"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Azərbaycan öz suveren hüquqlarından heç vaxt imtina etməyəcək”

08 Yanvar 2022 - 12:44
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Başqa imperiyalar qurmuş xalqlar qurduqları imperiyaların dağılması ilə barışdıqları kimi ruslar da SSRİ-nin dağılması ilə barışmalıdırlar”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq Cəbhəsi” (xalqcebhesi.az) saytına müsahibəsini oxucularımıza təqdim edirik

Bunu da oxuyun

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

– Qüdrət bəy, Qazaxıstanda baş verənləri hərə bir cür qiymətləndirir. Siz bu barədə nə düşünürsünüz?

– Fərqli yanaşmaların olması təbiidir, çünki informasiya qıtlığı var. BAXCP rəhbərliyində təmsil olunan şəxslərin çoxunun da bu məsələdə fərqli düşüncələri var. Bəzən hətta elə olur ki, fikirlər də dəyişir. İki gün öncə məsələyə başqa cür qiymət verən bu gün deyir ki, yox, deyəsən orada baş verənlərin arxasında başqa məsələlər var. Biz bu məsələni partiya rəhbərliyində müzakirə edib ümumi bir mövqeyə gəlməmişik. Mənim fikrim hələlik ondan ibarətdir ki, Qazaxıstan rəhbərliyi – Nazarbayev və Tokayev məqsədyönlü şəkildə hakimiyyətsizlik görüntüsü yaradıb, xalqın gözünü qırıb ona başa salmaq istədilər ki, qazax xalqı dövlət qura bilmir və biz Lukaşenkonun elan etdiyi yeni ittifaq dövlətinə daxil olub kimlərinsə qoltuğunun altında sakit yaşaya bilərik. Əks halda bir-birimizi qıracağıq. İlk etiraz aksiyasına az sayda, bir neçə yüz adam qatılmışdı, hökumət çox asanlıqla onun genişlənməsinin qarşısını ala bilərdi. Məncə həmin etiraz aksiyası da hökumət tərəfindən təşkil olunmuşdu. Nazarbayevin bu günə qədər susması da dediklərimin təsdiqi ola bilər. Ola bilsin ona deyiblər ki, yeni ittifaqa daxil olmağınızı elan et, o da bəyan edib ki, xalq razı olmaz. Bu zaman ona tövsiyyə ediblər ki, kənara çəkil. Qısa müddətdə rus qoşunlarının Qazaxıstana yerləşdirilməsi də dolayısı ilə təsdiq edir ki, əvvəlcədən müəyyən hazırlıq işləri olub. Qazaxıstanda dövləti qoruyacaq və xalqı məlumatlandırıb səfərbər edəcək siyasi institutların olmaması, dövlətin bir insanın şəxsiyyəti üzərində qurulması qazax xalqını belə ağır duruma salıb. Bundan sonra hər şey qazax xalqının iradəsindən asılı olacaq. Onlar mütəşəkkil müqavimət təşkil edə bilsə, hərçənd indiki şəraitdə bu mümkünsüz görünür, Qazaxıstanın dövlət müstəqilliyini qoruya biləcəklər. Bunu edə bilməsələr ,özlərinə gəlib toparlana qədər, bir müddət rusların əlinin altında yaşamalı olacaqlar.

– Rusiya Qazaxıstanın daxili işinə niyə belə açıq müdaxilə etdi?

– Hazırda dünyada beynəlxalq hüquq ayaqlar altına atılıb. Güclülər kiçik dövlətlərin suveren hüquqlarını,ərazi bütövlüyünü pozur, onlara həqarət edirlər. BMT isə mənasız qurumdur, kimlər üçünsə yalnız iş yeridir.

