“Minskin Ukraynadakı münaqişə ilə bağlı bəzi özünəməxsus anlayışına baxmayaraq, o, həmişə Rusiyanın yanında olacaq və satqın olmayacaq”.
Elchi.az xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Əlbəttə ki, Ukraynadakı münaqişəni qiymətləndirməyimdə bəzi özəlliklərim var. Bəli, münaqişənin müəyyən aspektləri ilə bağlı öz anlayışım var, lakin biz həmişə ümumi kursumuza sadiq qalacağıq. Əgər Rusiya rəhbərliyi qərar qəbul etsə, orada baş verənləri özünəməxsus dərk etməyimizə baxmayaraq, biz həmişə sizinləyik”,-deyə Lukaşenko qeyd edib.
Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişəni tez-tez müzakirə etdiyini vurğulayıb:
“Bizim yanaşmalarımız daha diqqətlə nəzərdən keçirilir: həm o, həm də mən təmas xəttində nə baş verdiyini bilirik”.
Yeganə





















