinin daha bir üstün cəhətini görürük-humanistliyini, canıyananlığını, əcdadlarının qoyduqu ənənələrə sədaqətliliyini. İndi Azərbaycan polisi hər yerdədir. Vətəndaş onların fəaliyyətini daha çox izləmək və təhlil etmək imkanına malikdir. Evinizin balkonundan baxanda əlində bağlama olan gənc polis əməkdaşının yaşlı nənə və babanın qapısının zəngini çalan görəndə necə də qürurlanmayasan! Küçədə gəzməyə meyil göstərən dəcəl uşaqları evlərinə dönməyin vacibliyinə inanandıran sahə müvəkkilinə necə ürəkdən “Sağ ol!”-deməyəsən? Gərgin iş günündən sonra evə dönən gənc polis zabitinin ailə üzvlərinin narahat baxışlarına cavab olaraq “Narahatlığa heç bir əsas yoxdur, qoruyucu vasitələrlə tam təmin olunmuşuq” kimi rahatlayıcı cavab verməsini sərinləşdirici içki kimi necə qəbul etməyəsən? Yatmayıb gecədən xeyli keçənə qədər yolunu gözləyən övladlarını incitmədən qucağına tullanmaqdan ustalıqla çəkindirən atanın hisslərini necə duymayasan? Hər gün xidmətə yola düşəndə arxasınca onu uğurlayan anasının nigaran baxışlarını özünün ürək döyüntülərində hiss edib tələsik addımlarla maşına əyləşdiyini necə görməyəsən? Bəzi hallarda həkimlərin təkidinə baxmayaraq xəstəxanaya getməkdən imtina edən koronavirus daşıyıcısının otağına polis əməkdaşlarının daxil olmasını gözlərinizin önünə gətirin. Hansı hissləri keçirərdiniz? Bəli, bu bizim polisdir, Azərbaycan polisidir. Siz ABŞ-da, Hindistanda, Avropanın bi çox ölkələrində, lap elə qulağımızın dibində -Şimali Osetiyada polisin karantin rejmini pozanlara qarşı nə qədər “humanist” davrandığını seyr etmisinizmi? Polis dəyənəklərinin havada uçduğunu necə? Özünü demokratik dəyərlər istehsalçısı kimi sırmağa çalışan bir çox ölkələrdə polisin əli daim tabancasının üstündə görünür. Onlar, nədənsə, günahsızla cinayətkarı tez-tez səhv salırlar. Odur ki, bir balaca ara qarışanda adamlar polisin gözünə görünməməyə çalışırlar.

Azərbaycanda hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır. Əmindir ki,polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar. Bütün bunlara görə Azərbaycan polisi, təbii ki,qürurludur. Bu qürur onu daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır. Biz öz polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Obyektivlik onu sübut edir ki,ölkə polisi peşəkarlıq baxımdan xarici həmkarlarına uduzmur. Dövlətə, xalqa, Ali Baş Komandanına sədaqətlə xidmətdə isə bir örnək sərgiləyir. Azərbaycan polisi bu nailiyyətləri ona görə əldə edə bilmişdir ki, o, Ulu Öndərin məktəbini layiqincə keçmişdir. Bu məktəbi keçərkən mətinləşən DİN və onun strukturları, Ümummilli Liderin özünün də dediyi kimi, dövlətçiliyin sütunlarından birinə çevrilmişdir.

       Nobel mükafatı laureatı,yazıçı Qarsiya Markes belə yazırdı:” Ədəbiyyat olmasaydı dünya zərrəcə dəyişməzdi. Amma polis olmasaydı dünya tamam başqa cür olardı”.

Previous Post

Azərbaycan polisi: Hərbi anda və mənəvi dəyərlərə sədaqətin nümunəsi – Səyyad Ağbabalı yazır

Next Post

Prezidentin köməkçisi: “Ermənistan XİN rəhbərinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir”

Bənzər yazılar

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

02 Oktyabr 2026 - 14:31

"Azərbaycanın tarixi ərazisi olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində mülki şəxsləri...

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

02 Oktyabr 2026 - 11:13

Rusiya Prezidenti Vladimir Putin Qərbi münaqişəni gərginləşdirməməyə çağıraraq bəyan edib ki, Rusiyanın Baltikyanı bölgəsi olan Kalininqrad hücuma məruz qalacağı təqdirdə,...

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39

İndi Yaxın Şərq regionu üçün həssas dövrdür, çünki Amerika qanunları pozur. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın...

Next Post
Rusiyadakı soydaşlarımız quru və hava yolu ilə geri qayıda biləcəklər

Prezidentin köməkçisi: "Ermənistan XİN rəhbərinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir"

Rusiyadakı soydaşlarımız quru və hava yolu ilə geri qayıda biləcəklər

Prezidentin köməkçisi: "Ermənistan XİN rəhbərinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir"

Son xəbərlər

Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

02 Oktyabr 2026 - 15:08
“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51
Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

02 Oktyabr 2026 - 14:42
4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

02 Oktyabr 2026 - 14:31
DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

02 Oktyabr 2026 - 14:30
Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 - 14:21
FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

02 Oktyabr 2026 - 14:14
Messi İspaniya klubunu aldı

Messi İspaniya klubunu aldı

02 Oktyabr 2026 - 14:07
“Biz heç vaxt satqın olmamışıq” – Lukaşenko

“Biz heç vaxt satqın olmamışıq” – Lukaşenko

02 Oktyabr 2026 - 14:00
XİN Qvineyanı təbrik edib

XİN Qvineyanı təbrik edib

02 Oktyabr 2026 - 13:52
Mahir Emreli üzr istədi

Mahir Emreli üzr istədi

02 Oktyabr 2026 - 13:47
Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 13:34
Kamran Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının iclasında iştirak edib

Kamran Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının iclasında iştirak edib

02 Oktyabr 2026 - 12:28
Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 - 12:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.