Əvvəllər yeni yaranmış dövlətlər daha çox beynəlxalq hüquqa və ali dəyərlərə sadiq olduğunu bəyən edən Qərb ölkələrinə müəyyən ümidlər bəsləyirdi. Hazırda Qərbin ifrat liberallaşması, yeni üçüncü cinsin həmin ölkələrdə peyda olması güclü liderlərin önə çıxmasına imkan vermir. Həm də nəzərə alsaq ki, korrupsiya həmin ölkələrdə gündən-günə daha da geniş yayılmaqdadır, hər şey aydın olur. Məsələn, 20-30 il öncəki Fransanın liderləri ilə indikiləri müqayisə edin. İndikilərin yeri gələndə hətta qalstukundan tutub sürüyürlər də. ABŞ-da isə cəmiyyət bölünüb, orda da liderlər daxildə bir-birinə qalib gəlmək üçün hər şeyə hazırdılar. Rusiya əmindir ki, heç kim onlara qarşı çıxmayacaq. 2014-cü ildə Krımı tutarkən vitse-prezident olan Baydeni də dişlərinə vurublar. Mövcud şəraitdə Rusiyanı dayandıra biləcək yeganə güc Çindir. Onun isə Qərblə münasibətlərində ciddi problemləri olduğu üçün heç nəyə qarışmır, Rusiyanın Qərbi alçaltmasını ləzzətlə izləyir.

– Belə bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyinə təhlükə varmı?

– Müstəqilliyimizin təminatı ilk növbədə Azərbaycan xalqı və onun Prezidentidir. İlham Əliyev Nazarbayev deyil və inanıram ki, müstəqilliyimizin qorunub saxlanılması üçün sona qədər mübarizə aparacaq. İkinci təminat Türkiyədir. Ona da inanıram ki, Türkiyə 100 il bundan öncə olduğu kimi Azərbaycanın müstəqilliyindən vaz keçməyəcək və ehtiyac olsa Azərbaycanın müstəqilliyi uğrunda vuruşacaqdır. Rusiya öz qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalı, düşmən xalqlar arasında yaşamaq yolunu seçməməlidir. Başqa imperiyalar qurmuş xalqlar qurduqları imperiyaların dağılması ilə barışdıqları kimi ruslar da SSRİ-nin dağılması ilə barışmalıdırlar. Biz Rusiya ilə dost və bərabər hüquqlu münasibətlər qurmuşuq və əməkdaşlığımızı inkişaf etdirə bilərik. Amma hər kəs anlamalıdır ki, Azərbaycan öz suveren hüquqlarından heç vaxt imtina etməyəcək. Rusiya Azərbaycanın Qarabağda öz torpaqları üzərində suverenliyini bərpa etməsinə mane olmamalıdır.

Previous Post

“Azərbaycan öz suveren hüquqlarından heç vaxt imtina etməyəcək”

Next Post

Qazax xalqı heç vaxt öz müstəqilliyindən imtina etməyəcək

Bənzər yazılar

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

18 Sentyabr 2026 - 22:41

Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir təşkil...

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Sentyabr 2026 - 20:44

Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata...

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

18 Sentyabr 2026 - 20:28

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...

Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

18 Sentyabr 2026 - 19:00

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını yolverilməz adlandırıb və bu hücumların...

Next Post
Qazax xalqı heç vaxt öz müstəqilliyindən imtina etməyəcək

Qazax xalqı heç vaxt öz müstəqilliyindən imtina etməyəcək

Qazax xalqı heç vaxt öz müstəqilliyindən imtina etməyəcək

Qazax xalqı heç vaxt öz müstəqilliyindən imtina etməyəcək

Son xəbərlər

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident bir qrup neft sənayesi işçisini təltif edib – SƏRƏNCAM

19 Sentyabr 2026 - 15:19
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

19 Sentyabr 2026 - 13:58
Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

19 Sentyabr 2026 - 13:34
Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

19 Sentyabr 2026 - 13:15
ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

19 Sentyabr 2026 - 12:55
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

19 Sentyabr 2026 - 12:33
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

19 Sentyabr 2026 - 12:04
İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

19 Sentyabr 2026 - 11:46
FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

19 Sentyabr 2026 - 11:23
Ermənistan Hindistandan dron alır

Ermənistan Hindistandan dron alır

19 Sentyabr 2026 - 11:00
DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

19 Sentyabr 2026 - 10:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.