"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Azərbaycan milyonçularının İsveçrə bankındakı gizli hesabları açıldı: 14 müştəri, 3,8 milyon dollar…

09 Fevral 2015 - 14:15
in GÜNDƏM
FacebookVatsap

sdsdsdNyu-Yorkda mənzillənmiş Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (İCİJ) İsveçrə bankındakı 100 milyard dollarlıq gizli bank hesablarını açıb.

Bunu da oxuyun

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Virtualaz.org saytı təşkilatın saytına istinadən xəbər verir ki, 45 ölkədən olan araşdırmaçı jurnalistlər komandası tərəfindən aparılan araşdırma nəticəsində qlobal bank nəhəngi HSBC-nin İsveçrə şöbəsində – “HSBC Swiss”də insan alveri ilə məşğul olan cinayətkarlardan tutmuş vergidən yayınan məşhurlar, siyasətçilər və şeyxlərin 100 mindən çox gizli bank hesabı üzə çıxıb.

“HSBC Swiss” bankında gizli hesab açanlar arasında Azərbaycandan olan müştərilər də var. Virtualaz.org həmin müştərilərin sayını, onların yatırdıqları məbləği təşkilatın saytından əldə edib.

Araşdırmaçı jurnalistlər haker proqramlarının köməyi ilə bankın məlumat bazasına daxil olaraq oradan gizli hesabların sahiblərinin adlarını, onların hesablarındakı pulların məbləğini və digər məlumatları əldə ediblər.

Məxfi sənədlər göstərir ki, qlobal bank nəhəngi silah alverçiləri, üçüncü dünya ölkələrindən diktatorlar, “qanlı almaz” tacirləri və digər beynəlxalq cinayətkarların pulları hesabına biznes qurub.

Həmçinin bankdan əldə edilmiş məxfi sənədlər göstərir ki, bəzi müştərilər tez-tez Cenevrəyə səfər edərək öz hesablarından böyük məbləğdə nağd pul çıxarırlar. Məxfi fayllardan məlum olub ki, Afrikanın “qanlı almaz” tacirləri öz hesablarından böyük məbləğlərdə pul çıxararaq onları qiyamları maliyyələşdirməyə yönəldiblər.

İCİJ tərəfindən əldə edilmiş məxfi fayllara əsasən 2007-ci ilə qədər bankda açılmış 100 mindən çox hüquqi və fiziki şəxsin hesabında 100 milyard dollardan çox pul var. Onlar dünyanın 202 ölkəsini təmsil edir.

Jurnalistlər müştərilərin arasında Böyük Britaniyanın, Rusiyanın, Ukraynanın, Gürcüstanın, Rumıniyanın, Meksikanın, Konqo Demokratik Respublikasının, Zimbabvenin, Paraqvayın, Meksikanın və digər ölkələrin keçmiş və indiki siyasətçilərinin adlarını aşkar ediblər.

Həmçinin siyahıda ABŞ-ın sanksiyası altında olan şəxslərin, məsələn Liviyaya məxfi nüvə zavodunun tikintisi üçün mürəkkəb elektron avadanlıqlar satan Səlim Alguadis kimi türkiyəli biznesmenin adı da yer alır.

Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan biznesmen Gennadi Timçenko da bankda gizli hesabı olanlar arasındadır. G.Timçenko Ukraynaya görə Rusiyanın sanksiya tətbiq edilmiş şəxslərinin siyahısındadır.

Həmçinin Hüsnü Mübarək rejiminin keçmiş təmsilçisi, 2011-ci ildə Misirdə baş vermiş inqilabdan sonra ölkədən qaçan keçmiş ticarət naziri Rəşid Muhammed Rəşidin bankda 31 milyon dollarlıq hesabının olduğu müəyyənləşib.

Bankda hesabı olanlar arasında Haitinin keçmiş diktatoru Jan-Klod Duvalyenin adamı da var.

Suriya diktatoru Bəşər Əsədin əmisi oğlu və yaxın tərəfdaşı Rami Mahluf da İsveçrə bankında gizli hesabı olanlar arasındadır.

Çinin keçmiş baş naziri Li Penin qızı Li Syaolinin də bankda gizli hesabı üzə çıxıb.

Bankda hesabı olanlar arasında Mərakeş kralı VI Məhəmməd, Bəhreyn şahzadəsi, şahzadə Salman bin Hamad bin İsa əl-Xəlifə və Səudiyyə kral ailəsinin onlarla digər üzvü də var.

İCİJ tərəfindən aparılmış analiz göstərib ki, HSBC bankının 2 minə yaxın müştərisi Afrikada almaz sənayesi və alveri ilə bağlı şəxslərdir. “Qanlı almaz” biznesinə görə İnterpol tərəfindən axtarılan Mozes Viktor konig və Kennet Li Akselrod da onların arasındadır.

Hələlik təşkilat müştərilərin ən məşhurlarının adlarını və fotolarını saytında yerləşdirilib.

İsveçrə bankında gizli hesabı olanlar arasında Azərbaycandan 21 müştəri yer alır. Azərbaycan bankda dollar hesabı ilə ən çox vəsaitə malik müştərilərin sayına və məbləğə görə 167-ci sıradadır.

1994-2006-cı illər ərzində Azərbaycandan olan 16 müştəri bankda 17 hesab açıb. Bu hesablarda cəmi 3,8 milyon dollar pul var.

Müştərilərdən birinin hesabında 1,6 milyon dollar pul yerləşdirilib və o, Azərbaycandan banka ən yüksək məbləğdə pul qoyan müştəridir.

Bankda açılan hesabların əksəriyyəti 1998-ci ildən sonraya təsadüf edir, hazırda 12 bank hesabı aktivdir. Azərbaycandan banka pul qoyanların 21 faizinin pasport məlumatlarında onların Azərbaycan vətəndaşları olduqları göstərilib.

Türkiyədən yatırılan pulların məbləği isə 3,5 milyard dollardır. Ən varlı müştərinin hesabında 264 milyon dollar var.

Bu sensasion araşdırma ilə bağlı yeni nüanslar və faktlar açıqlandıqca virtualaz.org onu oxuculara çatdıracaq.

Virtualaz.org

Previous Post

Azərbaycan milyonçularının İsveçrə bankındakı gizli hesabları açıldı: 14 müştəri, 3,8 milyon dollar…

Next Post

Bakıda sahibkar qadın soyuldu

Bənzər yazılar

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24

Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə...

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49

Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurdu – Şuşa şəhərinə köçürülüb. Bu barədə Elchi.az...

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının...

Next Post

Bakıda sahibkar qadın soyuldu

Hər beş uşaqdan biri kasıblayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

02 Avqust 2026 - 19:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14
Gürcüstan ali təhsili pulsuz edir

Gürcüstan ali təhsili pulsuz edir

02 Avqust 2026 - 18:00
Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

02 Avqust 2026 - 17:57
Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30
Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03
Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

02 Avqust 2026 - 14:46
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48
Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.